Zakir Həsənov Türkiyəyə getdi
Mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Məlumata görə, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və “EFES – 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |