fbpx

Zəli ilə müalicə kosmetoloji prosedurlara da yaxşı təsir göstərir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Zəli ilə müalicə, yəni hiruditerapiya yalnız xəstələr üçün deyil, sağlam olanlar üçün də çox faydalıdır. Həmin prosedurdan sonra daxili orqanlar yaxşı qidalanır və damarlarda elastiklik yaranır.

Metbuat.az AZƏRTAC-a istiandən xəbər verir ki, həkim Leyla Babayevanın dediyinə görə, zəli qoyulması Alsheymer, həmçinin beyin damarları spazmının qarşısını alır, qan dövranını yaxşılaşdırır: “Zəlinin ağız suyunda olan hirudun və digər aktiv bioloji fermentlər insult riskini azaldır. İstifadə mexanizminə görə zəlinin üç növü var: kiçik, orta və böyük. Adətən kiçik zəlilərdən kosmetoloji prosedurlar, orta zəlilər diafraqmanın üst nayihəsi, böyük zəlilər isə diafraqmanın alt nahiyəsinə tətbiq edilir”.

Onun dediyinə görə, zəli ilə müalicə hər kəsə tətbiq oluna bilməz. Zobun istər düyünlü, istərsə diffuz, yəni yayılmış formalarının müalicəsinə müsbət təsir göstərir. Düyün ətrafına qoyulmuş zəlilər qısa vaxt ərzində şişin kiçilməsinə səbəb olur.

Rüya tabirlerini burdan oku

Anemiyalı, hemofiliyalı və onkoloji xəstələrə də zəli qoymaq olmaz. Zəli qanı durultduğuna görə qan təzyiqi aşağı olanlar üçün də təhlükə yarada bilər: “Zəli ilə müalicə ehtiyac olarsa, 4 yaşdan başlayır, həmin yaşdan kiçik uşaqlara tətbiq edilməsi tövsiyə olunmur. 50-70 yaşınadək olanlara zəli tətbiq edilməsi üçün icazə verilir. Əsasən ona qandurulaşdırıcı, dərinin gözəlləşməsinə kömək edən, qırışların açılmasına kömək edən vasitə kimi müraciət edirlər. Ən çox xəstələr onurğa problemləri ilə əlaqədar zəli müalicəsindən istifadə etməyə meyil göstərirlər”,- deyə müsahibimiz bildirib.

Mütəxəssislər deyirlər ki, zəli mütləq həkim nəzarəti altında qoyulmalıdır. Bundan başqa, bir zəlidən yalnız bir dəfə istifadə etmək mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu