Zeynəddin Hacıyev VƏFAT ETDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
BDU-nun professoru Zeynəddin Hacıyev vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Zeynəddin Hacıyev vəfat edib.
Zeynəddin Hacıyev 1941-ci ildə Balakən rayonunda anadan olub. 1960-1965-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə BDU-nun əyani aspirantı olub.
1969-1981-ci illərdə BDU-da müəllim, baş müəllim, dosent, 1982-1987-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışıb. 1988-2002-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının nəzdindəki Sosioloji tədqiqatlar elmi tədqiqat labaratoriyasında böyük elmi işçi, 2002-ci ildən indiyədək BDU-nun Fəlsəfə kafedrasında professor vəzifəsində işləyib.
Fəlsəfə elmləri üzrə 4 dərsliyin, 1 monoqrafiyanın, 60-a qədər məqalənin və tezisin müəllifi olub.
Allah rəhmət eləsin!
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zeynəddin #Hacıyev #VƏFAT #ETDİ