fbpx

YUXU YOZMALARI – A

Rüya Yorumları burda

Abajur – Röyada abajur, abajurlu lampa görmək, yaxud belə bir lampa hazırlamaq – yaxın gələcəkdə bir işin xeyirlə, faydayla başa çatacağını bildirir.
Abdal – Yuxuda abdal və axmaq bir adamla qarşılaşmaq – düşmənlərinizin saf qəlbli olmağınızdan və temizliyinizdən faydalanaraq sizə zərər verəcəklərini göstərir. Abdal, axmaq adamla söhbət eləmək – iş həyatınızda yanlış bir addım ataraq zərərə düşəsəyinizə işarədir.
Abdəst – Röyasında abdəst aldığını görən adam, ümumi yozumlara görə, muradına yetişər. belə bir yuxu görən Allah adamı kimi qəbul edilir. Şərqin yuxu yozucuları çeşidli durumlara görə, abdəst ilə bağlı röyaları bu şəkildə yozmuşlar:
Abdəst namaz üçün alınmışsa – müqəddəs və mənəvi anlamda bir yaxşılığa işarədir.
Abdəst tamamlanmaq üçünsə: arzu edilən bir işin olacağı deməkdir.
Abdəst hamamda, yaxud təzə tikilmiş bir evdə alınmışsa düşmənlərdən, yağı xislətli rəqiblərdən, pisliklərdən qurtulacağınıza işarədir.
Abdəst təmiz su ilə alınmışa – böyük bir borc qısa müddət ərzində ödənəcəkdir.
Abdəst dəniz kənarında alınırsa – bir xəstəliyin yaxşılaşacağını, sərvətə qovuşulacağını göstərir.
Abdəstli olduğu halda ikinci dəfə abdəst alınırsa – şan və şərəfin, sayğı və etimadın artacağı deməkdir.
Abdəstsiz namaz qılınırsa – sənətkarsa-emalatxana, tacirsə-sərmayə sahibi olacağına yozulur.
Abdəst pozmaq – Röyada bir kimsənin özünü abdəst pozarkən görməsi-onun qısa bir müddət içərisində sıxıntılardan qurtulacağı anlamına gəlir.
Abdəstxana – Röyada bir abdəstxanaya girmək-mühim bir işin qısa müddətdə çözələnib aydınlaşacağı kimi yozlur.
Absent (yovşan arağı) – Röyada absent deyilən içkidən içmək-həyatda bir çox bədbəxtliklərlə qarşılaşacağınıza işarədir.
Avqust – yuxuda bir adamın avqust ayını görməsi-evlənmək, boşanmaq, bir işə girmək və bu kimi mühim işlərin o qədər də uğurlu olamayacağını göstərir. Şərqli və qərbli yuxuyozucularının eyni qənaətinə görə, bu cür röya görənlər ailə daxilində də çətin vəziyyətə düşə bilərlər.
Avqust böcəyi (cırcırama) – Yuxuda avqust böcəyi (cırcırama) görmək, əsasən, könül xoşluğu anlamına gəlir. Ancaq qərbli röya yozucuları şərq və müsəlman yozucularından fərqli olaraq avqust böcəyini heç də xeyirə yozmurlar.
Avtobus – İçi adamla dolu səyahət avtobusu-röya sahibinin çox gurultulu və təntənəli bir toplantıya (məclisə) gedəcəyini xəbər verir. Özünü avtobusun arxasından tutub sallanmış görmək-çox təhlükəli bir macəraya sürüklənəcəksiniz.
Avtomobil – Röyada içi adamla, yaxud yüklə dolu bir avtomobili idarə etdiyini görən adamın istikbalı macəralı və əndişəli olacaqdır. Başqasının idarə etdiyi avtomobilə minmək-röya sahibi kişidirsə, yaxın günlərdə əlinə yaxşı fürsət keçəcək və bundan yüksək səviyyədə istifadə edə biləcəkdir. Əgər evli deyilsə-pul məsələsində təhlükəli bir işə girişəcəkdir.
Ağac – Röyada ağac görülməsi, ümumiyyətlə, xeyirə yozulur. Belə ki:
-Meyvəli ağac görmək-yuxu görənin ümidlərinin doğrulacağına və mənfəət əldə edəcəyinə yozulur.
-Meyvəsiz ağac-ümumiyyətlə, yalan və ümidsizliyə işarədir.
-Ağacın növü bilinməzsə-qazanca, mənfəətə, sevincə işarədir.
-Ağaclarla örtülü yamyaşıl bağça-sağlamlıq və var-dövlət bəlirtisidir.
-Özünü ağacın üstündə yatmış görmək-çoxlu uşaq sahibi olmağa yozulur.
-Tikanli ağac-ətrafınızdakı adamlara qarşı diqqətli olmağın gərəkliyini bildirir.
