fbpx

Yumurta alanda bunlara diqqət edin

Rüya Yorumları burda

Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98 faiz mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var.

BEY.AZ xəbər verir ki, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.

Yumurta alarkən bu qaydalara diqqət etmək lazımdır:

1. İlk öncə yumurta alarkən yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik.

Rüya tabirlerini burdan oku

2. Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir.

3. Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır.

4. Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir.

5. Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır.

6. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.

Yumurta istifadə edərkən bunlara diqqət etməliyik:

1. Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir.

2. Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır.

3. Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır.

4. Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu