fbpx

“Zəngəzur dəhlizinin açılmaması Azərbaycan üçün böyük problem deyil”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək.

“Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq” deyən Hikmət Hacıyev Azərbaycanın regional tərəfdaşlarıyla hərəkət etməyə davam edəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, Prezidentin köməkçinin fikirlərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, Zəngəzur dəhlizinin açılması dalana dirənib və rəsmi Bakının bununla bağlı ümidləri azalıb.

Rüya tabirlerini burdan oku

5 prinsip, Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi…-

“Ümumiyyətlə iki ölkə arasında sülh sazişi imzalanmayana və Ermənistan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər Zəngəzur dəhlizinin açılması çətindir. Zəngəzur dəhlizinin açılmasıyla bağlı 3 ildir danışıqlar gedir, nəticə yoxdur”.

Bəs Hikmət Hacıyev alternativ marşrutlar dedikdə hansı istiqamətləri nəzərdə tutub? Elxan Şahinoğlu bu suala cavab olaraq deyib ki, Zəngəzur dəhlizi olmadan da Çin, Mərkəz Asiya, Türkiyə və Avropa arasında körpü rolunu oynayan dəhlizimiz var.

“Bakı-Tiflis-Qars dəmir yolu işlək vəziyyətdədir. Bu yol Zəngəzur dəhlizindən uzun olsa da, Bakı-Tiflis-Qars dəmiryolu ilə daşımalar ildən ilə artır. Bunu prezident İlham Əliyev iki gün əvvəl Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı da bildirib. Dövlət başçısının sözlərinə görə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tiflis-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlət başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır”.

Digər alternativ marşrutun İranla bağlı olduğunu xatırladan Elxan Şahinoğlu qeyd etdi ki, keçən ilin mart ayında Azərbaycanla İran arasında imzalanan memoranduma görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantıların – dəmir və avtomobil yolunun İran üzərindən həyata keçirilməsi planlaşdırıb.

“Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Azərbaycan bütün xərcləri öz üzərinə götürüb. Bu memorandum rəsmi Bakının İrəvana əlavə təzyiq vasitəsidir, yəni “Zəngəzur dəhlizini açmasanız, dəhliz İran ərazisindən keçəcək və bununla Ermənistan oyundankənar vəziyyətdə qalacaq”. Ancaq sonrakı aylarda İran Azərbaycanla münasibətləri gərginləşdirmək siyasətini seçdi və imzalanan memorandum arxa plana keçdi. Münasibətlərin normallaşması halında həmin memoranduma qayıdış mümkündür. Bütün hallarda Ermənistan Zəngəzur dəhlizini açmasa bu Azərbaycan üçün böyük problem deyil, Bakı-Tiflis-Qars yolu ilə daşımaların həcmi artır, üstəgəl Türkiyə üzərindən Naxçıvana da əlavə xətt çəkiləcək”.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zəngəzur #dəhlizinin #açılmaması #Azərbaycan #üçün #böyük #problem #deyil

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu