Zelenski Haluk Bayraktara “Xidmətə görə” ordenini təqdim etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.
Bu barədə Metbuat.az Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.
“Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşümüzün bir nömrəli mövzusu Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək əməkdaşlıqdır”, – Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, dialoq zamanı Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatları və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalı müzakirə olunub. Bundan əlavə, Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli “Xidmətə görə” ordenini təqdim edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.