fbpx

​Yunanıstanda İsrailə göndərilən sursatların qarşısı alındı



Yunanıstanda liman işçiləri İsrailə göndərilən sursatla dolu konteynerin Pirey limanından yüklənməsinin qarşısını alıblar.

BEY.AZ xəbər verir ki, Şimali Makedoniya üzərindən Yunanıstana daşınan sursat İsrailin Hayfa limanına gedən gəmiyə yüklənmək üçün Pirey limanına gətirilib. Yunanıstanın dövlət televiziyası ERT-nin xəbərinə görə, həmkarlar ittifaqının çağırışı ilə toplaşan işçilər sursatla dolu konteynerin gəmiyə yüklənməsinə icazə verməyiblər. İşçilər İsrail üçün nəzərdə tutulan konteynerin üzərinə “Qatillər, limandan çıxın” yazıb və “Fələstinə azadlıq” şüarları səsləndiriblər.

Pirey limanının işçilərinin açıqlamasına görə, onlar Fələstin xalqının soyqırımına səbəb olacaq döyüş sursatlarının Pirey limanından göndərilməsinə icazə verməyəcəklər.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin