fbpx

“​YouTube”dan yenilik – Bu seçim ləğv edilir

Rüya Yorumları burda


Dünyanın ən böyük video platforması olan “YouTube” istifadəçiləri məyus edə biləcək yenilik edir.

BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, platforma videolardan öncə və videoların içində göstərilən reklamlarda “reklamı keç” seçimini təklif edirdi. “YouTube” bu funksiyanı məhdudlaşdırmağa başlayıb.

Bəzi kompüter istifadəçiləri reklamları keçməyə imkan verən düymənin gizlədildiyini müşahidə ediblər. Reklamın keçilməsi üçün göstərilən dairə şəklində saniyə düyməsinin əvəzinə sadəcə boz düzbucaqlı görünür.

Məlumata görə, bu xüsusiyyət yalnız kompüterlərdə deyil, Android cihazlarında da test edilməyə başlanılıb. Android istifadəçiləri də reklamı keçmə düyməsinin görünmədiyini qeyd ediblər.

Hələlik platformadan rəsmi açıqlama verilməsə də, reklamları tam izləməyə məcbur edən yeniliyin ödənişli “Youtube Premium”a qoşulanların artırılmasına hədəfləndiyi düşünülür.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, “Youtube Premium”a qoşulan istifadəçilərə reklamlar göstərilmir.







ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu