“Yoldaşım da yanımda idi” – Təyyarədən sağ çıxan DANIŞDI
Təyyarə qəzasından sağ çıxan zaqatalalı Nurullah Siracovun xəstəxanadan videosu yayılıb.
BEY.AZ xəbər verir ki, qəza nəticəsində xəsarət alan Zaqatalanın Danaçı kənd sakini Nurullah Siracov həyat yoldaşı Müslümət Siracova ilə birlikdə səfər edirmiş.
O, hadisə anını belə xatırlayıb:
“Həyat yoldaşım yanımda idi. Təyyarə düşəndən sonra onu tapa bilmədim. Hələ də ondan xəbərim yoxdur”.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Müslümət Siracovanın adı həlak olanların siyahısında yer alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |