Yunanıstanda Ukrayna səfiri XİN-ə çağırıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna səfiri Sergey Şutenko Kiyevdən gələn sanksiya hədələrinə görə Yunanıstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Yunanıstanın “Vima” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bir neçə gün əvvəl Yunanıstan Xarici İşlər Nazirliyinə Ukrayna diplomatik nota göndərib, orada Rusiyada fəaliyyət göstərən 7 yunan şirkəti ilə bağlı dəqiqləşdirmələr tələb olunub. Bu şirkətlərin fəaliyyəti, qəzetin qeyd etdiyi kimi, Ukrayna hadisələri ilə bağlı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalmır. Buna baxmayaraq, Ukrayna Yunanıstanı bu firmaların Rusiyada işləməyə davam etməsinə görə sanksiyalarla hədələyib.
Şutenko müvafiq notanı ölkəsinin tələbi ilə göndərdiyini, eyni zamanda yunan şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər izahatlara malik olmadığını iddia edib.
Nəşrin yazdığına görə, Yunanıstan hakimiyyəti, xüsusən də Ukraynanın Rusiyanın mövqeyini işıqlandıran milli yunan telekanalının fəaliyyətini dayandırmaq tələbindən çox qıcıqlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.