-Öz bağında ağac əkmək-əkilən ağacın sayı qədər oğul-uşaq sahibi olacağınızı bildirir.
-Gur yarpaqlı ağac-xoş güzəran, evdə, ailədə rahatlıq, can deyb can eşitmək deməkdir.
-Dörd yanı bürünmüş çoxlu ağac görmək-yuxu görənin və dost-tanışın zənginliyinə, sərvət sahibi olacağına işarədir.
-Ağacdan düşmək-xeyrə yozulmur, mal-mülk itkisini göstərir.
-Ağacın qabığı-belə bir yuxu görmək, əsasən, xeyirə yozulsa da, bu yuxunu görən əgər qadındırsa və əgər evlidirsə gərək ərinə qarşı daha nəzakətli və qayğıkeş olsun. Yoxsa, ailədə əminamanlıqdan, xoşbəxtlikdən əsər-əlamət qalmaz və bunun da səbəbkarı qadın sayılır.
-Ağac budağı-əgər budaq çiçək açmışsa, çox xeyirli və uğurlu xəbərə yozulur. Yuxuda quru budaq görmək-həm şərqli, həm də qərbli yuxuyozucuları tərəfindən xeyirə yozulmaz. Ancaq islam yuxu yozucularına görə, röyada görülən quru budaq da xeyirə yozulur.
-Sınmış ağac budağı-Mühittdin Ərəbinin fikrincə, bu, yuxu sahibinin xasiyyətinə görə yozulmalıdır. Pis niyyətli adamlar üçün belə yuxu yaxşılığa yozulmaz. Yaxşı niyyətlilər üçün isə əksinədir. Uşaqların bu cür yuxu görməsi-həyatda uğur qazanacaqlarını göstərir.
Ağarmaq – Yuxuda bir adamın saçında və saqqalında ağ tüklər görməsi-arvadı hamiləysə, dünyaya oğlan uşağı gətirəcəyinə yozulur. Digər yozumlar:
-Saqqalda ya da saçda üç dənəyə qədər ağarmış tük görmək-yuxu sahibinin oğlu sahibi olacağını bildirir.
-Bir qadın saçlarının ağarmağa başladığını görərsə-əri ona xəyanət edir.
-Yuxuda saqqalın birdən-birə ağardığını görmək-var-dövlətin əldən gedəcəyi anlamına gəlir.
-Səhhəti yaxşı olmayan bir adam saçlarının ağardığını görürsə-xəstəlikdən qurtarması müşkülləşir deməkdir.
Ağız – Ağızla bağlı yuxular belə yozulur:
-Ağızın yox olduğunu görmək-ölümə işarət sayılır.
-Ağızı kiçildiyini görmək-bir qazancli işin gerçəkləşəcəyini bildirir.
-Ağzı kilidlənmış halda görmək-kafirliyə və bir çox şər əməllərə işarədir.
Ağız qarmonu – Nəşəli günlər ərəfəsində olduğunuzu xəbər verir.
Ağıl – Röyada ağıl görmək xeyirə əlamət sayılır. Belə yuxu görən adam öz işində yüksələcəkdir. Tacirlər də böyük mənfəət intizarındadırlar və bu istək gerçəkləşəcəkdir. Ağıl röyası görən qadının isə əri ilə münasibətləri düzələcəkdir. Gənc qızlar muradlarına çatacaqlar.
Ağır-ağır nəfəs almaq – Röyada çətinliklə, ağır-ağır nəfəs alan adam kiçik bir mədə rahatsızlığı keçirəcəkdir.
Ağırlıq çökməsi – Röyada bir adamın üzərinə ağırlıq çökməsi və zəiflik hiss etməsi heç də yaxşılığa yozulmaz, ümumiyyətlə xəstəliklə bitəcək bir səfərdən xəbər verir.
Ağrı – Röyada ağrı çəkmək və yaralanmaq da tərsi doğru olan bir yuxulardan bir örnəkdir. Yuxuda ağrı xeyrə yozulur. Rahat, sağlam və əmin-amanlıq içərisində yaşamaq deməkdir. Ağrının kəsdiyini görmək-gözləmədiyiniz halda son dərəcə mühim bir yardım alacaqsınız. Röyada ağrı çəkən bir insana, ya da bir canlıya əlac etmək, onu oxşayıb, əzizləmək və ovundurucu sözlər söyləmək-girişəcəyniz bütün işlərin uğurla nəticələnəcəyini göstərir.
Ağ ciyər – Yuxuda çiy ağ ciyər-ölümə; bişmiş ağ ciyər isəəmin-amanlığa yozulur.
Ad – Röyada öz adını çağrıldığını görmək-önəmli bir işə çağrılacağınıza işaədir. Çağrılan başqa adamın adıdırsa və röya sahibi oynadığı zaman bu adı xatırlayırsa, o bu adamla əsaslı münasibətə girişəcəkdir.
Ada – röyada ada görmək-dostalarınızın sizi tərk edəcəyinə;
-Bir adada gəzintiyə çıxmaq-vaxtınızdan səmərəli istifadə etmədiyinizə;
-əgər adada gözəl bir havada gəzintiyə çıxmısınızsa-içinizdəki qüssə və kədərdən qurtula biləcəyinizə;
-fırtınalı bir havada və ya qaranlıq bir gecədə adada dolaşmaq-istəklərinizdə qətiyyətsizliyə, kədər və istirablardan qurtula bilməyəcəyinizə;
-bir adada ov ovlamaq-böyük bir təhlükədən sovuşacağınıza işarədir.
Aday (namizəd) – Röyada özünüzü bir millət vəkili və ya bələdiyyə məclisi adayıkimi görmək-əgər doğrudan da namizəd göstərilmişsinizsə seçkidə uğur qazanacağınızı göstərir. Aday olmayanlar üçün belə yuxu həyat yarışında uğurla irəliləyiş qazanılacağına yozulur.
Adam – Röyada bir adam görmək-evinizdə qısa sürəcək bir söz-söhbət, narazılıq olacağına;
-adam daşlamaq-ticarət işlərinizdə zərərə uğrayacağınıza;
-adam öldürmək-haqqınızda dedi-qodu çıxacağını;
-bir adama yaxşılıq etmək-evinizdə kiminsə xəstələnəcəyinə;
-bir adamdan nəsə almaq-xəstəliyə;
-bir adamla münaqişəyə girmək-dostlarınızın sizə yaxşı münasibıt bəslədiyinə, xoş hisslərlə yanaşdığına;
-ixtiyar bir qadın və ya kişi görmək-kədər və üzüntüyə;
-cavan oğlanın gənc bir qız və ya gənc qızın cavan oğlanı görməsi-məsud və xoş bir həyatın başlanğıcına yozulur.
Adaxlı – Röyada adaxlı olduğunuzu görmək-çox karlı və gəlirli işlərə girişəcəksiniz.
Adaçayı – Röyada adaçayı içmək- xoş bir olayla qarşılaşacağınıza və bə
xtinizin açılacağına işarədir.
Adəm Əleyhissalam – Röyada Adəm Əleyhissalamı görmək uzun sürəcək bir kədər və əndişədən sonra böyük sevinclərlə qarşılaşacağınıza işarə sayıldığı kimi, həm də çoxlu uşaq sahibi olacağınıza və həccə gedəcəyinizə yozulur.
Azad etmək – Yuxuda bir kişi özünü azad edərsə Allahın rizası üçün qurban kəsməlidir.
-arvadını azad edərsə boşanmağa, ayrılığa yozulur. Röyada azad olduğunu görən adam günahkardırsa tövbəkar kafirdirsə müsəlman olur. Ulu Allah onu cəhənnəm odundan iraq tutar.
Azğınlıq – Röyada görülə azğınlıq hərəkətləri dini baxımdan Allah yolundan sanmağa, imanın zəiflədiyinə yozulur.
Ay – Cavan oğlan röyasında parlaq bir ay görərsə, ani bir dəyişikliklə gələcəyi çox parlaq olacaqdır. Evli isə-sevgisi uğurlu olacaq, yaşı keçmişsə-qaralıq və çətin işini yoluna qoyacaqdır. Gənc qız üçün yuxuda ay-xoşbəxt evliliyə, evli qadın üçün isə əyləncəli bir səyahətə yozulur.
Digər yozumlar:
-Ayı qucağında görmək-ay təki nurlu gözəl bir qızla evlənmək deməkdir.
-Qadının ayı öz evində görməsi-gözəl bir oğlan uşağı olacağına, fəqət bu uşağın vəfat edəcəyinə.
– ayın tərsinə doğduğunu görməsi-xeyir və şərdən hər hansı bir istəyin axtının yetişdiyinə.
– ayı doğan görməsi-istəyində olan br şeyin ona nəsib olacağına.
– ayın doğub evi aydınlatması-hökümət tərəfindən o evə xeyir və mənfəət veriləcəyinə yozulur.
– Ayı yerdə görmək-yuxu görənin anasının vəfat edəcəyi anlamına gəlir. Birinin ayın aydınlığında gəzişdiyini görməsi-anası onu sevir və qoruyur deməkdir. Çünki ay ilə günəş ana ilə ata rəmzidir.
– Yuxuda ayı seyr etmək yaxud ayda öz əks olunduğunu görmək-belə öya görən dərhal ölür. Qadın bu cür yuxu görərsə, çox gözəl bir oğlan uşanğı dünyaya gətirəcək.
