Zelenski qətliamın törədildiyi Buça şəhərinə getdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna prezidenti Vladimir Zelenski qətliam iddialarına səhnə olan Buça şəhərinə gedib.
Metbuat.az xəbər verir ki, Zelenski şəhərdəki vəziyyətlə yerində tanış olaraq, sakinlərlə söhbət edib. O bildirib ki, Rusiya Ukraynada müharibə cinayəti işlədib və qətliamlar törədib.
Qeyd edək ki, Rusiya ordusunun geri çəkildiyi Buça şəhərində yüzlərlə cəsəd tapılıb. İnsanların işgəncə ilə öldürüldüyü irəli sürülsə də, Rusiya tərəfi görüntülərin saxta olduğunu irəli sürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.