Zelenski ingilis dili haqqında qanunu imzaladı
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə ingilis dilinin fəaliyyət göstərməsi haqqında qanunu imzalayıb.
BEY.AZ xəbər verir ki, bu barədə “RBK Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Zelenski ingilis dilinin fəaliyyəti ilə bağlı qanun layihəsini təxminən bir il əvvəl Radaya təqdim edib. Parlament dövlət başçısının təşəbbüsünü ikinci oxunuşda qəbul edib. Sənəd ingilis dilinin Ukraynada beynəlxalq ünsiyyət dillərindən biri statusunu almasını nəzərdə tutur.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |