fbpx

“Zelenskini Saakaşvilinin taleyi gözləyir” – ABŞ yarı yolda qoyacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qərb artıq Ukraynanı sıxışdırmaq, müharibənin intensivliyini azaltmaq, indiki durumu uzunmüddətli münaqişəyə çevirmək istəyir. NATO nümayəndəsi Stian Yenssenin Ukraynanı torpaq güzəştinə getməsinə çağırması təsadüfi işlənmiş ifadə deyil”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. S.Yenssen daha əvvəl də NATO-ya üzvlük müqabilində Ukraynaya torpaq güzəştinə getməyi təklif etmişdi.

Vəziyyəti saytımıza şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, son vaxtlar NATO ilə Ukrayna arasında müşahidə edilən gərginlik ABŞ-nin gələcəkdə Ukraynanı yarı yolda qoya biləcəyi fikirlərini yaradıb:

Rüya tabirlerini burdan oku

“Əslində bu ehtimal istisna deyil. Biz bu oxşar situasiyaları Gürcüstanın siyasi mənzərəsində də görmüşük. Vaxtilə keçmiş prezident Mixeil Saakaşvili Qərbə lazım olmayandan sonra ondan imtina etdilər. Bu ssenari Cənubi Qafqazda, Suriyada, Misirdə də təkrarlanıb. ABŞ hadisələrə öz maraqları kontekstindən yanaşır. Qərb Ukraynanın qayğısını çəkmir. Ona Ukrayna yox, Şərqi Avropadakı Rusiya ilə bağlı maraqlarının təmin olunması lazımdır. Son vaxtlar müxtəlif Qərb rəsmiləri əks-hücum əməliyyatlarının ləng getdiyini bildirirlər. Görünür, artıq Qərbdə konfliktlərə ayırdığı vəsaitlərdən adekvat nəticə əldə olunmadığı təssüratları yaranıb”.

Yaxın günlərdə ziddiyyətlərin daha da artacağını ifadə edən Kənan Novruzov hesab edir ki, vəziyyət belə davam edərsə, Ukraynanı çox çətin günlər gözləyə bilər:

“Volodimir Zelenskinin də prezident Saakaşvilinin taleyi ilə bənzər hadisələr gözləyir. Bu Rusiya üçün də qələbə vəd etmir. Rusiyada o vaxta kimi sağalmaz yaralar qalacaq. Bəzi ekspertlərin NATO ilə aralarında yaranmış gərginlik fonunda Rusiyanın qalib gəldiyi açıqlamaları gözdən pərdə asmaq üçündür. İki ölkə arasındakı vəziyyət, davam edən müharibə, qarışıqlıq ABŞ-nin xarici siyasəti üçün heç də yad deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zelenskini #Saakaşvilinin #taleyi #gözləyir #ABŞ #yarı #yolda #qoyacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu