Zelenski və Conson Kiyevdə danışıqlar apardı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gələn Böyük Britaniyanın Baş naziri Boris Conson ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna dövlət başçısı qeyd edib ki, danışıqlar mümkün qədər məzmunlu və mühüm detallarla dolu olub.
“Biz cəbhə xəttində, dövlətimizin cənubunda mövcud vəziyyəti, Ukraynanı qorumaq imkanlarımızı ətraflı müzakirə etdik. Qələbəyə doğru necə irəliləmək barədə ümumi fikir var”, – Prezident vurğulayıb.
Zelenski Consona Ukraynanın silah ehtiyaclarını başa düşdüyünə görə təşəkkür edib.
“Bu gün əsas məsələ həm də Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdir. Biz o istiqamətdə irəliləməyə başladıq. Rusiya raketləri xalqımız üçün, bütün Ukrayna ərazisi üçün təhlükə olaraq qalır. Rusiya ordusu tərəfindən raket zərbələrinin böyük əksəriyyəti sadə insanlara, mülki infrastruktura – yaşayış binalarına, məktəblərə, xəstəxanalara, universitetlərə, nəqliyyata endirilir”, – Ukrayna lideri qeyd edib.
Danışıqlar zamanı tərəflər Böyük Britaniyanın Ukraynanın maraqlarını irəli sürdüyü “Ramşteyn” formatında üçüncü görüşün nəticələrinə toxunublar.
Boris Conson əmin edib ki, ölkəsi bundan sonra da Ukraynanı silahla təmin etməyə, onlardan istifadə üçün hərbçilərin təlimini təşkil etməyə hazırdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.