Zelenski Rusiya ilə sərhədə getdi
Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı Rusiya sərhəddindəki Sumı vilayətinə səfər edib.
BEY.AZ xəbər verir ki, Zelenski avqustun 6-da Kursk vilayətində başlayan sərhəd əməliyyatından sonra ilk dəfə bölgəyə səfər edib və komandirlərlə görüşüb.
Zelenski bəyan edib ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib və ukraynalılarla mübadilə etmək ümidi ilə rus hərbi əsirlər götürüb. O, bunu Ukraynanın “mübadilə fondu” adlandırıb.
Qeyd edək ki, Ukrayna qüvvələri Rusiya ərazisində nəzarət zonalarını genişləndirsə də, Donetsk vilayətində ərazilərini itirməkdə davam edir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |