fbpx

Zülfüqarlıların toyu oldu, məşhurlar axışdı



Azərbaycanlı iş adamı, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlunun Bakıda toyu olub.

BEY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, biznesmen kiçik oğlu Ramin üçün “Buta Palace”da dəbdəbəli mərasim təşkil edib.

Nigar-Ramin cütlüyünün toyuna Türkiyənin məşhur ulduzu Mustafa Sandal da dəvət edilib. Bundan başqa, mərasimdə Xalq artistləri Aygün Kazımova, Alim Qasımov da səhnəyə çıxıb.

Qeyd edək ki, Loğman və Nurəddin Zülfüqarlı qardaşları həm Türkiyədə, həm də Azərbaycanda metal işinə böyük investisiyalar qoyublar. Daha sonradan “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovla aralarında yaranan münaqişə səbəbindən Türkiyəyə köçmüşdülər.








ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin