fbpx

Zaqatalada narkotik satan xarici ölkə vətəndaşı həbs edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan xarici ölkə vətəndaşı həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs tutulub.

Keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş xarici ölkə vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Emil Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Rüya tabirlerini burdan oku

Saxlanılan şəxsin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən satış məqsədilə avtomobildə daşıdığı külli miqdarda heroin və tiryək, eləcə də 200 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və Emil Mamedov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu