fbpx

Yutubdakı dəyişiklik etiraza səbəb oldu



Yutubun premium abunəçilərinə reklam göstərməsi etirazlara səbəb olub.

BEY.AZ xəbər verir ki, qiymət artımı ilə gündəmə gələn yutub, abunəçilərinə reklamsız izləmə xidməti verib. Bununla belə, bəzi premium istifadəçiləri platformada reklamlarla qarşılaşdıqlarını bildiriblər. Yutubun bəzi premium istifadəçiləri, ana səhifədə görünən reklamlar və pre-roll reklamları ilə qarşılaşdıqlarını bildiriblər. Reddit kimi platformalarda paylaşılan şikayətlərə görə, xüsusilə yutub tv-də “NFL Sunday Ticket” kimi tanıtım məzmunu zamanı reklamlar nümayiş olunub. Məsələ barədə açıqlama verən yutub, sözügedən reklamların yalnız bəzi tanıtım məzmunu və müəyyən kampaniyalarla bağlı olduğunu irəli sürüb.

Bildirilib ki, əslində premium abunəçilər reklam izləməli deyil. Yutub rəsmiləri reklamlarla üzləşən premium abunəçilərini dəstək komandası ilə əlaqə saxlamağa çağırıb.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin