Yuxu problemi üçün ən təsirli meyvə
Ananas karbohidrat, zülal, yağ və lif ehtiva edən balanslaşdırılmış bir meyvədir. 1 dilimi (50 qram) 25 kalori, 1 ədədi (905 qram) isə 453 kaloridir.
BEY.AZ mövzu ilə bağlı kiçik araşdırmanı təqdim edir.
Son araşdırmalar nəticəsində məlum olub ki, sağlam yatmaq və yuxu problemini aradan qaldırmaq üçün ananas ən təsirli və faydalı meyvədir. Bu meyvə yatmazdan əvvəl yeyildikdə yuxu prosesinə yardımçı olur. Bu meyvə yuxu problemləri üçün möcüzəvi qida sayılır. Yuxusuzluq bir çox insanın həyatında hər zaman qarşılaşdığı problemdir. Bu, yuxu keyfiyyətinin azalmasına, konsentrasiyanın itirilməsinə və gün ərzində yorğunluğa səbəb ola bilər. Yorğunluq və ya stress nəticəsində yaranan müvəqqəti yuxu problemlərini aradan qaldırmaq üçün bəzi təbii üsullar mövcuddur. Onlardan biri də ananasdır ki, əhəmiyyətli təsirini yedikdən sonra göstərir.
Ananas tərkibindəki antioksidanlar sayəsində bədəndəki infeksiyaları azaltmağa kömək edir. Ananasın tərkibindəki bromelain fermenti ağrıları azaltmağa və iltihabın qarşısını almağa yardımçı olur. Ananas tərkibindəki vitamin və minerallarla saçları qidalandırmaqla yanaşı, sümüklərin güclənməsinə də töhfə verə bilər. Dəri sağlamlığını dəstəkləyən C vitamini ilə zəngin olan ananas dərinin zədələnməsinin qarşısını alır. Ananasın tərkibindəki kalium ürək sağlamlığına müsbət təsir göstərərək ürək ritmini tənzimləməyə kömək edir. Ananas həzm fermentlərini ehtiva edən bromelin sayəsində həzm sisteminin düzgün işləməsinə yardımçı olur. Ananas aşağı kalorili bir meyvə olduğu üçün arıqlama prosesini sürətləndirə bilər. Antioksidantlarla zəngin olan ananas immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərə qarşı qoruyur.
Bütün bunlardan başqa, əgər yuxu problemləri xronikidirsə, həkimə müraciət etmək və lazımi müalicələri almaq lazım ola bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.