fbpx

“Yol hərəkəti haqqında” qanuna velosipedlərlə bağlı dəyişiklik edilir

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Yol hərəkəti haqqında” qanuna “velosiped zolağı” və “velosiped yolu” anlayışları əlavə edilir.

Metbuat.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “velosiped zolağı” yolun hərəkət hissəsinin velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş uzununa nişanlama xətti ilə ayrılmış hissəsi, “velosiped yolu” isə avtomobil yolundan və ya avtomobil yolunun digər elementlərindən konstruktiv şəkildə ayrılan, velosipedlərin hərəkəti üçün işarələnmiş ayrıca yol hesab ediləcək.

Rüya tabirlerini burdan oku

Təklif edilən digər dəyişikliklə velosipedçinin vəzifələri də artırılır. Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped yolları ilə hərəkət edə biləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu