Zavodda qaz balonu partlayıb, ölən var
BEY.AZ informasiya agentliyi xəbər verir
Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.
Bu barədə Metbuat.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.