Zabratda müəssisədə üzərinə isti su tökülən şəxslərdən biri ölüb
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.