fbpx

“Zəngəzur dəhlizinin açılması Orta dəhlizin genişlənməsinə töhfə verə bilər”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Zəngəzur dəhlizinin açılması Orta dəhlizin genişləndirilməsinə əhəmiyyətli töhfə verə bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşündə deyib.

Müzakirələr zamanı özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.

Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zəngəzur #dəhlizinin #açılması #Orta #dəhlizin #genişlənməsinə #töhfə #verə #bilər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin