fbpx

Yunanıstan Qərbin Ukraynaya verdiyi dəstəkdən həvəslənib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

“Son günlər Yunanıstan ilə Türkiyə arasında yaşanan gərginlik azalmadığı kimi artmağa da davam edir. Bu da azmış kimi, Afina Aralıq dənizinin şərqində NAVTEX elan edib. NAVTEX Rodos, Kerpe və Meis adaları ətrafını əhatə edir. Yunanıstan mətbuatının məlumatına görə, NAVTEX Türkiyənin bölgədəki mümkün araşdırmalarına mane olmaqdır. Yunanıstanın bölgədə təlimlərə başlayacağı bildirilib”.

Metbuat.az xəbər verir ki, bunu siyasi ekspert Turan Rzayev qeyd edib.

Siyasi ekspertin sözlərinə görə, rəsmi Ankara isə Yunanıstanı ardıcıl xəbərdarlıq edir, gərginliyi artırmaqdan çəkindirməyə səsləyir:

Rüya tabirlerini burdan oku

“İlk olaraq onu deyim ki, iki ölkə arasında gərginlik vaxtaşırı baş verir. Bu gərginliklər bəzən iki ölkəni real müharibə vəziyyətinə gətirsə də lokal müharibənin şahidi olmamışıq. Bu mənada, Yunanıstan və Türkiyə arasındakı mövcud gərginliyin müharibə sferasına keçəcəyini düşünmürəm. Birincisi, hər iki ölkə NATO-ya üzvdür və alyans daxilində ehtimal bir müharibə hərbi bloku gücdən salacağı kimi “hamımız birimiz, birimiz hamımız üçün” prinsipini də iflasa uğrada bilər. Yəni faktiki olaraq alyans daxili qütpləşmə yaşana bilər. İkincisi, mövcud Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda belə bir müharibənin olması indandırıcı deyil. Üçüncüsü, Yunanıstan və Türkiyə arasında hərbi iqtisadi siyasi güc balansına baxdıqda rəsmi Afinanın açıqca Ankaradan geridə qaldığını görmək mümkündür. Türk ordusu hazırda istər NATO-nun, istərsə də dünyanın ən qüdrətli ordularından hesab olunur. Türkiyə ordusu, eyni zamanda xalqı uzun illər davam edəcək bir müharibəyə hazır olsa da, rəsmi Afina buna hazır deyil”.

Turan Rzayev hesab edir ki, bununla belə rəsmi Afinanın indiki məqamda Ankaranın səbri ilə oynaması da səbəbsiz deyil:

“Fikrimcə, Yunanıstan Rusiya-Ukrayna müharibəsində Qərbin Ukraynaya verdiyi yardımları görür və Qərbin köməyi ilə Egeydə qüvvələr balansını öz xeyrinə dəyişməyə çalışır. Lakin bu boş və mənasız yanaşmadır. Məsələ ondadır ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik edərək açıq şəkildə beynəlxalq hüququ pozur. Qərb də məhz buna görə Ukraynaya Rusiya qarşısında müqavimət göstərmək üçün yardım edir. Lakin ehtimal Yunanıstan-Türkiyə müharibəsində Qərbin Ukraynada olduğu kimi, Afinaya yardım etməsi real deyil. Əvvəla ona görə ki, hər iki ölkə NATO ölkəsidir və NATO iki üzvü arasında seçim edə bilməz. Digər tərəfdən Türkiyə Yunanıstana qarşı bu və ya başqa formada hüquq pozmayıb. Əksinə Yunanıstan tərəfi dəfələrlə Türkiyənin dəniz və hava sərhədlərini pozaraq onu münasibətləri gərginləşdirməyə təhrik edir. Nəticə etibarilə Avropanın ərköyün uşağı olan Yunanıstan yenə Avropaya arxalanaraq ərköyünlük edir. Türkiyə isə Afinanın bu və ya başqa formada nazı ilə oynayacaq deyil. Hesab edirəm tərəflər arasında konkret bir müharibə olmasa da Ankara “Kardak” böhranında olduğu kimi, Afinaya qərarlı mövqeyini nümayiş etdirəcək”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu