fbpx

“YouTube”a 4 yeni funksiya gəldi



“Google” şirkəti “YouTube”un daha rahat istifadəsini mümkün edəcək yenilikləri təqdim edib.

BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, 4 yeni funksiya sayəsində “YouTube”un “TikTok” platforması qarşısında rəqabətdə önə çıxacağı hesab edilir.

Həmin funkisyaları təqdim edirik:

Mini “YouTube” pleyer

Ödənişli abunəliyi olmayan “YouTube” istifadəçiləri videoya baxarkən başqa proqrama keçə bilmirlər. Yalnız “Premium” abunəliyi olan istifadəçilər ekranının aşağı küncündə aktiv olan pleyer (PIP) sayəsində fasiləsiz video izləyə bilirlər. Həmin pleyerin yenilənməsi ilə videoları kiçik pəncərədə izləyərkən dayandırmaq, irəli və geri çəkmək, həmçinin pəncərənin yerini dəyişmək mümkün olacaq.

Yuxu taymeri

Bu xüsusiyyət əvvəllər yalnız “Premium” abunəçilərə təqdim olunurdu, vaxtı çatdıqda videoları avtomatik dayandırırdı. İndi isə bu funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.

Birgə pleylistlər

İstifadəçilər artıq hazırladıqları pleylistləri dostları ilə paylaşa biləcəklər. Pleylistlərə xüsusi QR kodları əlavə ediləcək, bu da dostlarınıza birbaşa əlçatanlıq imkanı verəcək. “YouTube Music” xidməti “Apple Music” və “Spotify” kimi zəngin məzmun təklif edir. Başqa platformalarda olmayan, hətta saysız-hesabsız musiqiçilərin videolarını əhatə edən böyük seçim diqqət çəkir.

Rəylər və nişanlar

İzləyicilər indi məzmun yaradıcılarına ürəklər, təbriklər və kiçik təqdirlər göndərə biləcəklər. Bu, izləyicilər və yaradıcılar arasında daha sıx qarşılıqlı əlaqə yaradacaq. Hazırda yalnız şərhlər və bəyənmə kimi üsullarla əlaqə qurmaq mümkündür.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin