fbpx

Zəlzələ Azərbaycanın geyim bazarına təsir etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin ən böyük geyim istehsalı müəssisələrinin zəlzələnin baş verdiyi zonalarda yerləşməsi tekstil sektoruna ciddi təsir göstərib. Hazırda yeni mövsüm üçün mallar xarici ölkələrə ixrac olunmur.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ölkəmizə də geyim ən çox Türkiyədən gətirildiyi üçün hazırda bazarda çatışmazlıqlar hiss olunur.

Satıcılar deyirlər ki, yaz-yay kolleksiyası üçün verdikləri sifarişlər gəlmir.

Rüya tabirlerini burdan oku

Belə olan halda isə bazarda bahalaşma qaçılmaz olacaq.

Bəzi dükanlarda isə vəziyyətdən çıxış yolu kimi satışa köhnə mövsümdən qalma malların çıxarılması planlaşdırılır.

Geyim üzrə marketoloq Elxan Mərdanlı deyir ki, mövcud vəziyyət 2023-cü payız-qış və 2024-cü yaz-yay kolleksiyalarına da təsir edə bilər.

Ekspert düşünür ki, geyim bazarında qiymət artımı olarsa, digər istehsalçı ölkələrə yönəlmək hazırda real görünmür. Çünki ən böyük istehsalçılardan olan Çin, Hindistan, Banqladeş və Vyetnam ölkəmizə uzaq mənbələr olduqlarından bu variant bizim üçün bazarı sabit saxlamaq baxımından sərfəli deyil. Ümid yenə də Türkiyənin hazırda işlək olan fabriklərinə qalır.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zəlzələ #Azərbaycanın #geyim #bazarına #təsir #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu