“Zirə” büdcəsi ilə bizə qalib gəldi
“Çox maraqlı mövsümü başa vurduq. Ölkə kubokunun finalı da möhtəşəm alındı”.
BEY.AZ xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qarşılarında istəkli komandanın olduğunu bildirib: “Zirə”ni bütün mövsüm ərzindəki performansına görə təbrik edirik. Futbolçularıma gəlincə, onlarla qürur duyuram. Uğur qazandığın zaman arxayınlıq olur. Lakin çalışacağıq bunun qarşısını alaq”.
Onun sözlərinə görə, “Zirə”nin büdcəsi “Qarabağ”la eyni səviyyədə olmasa da, rəqib böyük işlər görüb: “Həqiqətən yaxşı mövsüm keçirdilər. Düşünürəm ki, bu cür büdcə ilə mübarizə aparmaqları bir növ bizə qalib gəldiklərini göstərir”.
Qurban Qurbanov bu gün karyerasını başa vuran Maksim Medvedevin gələcəyi ilə bağlı qarşıdakı günlərdə qərar verəcəyini vurğulayıb: “Maksimin Azərbaycan futboluna böyük xidmətləri olub. Onunla bu barədə danışmışdıq. Ona gələcək karyerasında uğurlar arzulayıram”.
53 yaşlı çalışdırıcı sabiq futbolçusu Kadi Borgesin “Qarabağ”a qayıtmaq ehtimalından danışıb: “Məncə, o da bura geri dönmək istəyər. Əlbəttə, bunu biz də istəyirik”.
Q. Qurbanov Aleksey İsayev və Nəriman Axundzadənin oyunundan razı qaldığını deyib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |