fbpx

Zəngilanda yeni yaşayış kompleksi belə olacaq



Zəngilan şəhərində təməli qoyulmuş altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb.

BEY.AZ xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 ha ərazidə yaradılacaq.

Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin