Zelenski milli geyimdə xalqını təbrik edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna Prezidenti Volodimir Zelenski milli geyimdə yayıma çıxaraq xalqını Naxış Günü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.
“Sağlamlıq diləyirəm! Güclü, sarsılmaz, cəsarətli və azad Ukrayna, Naxış Günün mübarək!”, – ölkə lideri videomüraciətində bildirib.
Qeyd edək ki, Ümumdünya Naxış Günü milli naxışlarla bəzədilmiş Ukrayna paltarlarının yaradılması və geyinilməsi, həmçinin orijinal xalq ənənələrini qorumaq üçün nəzərdə tutulmuş beynəlxalq bayramdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.