– Ayın yuxu sahibinə söz söylədiyini görmək-onun rəhbərliklə və yaxud nüfuzlu dövlət xadimləriylə yaxınlığına işrarədir.
– Ay erkən səfərə də yozulur, bəzən də xəstəliyi bildirir.
– Ayı sağında və ya solunda, arxasında yaxud önündə görmək-bu yuxunu görən qayğıya, tasaya, qorxuya düşəcək, çarəsizlikdən qaşmağa məcbur olacaq və ya bir bəla dolayısıyla ayrılığa düşüb məğlubiyyətə uğrayacaqdır.
Ay işığı – Dadlı bir eşq sərgüzəşti yaşamağa işarədir. Ancaq səhhətinə fikir verməsə bi röyanın sahibi vərəm xəstəliyin də tutula bilər.
Ayaq – Yuxuda ayaq görənin malı dəyərli və qalıcıdır (uzunömürlüdür), maliyyə, ticarət işlərində bəxti gətirəcək güvəncli olacaq.
– Ayaq barmaqları-yuxu görənin yaxınları, arvadı, uşaqları pul, var-dövlət sarıdan korluq çəkməyəcək. Ayaq sümüklərini yuxuda görmək-özünə inam və ancaq öz əlinin gəliriylə zəhmətilylə yaşamağa yozulur.
– Ayaq sümüklərinin bir parçasının göya çıxdığını görmək-ölümə; tüklü ayaq-röya sahibinin borcuna yozulur.
-Ayaqların kəsildiyini görmək-mal-heyvanın mülkün tələf olacağına; öz ayaqlarından başqa bir ayağın olduğunu görmək-güzəranın yaxşılaşmasına; ayağının düz və gözəl olduğunu görmək-röya sahibinin dini və dünyavi gözəlliyinə yozulur.
– Bir ölünün ayağının gözəl görünməsi- onun cənnətdə olmasına; günahkar bir adamın öz ayağının qəşəg olduğunu görməsi-onun günahlarından tövbə etməsinə, kafur üçün isə müsəlman olacağına yozulur.
Ayaqqabı – Röyada təzə ayaqqabı görmək və ya ayaqqabı itirmək-oyuxunu görənin vəziyətinin çox sıxıntılı olduğunu bildirir. Ayağı sıxmayan rahat ayaqqabı isə rahat vəxoşbəxt yaşayış anlamına gəlir.
Aydınlıq – Doğru yol və ehtiyatli olmaq kimi yozulur.
Ayı – Yuxuda ayi görən adam düşmənilə mübarizədən qalib çıxacaq.
Aypara – Minarə üstündəki ayparanı yuxuda görmək xeyri əlamətdir, bir sıxıntıdan qurtulacağınzıa işarədir.
Akasiya – Yuxuda akasiya ağacı, ya da çiçəyni görmək uğura yozulur.
Aktyor – Yuxuda aktyor görmək xeyrə yozulur. Ya yuxu görənin özünün, ya da dostlarından birinin başına dövlət quşu qonacağı anlamına gəlir. Röyada teatr aktyoru görmək kino aktyoru görməkdə daha yaxşıdır.
Aktrisa – Əgər bir aktrisa yuxuya girərsə, aktyorun əksinə xeyrə yozulmaz. Aktrisa səhnədə oynayarkən görülmüşsə, bu röyanı görən səfalətə düşəcəkdir.
Alabalıq (qızıl balıq) – Umulmayan yerdən böyük bir yardım almağa, gözləmədiyiniz bir dostla rastlaşacağınıza, arzu olunan bir səfərə çıxacağınıza, yolla getdiyiniz yerdə pul, ya da qiymətli daş-qaş tapacağınıza, gözəl, sevdalı günlər yaşayacağınıza yozulur.
Alabaxta quşu – evinizdə xəyanətə, vəfasızlığa məruz qalacaqsınız .
Ala-qaranlıq – Gözəl və təmiz gənc qıza könül verəcəyinizə işarə sayılır. Ancaq bu eşqiniz sizə xoşbəxtlikdən çox kədər və üzüntü gətirəcək, uzun müddət qəlbinizi və ruhunuzu dərin iztirablar saracaqdır
-Axşamın ala-qaranlığında çöldə ətrafı seyr etmək: həyatınızın tərsinə dönəcəyinə, bir çox sıxıntı və çətinliklərlə mübarizə apamaq məcburiyətində qalacağınıza, lakin son nəticədə həyatınızın yenə də axarına düşəcəyinə yozulur.
Albalı – röyada təzə albalı yemək-halal ruziyə, köhnə albalı-haram mala yozulur.
Alət – Röyada bir kənd təsərrüfatı aləti görmək-üzünüzə gələn ilin bol və bərəkətli olacağına işarədir. Əgər görülənalət kotan olarsa

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu