fbpx

Yol polisi moped sürücülərinə müraciət edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) moped sürücülərinə müraciət edib.

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev Metbuat.az-a bildirib ki, son vaxtlar əksər insanlar moped sürücülərindən şikayət edir.

O, qeyd edib ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, heç bir təhlükəsizlik avadanlıqlarından istifadə etmir, yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozurlar:

Rüya tabirlerini burdan oku

“Moped sürücülərinin çoxu kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda ölüm və xəsarətlə nəticələnə bilir”.

“Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s.) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, kobud qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”, – DYP rəsmisi vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yol #polisi #moped #sürücülərinə #müraciət #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu