“Zirə” son dəqiqədə məğlubiyyətdən xilas oldu
Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.
BEY.AZ xəbər verir ki, turun son oyun günündə “Zirə” “Sabah”ı qəbul edib.
Zirə Olimpiya İdman Kompleksində baş turan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Georgi Papunaşvili “status-kvo”nu bərpa edib.
Bu bərabərlikdən sonra hər iki komandanın xal ehtiyatı 16-ya çatıb. “Zirə” turnir cədvəlində dördüncü, “Sabah” beşinci pillədə qərarlaşıb
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Kəpəz”i 5:0, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0, “Neftçi” isə “Səbail”i 3:1 hesabı ilə məğlub edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |