fbpx

Zelenski seçim qarşısında: Ərdoğanın vasitəçiliyi Ukraynanı bataqlıqdan çıxara bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə tərəfi konflikt tərəflərinin xarici işlər nazirlərinin Antalya Diplomatiya Formunda iştirak edəcəyini bildirib. Bu, baş tutsa, müharibənin gedişatında önəmli dəyişikliklər edə bilər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Elman Vəliyev deyib. Ekspert şərh etdi ki, Türkiyə həm Rusiya, həm də Ukrayna üçün ən alternativ vasitəçidir.

“Bildiyiniz kimi, münaqişə tərəfləri üç dəfə bir masa arxasında görüş keçirtdilər. Bu görüşlərin üstünlüyü müvəqqəti atəşkəslərin əldə edilməsi oldu. Rusiya diplomatları müzakirələrdə istədikləri nəticəni əldə edə bilmədiklərini bəyan elədilər. Rusiyanın istədiyi Ukraynanın NATO-ya üzv olmaması, Krımı Rusiyanın bir hissəsi kimi o cümlədən DXR və LXR-nin də müstəqilliyini tanımaqdır. Rusiya Ukraynada bu şərtlərin qəbul edilməsi üçün blokada vəziyyəti yaradıb. Bəlkə də, Rusiya Kiyevi işğal edib, mövcud hakimiyyəti devirmək deyil də hakimiyyəti məcburiyyət qarşısında qoyub şərtləri qəbul etdirmək istəyir. Çünki Putin bunu etsə, beynəlxalq təzyiqlər, sanksiyalar dayanmayacaq, Rusiya imici üçün daha bir pis vəziyyət yaranacaqdır. Şərtləri qəbul etdirməklə özünü duruluğa çıxartmaq üçün bir qapını açıq qoyur”.

Rüya tabirlerini burdan oku

Elman Vəliyev qeyd etdi ki, münaqişə tərəfləri arasında Türkiyənin vasitəçiliyi çox önəmlidir. Çünki Türkiyə balanslı siyasət yeridərək nə Rusiyadan, nə də Ukraynadan vazkeçə bilərik dedi. Bu da ona vasitəçilik haqqı qazandırmış oldu.

“Düşünürəm ki, bir ehtimal Zelenski bu şərtləri qəbul edə bilər. Zelenski üçün indi əsas məsələ Ukraynanın bataqlıqdan çıxmasıdır. Yəni ziyanın harasından qayıtsa, faydalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu