fbpx

Yevlax təsadüfən seçilmədi, 30 illik iddianın üstündən xətt çəkildi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Görüş yeri üçün Yevlax təsadüfən seçilməyib”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü azərbaycanlı professor Aygün Attar Türkiyə mediasına açıqlamasında belə deyib. O bildirib ki, Yevlax Azərbaycan üçün simvolik əhəmiyyətə malik yerdir. Aygün Attarın sözlərinə görə, birinci Qarabağ müharibəsi zamanı Ermənistan Yevlaxa qədər əraziləri işğal etməyə cəhd edib.

“Yevlaxın seçilməsinin səbəbi o idi ki, birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunanda Yevlaxa qədər bütün Azərbaycan bölgəsinin Ermənistan tərəfindən işğal ediləcəyi və bu torpaqların zəbt ediləcəyi deyilirdi. Ona görə də bu görüşlərin Yevlaxda keçirilməsi çox vacibdir. Masa üzərində 3 rəngli ay-ulduzlu Azərbaycan bayrağının və Azərbaycan dövlət gerbinin olması çox mühüm mesaj idi” – Aygün Attar deyib.

Qeyd edək ki, Türkiyə mediası yazır ki, Ermənilər bu görüş üçün Yevlaxa gəlməklə 30 illik iddialarından əl çəkdiklərini dünyanın gözü qarşısında qəbul ediblər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Yevlax #təsadüfən #seçilmədi #illik #iddianın #üstündən #xətt #çəkildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu