Zelenski “Zəfər Planı”nı Ukrayna parlamentinə təqdim etdi
Ukrayna prezidenti Vladimir Zelenski “Zəfər Planı”nı Ukrayna parlamentinə təqdim edib.
BEY.AZ xəbər verir ki, plan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırlanıb. Ukrayna Prezidentliyinin yazılı açıqlamasına görə, Zelenski Ukrayna parlamentindəki çıxışında “Zəfər Planı”nı millət vəkillərinə izah edib. Zelenski xatırladıb ki, Ukraynanın məqsədi müharibəni ədalətli şəkildə bitirməkdir və plan da buna görə hazırlanıb. Planın həyata keçirilməsinin Ukraynanın müttəfiqlərindən asılı olduğunu ifadə edən Zelenski bildirib ki, Ukraynanın “Zəfər Planı” dövləti və onun mövqelərini gücləndirmək planıdır.
Zelenskinin sözlərinə görə, Moskva administrasiyası müharibəni davam etdirmək istəyir və Rusiyanı sülhə məcbur etmək lazımdır. Zelenski, “Əgər indi “Zəfər Planı”na uyğun hərəkət etməyə başlasaq, ən geci gələn ilə qədər müharibəni bitirə bilərik” deyə bildirib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |