Zəfər paradı işğaldan azad edilmiş bu şəhərdə olacaq
Noyabr 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini-Zəfər Gününü qeyd edəcək.
BEY.AZ musavat.com-a istinadən xəbər verir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində qeyd ediləcək.
Mənbə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.
Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.
Ermənilərin paradı
Yada salaq ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.