“Zirə”nin qapıçısı sevincindən komanda yoldaşını zədələdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Premyer Liqasının XXIV turunun Sumqayıt şəhərində keçirilən“Sumqayıt” – “Zirə” matçında maraqlı hadisə baş verib.
Metbuat.az xəbər verir ki, görüşdə Bakı komandası 90+4-cü dəqiqədə çempionatın iki bombardirindən biri olan gürcü hücumçu Davit Volkovinin qolu ilə qələbə qazanıb.
Həmin qolu komanda yoldaşları ilə birgə qeyd etmək üçün sevinənlər arasında “Zirə”nin ehtiyat qapıçısı, millimizin sabiq qolkiperi Anar Nəzirov da olub. 36 yaşlı futbolçu sabiq komandasının qapısına vurulan qolu qeyd edərkən öz komanda yoldaşı, serbiyalı müdafiəçi Nemanya Ancelkoviçi səhvən zədələyib.
Nəticədə Anar Nəzirov bu hərəkətinə görə baş hakim Elçin Məsiyevdən sarı vərəqə alıb.
Həmin anları təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.