fbpx

Yüksək vəzifə verilən Emil Qarayev kimdir?

Rüya Yorumları burda


Xəbər verdiyimiz kimi, Emil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

BEY.AZ onun dosyesini təqdim edir:

O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini və baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyinin yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

2020-2021-ci illərdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi, 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində çalışıb.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu