fbpx

“Zirə” növbəti mərhələyə yüksəldi – Konfrans Liqası



“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

BEY.AZ-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Slovakiyada “DAK-1904” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib – 2:1. “Qartallar”ın qollarını 25-ci dəqiqədə Rafael Utziq, 57-ci dəqiqədə penaltidən Qismət Alıyev vurub. Meydan sahiblərindən Alexandro Mendez 40-cı dəqiqədə fərqlənib.

Bakıda rəqibini dörd cavabsız qolla üstələyən “Zirə” III təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Xorvatiyanın “Osiyek” kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin