fbpx

Yoluxma sayında ciddi artım: Sərt karantin gözlənilir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Son günlər dünyada koronavirusa yoluxma hallarının artması karantin qaydalarının yenidən sərtləşdirilməsi mövzusunu gündəmə gətirib. Artıq bəzi ölkələr yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlər görməyə başlayıblar. İnfeksionistlər isə həyəcan təbili çalaraq bildirirlər ki, payıza doğru pandemiyanın yeni dalğası gələcək, bu səbəbdən qapanmalar qaçılmaz olacaq.

Bəs, yoluxmalar artsa, Azərbaycanda da karantin qaydalarının yenidən sərtləşdirilməsi gözlənilirmi?

Metbuat.az xəbər verir ki, bu barədə Modern.az-a danışan həkim Aydın Əliyev hazırki durumda koronavirusa yoluxma sayının artmasının normal olduğunu düşünür.

Rüya tabirlerini burdan oku

Ölkəmizə gəlincə, həkim təşvişə düşməyə ehtiyac olmadığını söyləyib.

“Məsələn, Çin böyük ölkədir, əhalinin sayı həddən artıqdır. Buna görə də orada peyvənd olunmayanların, virusa yoluxmayanların sayı çoxdur. Təkrar yoluxma sayının böyük ölkələrdə artma ehtimalı daha yüksəkdir. Ancaq bizim ölkəmizdə yoluxmanın artması aktual məsələ deyil. Artsa belə, bu sadəcə mövsümi qrip xəstəliyi kimi keçəcək. Məncə, bundan sonra karantın qaydalarının tətbiqinə və sərtləşdirilməsinə ehtiyac yoxdur. Tam əminliklə deyirəm ki, sərt karantin və qapanmaya ehtiyac olmayacaq”, – deyə Aydın Əliyev vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu