Yüzlərlə hərbçi döyüşməkdən imtina edib evlərinə getdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Qara Dəniz Donanmasının çox sayda hərbçisi döyüşməkdən imtina edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb. Bildirilirki, Ukrayna ordusu ilə döyüşlərdə əhəmiyyətli itkilərdən sonra ruslar arasında kütləvi imtinalar başlayıb. Məlumata görə, Qara Dəniz Donanmasının 126-cı Sahil Müdafiə Briqadasının itkisi 75%-ə qədərdir. Həmçinin rusiyalı jurnalist Roman Çimbalyukun sözlərinə görə, motoatıcı briqadanın şəxsi heyəti Ukrayna ərazisində döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra Murmanska qayıdıb.
Jurnalist qeyd edib ki, onlar yenidən Ukraynaya getmək barədə təlimat alsalar da, imtina ediblər. 100-dən çox hərbçi döyüşlərə qoşulmağa etiraz edib. Nəticədə onlar evlərinə göndəriliblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.