Zoya Eldarova istefa verdi – FOTO
Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.
BEY.AZ bildirir ki, bu barədə Bizim.media.az-a Zoya Eldarovanın özü məlumat verib. O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.
Məlumata görə, Qusar Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.
Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |