fbpx

“Zəfər yolunu yaxınlaşdıranlar qəlbimizdə daim yaşayacaq”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci ildə son qoyuldu. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Qələbəmizin başlanğıcı olan tarixi gün barədə Metbuat.az-a danışan NDU-nun prorektoru, tarixçi alim Arzu Abdullayev xatırlatdı ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin davam etdiyi qırx dörd gündə mənfur düşməni diz çökdürdü, tarixi Zəfər qazanaraq respublikamızın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi:

“Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı. 27 sentyabr tarixi ölkəmizdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir”.

"Fransa qanlı keçmişini xatırlasa yaxşıdır" -

Cənab Prezidentin Anım Günü ilə bağlı Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

A.Abdullayev deyir ki, bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib:

“Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir… Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.

Azərbaycan hər zaman dünyada və regionda sülhün tərəfdarı olub. Azərbaycan dövləti bu mövqeyini bütün dünyaya açıq şəkildə nümayiş etdirir. Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin normallaşması üçün təqdim etdiyi sülh təklifi Azərbaycanın mövqeyinin bariz nümunəsidir”.

Azərbaycanın bütün xəbərdarlıqlarına baxmayaraq hələ də Qarabağda separatçılıqla məşğul olan erməni tör-töküntülərinə qarşı keçirilən antiterror əməliyyatından danışan tarixçi alim vurğuladı ki, bununlada Qarabağdakı separatçıların varlığına son qoyuldu və Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərdə öz suverenliyini bərpa etdi.

“24 saatdan da az bir vaxtda həyata keçirilən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Separatçıların tör-töküntüləri silah-sursatlarını və döyüş mövqelərini qoyaraq qaçdılar. Çox keçmədi ki, Qarabağdakı qanunsuz silahlı-birləşmələr və onların başında duran separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu və Azərbaycanın bütün şərtlərini yerinə yetirəcəyinə söz verdi.

Bütün bu təxribat cəhdlərinə Azərbaycan təkcə hərbi yolla deyil, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində genişmiqyaslı infrastruktur layihələri, yeni kəndlərin, şəhərlərin, yaşayış binalarının, məktəb və xəstəxanaların, həmçinin ən müasir tələblərə cavab verən hava limanlarının tikilməsi ilə də cavab verir. Bütün bu və bundan əvvəl imzalanmış çoxsaylı sərəncamlar bir daha sübut edir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılması dövlətimizin proritet fəaliyyət istiqamətlərindəndir. Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcək.

Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o möhtəşəm Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizin ruhuna, qazilərimizə, bütün əsgər və zabitlərimizə minnətdarıq”.

Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov tarixə nəzərən xatırlatdı ki, zamanla yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edən ermənilər xalqımıza qarşı soyqırım aktları törətmiş, insanlara işgəncələr verilmiş,İrəvan, Zəngəzur, Göyçə kimi əzəli torpaqlarımızdan soydaşlarımızı qovmuş yüzlərlə yaşayış məntəqəsini dağıdaraq yerlə yeksan etmişlər.


“Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmiş, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmiş, yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Tarixən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş və Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”.

Azərbaycan işğala məruz qalmasına baxmayaraq münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu xüsusilə əsaslandıran Cavid Osmanov dedi ki, ATƏT Minsk Qrupunun münaqişənin həllində mühüm rol oynayacağına ümid edilsə də, onlar 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.

“Bu müddət ərzində isə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuş, işğal dövründəmülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistanın törətdiyi təxribatlar 2020-ci ilin yay aylarında xüsusilə daha geniş və davamlı xarakter almışdı. 27 sentyabr 2020-ci ildə növbəti belə genişmiqyaslı təxribat cəhdinə əl atan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası artıq dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir”.

Dövlətimizin 44 günlük Vətən müharibəsindəcanı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad etmiş hərbçilərimizi, şəhid ailələrini, qazilərimizi daim diqqət mərkəzində saxladığını bildirən millət vəkili qeyd etdi ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər:

“Hər bir qazi və şəhid ailəsi Prezident cənab İlham Əliyevin xüsusi tapşırığına əsasən hər zaman dövlətin diqqət mərkəzindədir Prezident cənab İlham Əliyev tərəfindən Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenlərinin və 15 medalın təsis olunması Qələbənin əbədiləşdirilməsi, eyni zamanda hər bir müharibə iştirakçısına ayrılan ali diqqətin təcəssümüdür.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq və onların əziz xatirələrini əbədiləşdirmək məqsədi ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi, həmçinin paytaxtın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Bütün bunlar şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkə başçısının ali ehtiramın göstəricisidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Zəfər #yolunu #yaxınlaşdıranlar #qəlbimizdə #daim #yaşayacaq

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin