fbpx

“Zəngəzur” adlı PUA istehsal olundu



Azərbaycanda “Zəngəzur” adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edilib.

BEY.AZ xəbər verir ki bu barədə APA məlumat yayıb.

Yeni PUA ilk dəfə olaraq Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ictimaiyyətə təqdim olunub.

“Zəngəzur” PUA-sı, VTOL tipli və radioekoloji monitorinq məqsədilə hazırlanıb. İşğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyaların aradan qaldırılması üçün bu aparatın istifadəsi, prosesin daha sürətli və təhlükəsiz aparılmasına imkan yaradır.

Qeyd edək ki, “Zəngəzur” PUA-sının təkmilləşdirilərək döyüş əməliyyatlarında istifadəsi də planlaşdırılır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin