fbpx

“Yevlax görüşü ilə bağlı yol xəritəmiz artıq hazırdır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev cərşənbə günü xalqa müraciətində bildirdi ki, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və “qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma” prosesi başlayıb.

İlham Əliyev çıxışında vurğuladı ki, Qarabağ erməniləri üçün müxtəlif sosial proqramlar icra etməyə hazırdılar.

Ölkə başçısı işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərinə toxunub və deyib ki, eyni şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə yaradacaqlar:

Rüya tabirlerini burdan oku

Prezidentin çıxışının vacib məqamları ilə bağlı Metbuat.az-a danışan millət vəkili Azər Badamov bildirdi ki, ordumuz Qarabağdakı separatçıların yuvasını dağıtmaqıla suverən ərazilərimizdə Azərbaycanın konstision dövlət quruluşunun bərpası üçü zəmin yaratmış olmaqla bərabər həm də bütün ərazilərimizidə suverən hüquqlarımızın bərpası demıəkdir.

“Ərazilərimiz 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunaraq qonşu ölkələrlə suverən sərhədlərimizə nəzarətimiz bərpa olunsa daQarabağın erməni sakinləri yaşayan ərazilər Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin və separatçıların yuvası olaraq qalmaqda idivə boz zonaya çevirmişdi. Bu,işğaldan azad olunmuş ərzilərdə yenidən qurma və bərpa işlərinin aparılmasına, öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinıə, həm dəreinteqrasiya proseslərin həyata keçirilməsinə böyük mane idi. Ermənistanın qeyri qanuni silahlı birləşmələri son zamanlar ordumuzun mövqelərinə qarşı təxribatları genişləndirməsi və 19-u gecəsi yolda mina terroru həyata keçirməklə polislərimizin və yol tikintisi şirkətinin əməkdaşlarının həlak olmasına və yaralanmasına səbəb oldu. Bu, lokal antiterror tədbirlərin həyata keçirilməsini vacib etdi. Cəmi 24 saata yaxın müddətdə keçirilən lokal antiterror tədbirləri sayəsində rəşadətli ordumuz qarşına qoyulduğu bütün hərbi vəzifələrini həyata keçirərək separatçıları ağ bayraq qaldırmasına məcbur etdi.Bu, həm də separatçılarınyuvasının dağıdılması demək idi”.

Qarabağdakı qeyri-qanuni silahlıların və separatçıların ağ bayrağ qaldırmasının bütün ərazilərin azad edilməsi demək olduğunu qeyd edən millət vəkili bildirdi ki, artıq dünəndən Qarbağ torpaqlarından Ermənistanın silahlıları və ağır hərbi texnikalraı çıxarılmasına başlanmışdır.

“Bu gün Azərbaycan Prezidentinin nümayəndəsi ilə erməni icmasının nümayəndələri arasında Yevlaxda görüşü olacaqdır. Görüşdə Xankəndində və onun ətrafı ərazilərdə Azərbaycan dövlət quruluşunun bərpası və erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası proseslərinə başlanması üçün dialoq aparılacaqdır. Burda əvvəlki dialoq təkliflərimizdə olduğu kimi separatçıları dinləmək məsələsi olmayacaq. Azərbaycan reinteqrasiya proseslərinə start verməsi üçün konkret şərtlərini açıqlayacaq və bu şərtlər əsasına Xankəndində dövlət quruluşumuz bərpa olunmalıdır. Bununla bağlı yol xəritəmiz artıq hazırdır. Burda ermənilərin vətəndaşlığımızın alınması, bələdiyyə sistnminin və yerli icra orqanlarının yaradılması, hüquq mühafizə sisteminin qurulması və qanunlarımıza uyğun erməni əsilli vətəndaşlarımızın hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər bu gün Yevlaxda keçiriləcək dialoqda öz həllini tapacaqdır. Ehtimaledirəm ki, keçmiş qondarma qurumun qondarma rəhbərlərinə amnistiya verilməsi və ərazilərimizdən çıxması üçün şərait yaradılması ilə bağlı Bakıdan xahiş olunsun. Amma onu demək istəyirəm ki, bir mənalı şəkildə Xankəndinə dövlət quruluşunun bərpası prosesinə start verilmişdir”.

Qeyd edək ki, Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər. Onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər. Görüşün artıq başladığı bildirilir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yevlax #görüşü #ilə #bağlı #yol #xəritəmiz #artıq #hazırdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu