fbpx

YUXU YOZMALARI – H

Rüya Yorumları burda

HABİL-Habil Adəm əleyhissəlamın oğlu olub, qardaşı Qabil tərəfindən Şamda, Cebel Fasyon deyilən yerdə, bir mağara öldürülmüşdür. Röyada Habili görmək-yuxu sahibinə həsəd və kin bəslənəcəyinə, düşməndən ona bir pislik və bədbaxlıq yetişəcəyinə yozulur. Bəzən də adam suçsuz yerə öldürülür, yaxud zalım bir kimsədən ona zərər toxunur. Habili yuxuda görmək, eyni zamanda, Allah-təalaya itaət etmək kimi yozulur, lakin röya sahibinin dost deyə tanıdıqlarından çəkinməsi, çox diqqətli olması gərəkdir.

HAYQIRMAQ-Röyada bir topluluğa hayqırdığını görən adam sərvətə qovuşacaq, baxtı açılacaq. Röyada hayqırmaq-bir fitnəni, ya da xəstəliyi ifadə edir. Yuxuda yalqızca, təkcə bağıran adamın çılğınlığı get-gedə sozalar, qüvvəti zəifləyər.

HAZIRCAVABLIQ-Röyada hazırcavablıq etmək və ya hazırcavab bir adamın söhbətini dinləmək-xeyir xəbər alacağınıza işarə sayılır.

HAVA-Açıq və sakit havada gəzmək-hər kəsin dostluğunu, sayğısını qazanaraq düşmənlə də dost olmağa, itmiş bir əşyanın tapılacağına, işlərin qaydasında getməsinə işarədir. Yuxuda buludlu, sıxıntılı və dumanlı hava görmək-qayğıya, sıxıntıya və ələmə yozulur. İlk baharın ilıq havasını görmək-rahatlığa, yaxşı yaşamağa, bütün işlərdə ağıllı hərəkət edərək uğurlar qazanmağa əlamətdir. Röyada yer ilə göy arasında ayaq üstə durduğunu görmək-hökmdar tərəfindən qısa sürən şərəf və etibara layiq görüləcəksiniz. Yuxuda açıq hav şəraitində torpaq üzərində gəzdiyini görən adam böyük şərəf və halal mal sahibi olacaq. Yalanşı və təkəbbürlü adamın belə yuxu görməsi heç bir məna ifadə eləmir. Özünü yerlə göy arasında görən kimsənin qəlbi doludur, lakin nə iş görəcəyini bilmir. Röyada havadan yerə düşdüyünü görən adamvəzifəsindən, rütbəsindən məhrum olacaq, əgər vəzifə adamı deyilsə, istədiyinə nail ola bilməyəcəkdir. Havanı saf və bərraq (açıq, şəffaf) görmək-aydın havaya ehtiyac bulunduğundan səfərə çıxmağa hazırlaşan adam üçün bu röya xeyrə yozulmur. Hava insan istəkləri olaraq yozulur. Özünü göylə yer arsında ayaq üstə durub danışan görmək-xeyrə, xoşbəxtliyə, var-dövlətə yozulur. Açıq havada bina tikmək, yaxud çadıq qurmaq-röya sahibi xəstədirsə, bu yuxunun mənası onun ölümünə işarədir. Röya sahibi dənizdədirsə, o gəmi batacaq. Havada uçmaq-dənizdə vəya quruda səyahətə çıxmağa işarədir. Havada qanadlanıb uçduğunu görən adam bu röya qüvvətli və açıq şeyi ifadə edir, bəzən də alacağı mala və sərmayəyə, sayəsində səfərə çıxacaq hökmdara, gəmisinin yeni və möhkəm olduğuna işarə sayılır. Havada qanadsız uçduğunu görmək-quruda və dənizdə səyahət anlamındadır. Göy üzü görünməyəcək dərəcədə hava qaranlıq görünərsə-röya sahibinin başqanla və ya öz rəhbəriylə arası pozulacaq. Rəhəbəri və ya başqanı yoxsa-gözləri kor olacaq.

HAKİM-Bir hakimi haqsızlıq və zülm edən görmək-o şəhər əhalisinin ölçüdə-çəkidə bir-birilərini aldatdığını, düzgünlüyün gözlənmədiyini göstərir. Şikayətlə hakimə müraciət etmək və hakimi bu şikayəti ədalətlə, insafla yoluna qoyması-röya sahibi düşməndən haqqını tamamilə ala biləcəkdir. Bu röyanı görən zərərdədirsə, yaxud məğlub olandırsa-üzüntülərinə son qoyulacaq. əgər hakim ədalətli qərar çıxarmazsa, röya sahibi düşmənindən haqqını tamamilə ala bilməyəcəkdir. Röyada özünü hakim və ya namuslu bir bilgin (alim) donunda görmək-şöhrətə, bərəkətə, xoşbəxtliyə qovuşacaqsınız. Müsafir bu cür yuxu görərsə, yolu bağlanacaq. Röyada hakimin üzünü xoşbəxt və gülər görmək-şikayət və tələbiniz xoş sonluqla bitəcəkdir. Hakimin oturduğu yeri, onun kürsüsünü görmək-fəryad və fəğana, düşmənçiliyə işarədir. Bu röyanı görən xəstənin ağrıları şiddərlənəcək. Xəstə adam hakimi onun xeyrinə hökm çıxaran görərsə, bu yuxu onu n vəfat edəcəyinə işarə sayılır. Bəzən hakim həkim kimi də yozulur.

Rüya tabirlerini burdan oku

HALVA-Röyada halva görmək-məhbusun qurtuluşuna, səfərdəki adamın sağ-salamat geri döməcəyinə, xəstənin şəfa bulacağına, subayların evlənəcəyinə, təzə doğulmuş övlada, yaxşı qulluqçulara, halal ruziyə yozulur.

HAMAM-Röyada görülən hamam və hamam sobası-qayğıya, tasaya işarədir. Hamama girmək, hamamda olmaq da sıxıntı anlamlndadır. Hamamda yuyumub yaxalanmaq-borcdan qurtarmaqdır. Suyun istiliyi-xəstəliyə, tabsızlığa;ilıq su-sağlamlığa, işlərin öz qaydasınca getməsinə yozulur.

HAMİLƏLİK (uşağa qalmaq)-Yuxuda özünün və ya başqasının hamilə olduğunu görən qadın gühan iş tutacaq. Qız xeylağı belə yuxu görərsə-haqqında dedi-qodular çıxacaqdır. Yuxuda doğmaq-günahlardan və hər cür pisliklərdən sıyrılıb təmizlənməyə yozulur.

HARUN ƏLEYHİSSƏLAM-Röyada Harun peyğəmbəri görən adambir kimsəyə vəkillik edəcək, onun ucbatından başı müsibət və bəla çəkəcək, lakin sonunda xeyrə qovuşacaqdır. Yaxud qəddar və zalım adamlar onun qarşısında qəhr olacaqdır. Səfərə çıxmaq istəyənlər üççn yuxuda Harun peyğəmbəri görmək-qələbəyə, bol ruziyə yozulur.

HAFİZ (Qur`anı əzbərdən bilən adam)-Röyada bir hafizi Qur`an oxuyarkən görən adam muradına çatacaq deməkdir.

HACI OLMAQ-Röyada özünü hacı olmuş görmək-əlinizə böyük miqdarda pul keçəcəyinə, yaxud isti məmələkətlərə səyahətə çıxacağınıza yozulur.

HEBƏ-İki qardaşa, ər-arvada, iki uşağa və ya iki günüyə işarədir. Bir kimsə yanında heybə olduğunu, heybə satın aldığını və ya ona heybə hədiyyə edildiyini görərsə, bu yuxu-səfəri, üzüntü və kədərədn uzaqlaşmağı ifadə edir.

HEYVA-Yuxuda heyva görməyin çeşidli yozumları var. Başlıca yozumlar bunalrdır: xəstəlikdən, şəfa tapmaq, səfərə çıxmaq, doğum, işdə uğur, yeni dostlar, qazanc.

HEYVAN QIRXMAQ-Röyada heyvan qırxan adam görmək-pisliyə, düşmənçiliyə, israfa işarədir.

HEYKƏL-Qara-qorxudan qurtulmağa, düşmənə qalib gəlməyə, övlada, həyat yoldaşına və mənfəətə işarə sayılır. Röyada xristian kilsəsində heykəl görmək-İncili ifadə edir.

HEYRANLIQ-Yuxuda hamının sizə heyran olduğunu və ya heyranlıqla sizdən danışdığını görmək-sevgilinizin, əgər sevgiliniz yoxsa, həyatda özünüzə ən yaxın bildiyiniz bir kimsənin sizə gerşəkdən sadiq və səmimi olaraq bağlı olduğu anlamına gəlir.

HEYRƏT ETMƏK-Yuxuda heyrətlənmək, yaxud şaşırdıcı bir duruma düşmək-anadangəlmə sahib olduğunuz yetənək və məziyyətlər sayəsində hər cür çətin durumdan çıxa biləcəyinizi göstərir.

HEKAYƏÇİ (nağılçı)-Gecələr, xüsusən də qış günlərində dastan və hekayətlər söyləyən birisini yuxuda görmək-tərbiyə və ədəbə dəvət etməklə insanları bir-biriylə barışdıran adama işarədir.

HEROQLİF YAZISI-Röyada əski misirlilərin heroqlif yazılarını görmək-bütün hərəkətləriniz normal və məntiqli olduğuna, təbiət qanunlarına zidd heç bir davranışda bulunmadığınıza işarədir.

HESAB (haqq-hesab kağızı)-Hər hansı bir yerdən haqq hesab kağızı almaq, ödəmək, yaxud bu səbəbdən üzülmək-gənc oğlan üçün-unudulub getmiş üzüntülərin təkrar meydana çıxmasına; yaşlı adam üçün-yaxınlarından birinin itgisinə; gənc qız üçün yoxsul birisiylə evlənməyə; qadın üçün-puldan korluq çəkəcəyinə yozulur.

HƏBƏŞ-Yuxuda həbəş, efiopiyalı görmək-bəzi xoşagəlməz xəbərlər alacağınıza yozulur.

HƏBS-Röyada həbs olunduğunu görmək-çevrənizin düşmənlər tərəfindən fəna halda sarıldığına və diqqətli olmağın gərəkliyinə işarədir. Həbsxana yuxusu isə xoş xəbər müjdəçisi kimi yozulur.

HƏVƏNGDƏSTƏ-Həyata keçməyi mümkün olmayan işlərə yozulur. Eyni zamanda, şərəf və ucalığı, oxuyan uçağı, sadist qadınları, musiqiçiləri, yaxud da çox danışan gəvəzə xidmətçini ifadə edir.

HƏDİYYƏ-Sərvət dəyişikliyinə işarədir. Tanıdığınız kiçik bir uşaqdan hədiyyə almaq-fitnə və fəsada; hədiyyə vermək-sıxıntı və pisliyə yozulur. Hədiyyə-fərəh və rahatlıq işarədir. Hədiyyə-sevgi rəmzidir. Hədiyyə-birisiylə evlənmək üçün anlaşma baxımından ən gözəl sevgiyə işarədir. Yuxuda sizə bir tabaq təzə meyvə göndərilərsə-qızınıza adaxlı tapılaçaq, qızınız yoxsa-hədiyyə göndərən adamla aranızda yaranacaq sevgiyə, səmimiyyətə işarə sayılır.

HƏDİS-Röyada hədisi-şərif oxumaq-islam baxımından çox böyük xeyrə, axirətdə Həzrəti Peyğəmbər əfəndimizin himayəsinə qovuşacağına dəlil olaraq qəbul edilir.

HƏZM (sinirmək)-Yuxuda yediyiniz yeməyi həzm etmək, sinirmək-sənətinizdə diqqətli və çalışqansınız. Yeməyi tamam sinirmək-hər cür qorxudan qurtarmağa və hər işdə nəşəli və sevincli olmağa yozulur.

HƏKİM-Röyada xəstənin evinə həkim gəldiyini görmək-o xəstənin yaxşılaşacağı, lakin röya sahibinin xəstələnəcəyi şəklində yozulur.

HƏLLAC (pambıq əyirən)-Röyada həllac görənin işi daima yoldadır.

HƏMAYİL (tilsim)-Röyada boynunuzdan bir həmayil asıldığını görmək-xeyir xəbər eşidəcəksiniz.

HƏRARƏT (istilik)-Nəşəli və sevincli adamların röyada hiss etdikləri hərarət, zəiflik zəbunluq kimi hallar onların rəqibləriylə danışmağa, bəhsləşmədə zəifliyinə və qorxaqlığına; çətinlik və sıxıntı içində olanların isə rahatlığına dəlalət edir.

HƏRƏMXANA-Röyada özünün hərəmxanada olduğunu və ya hərəmxana qurduğunu görən qadın, yaxud kişi ailə həyatında xoşbəxt olmayacaqdır. Belə röya görənlər həm özlərini, həm başqalarını bədbəxt etməmək üçün yüz ölçüb-bir biçməli, sonra evlənməyə qərar verməlidir.

HƏSƏD-Röyada birinə var-dövləti, dostları, sosial durumu, xoşbəxtliyi və ya hər hansı bir səbəbdən dolayı həsədlə baxmaq-tam tərsinə yozulur, yəni o röyanı görən adamlayaradılış etibarı ilə, zərrə qədər də olsa, həsəd deyilən hiss yoxdur və yuxuda həsədlə baxdığı şeylər onun özündə də artıqlamasıyla mövcuddur.

HƏSİR-Peşmanlıq gətirəcək bir davranışa işarə sayılır.

HƏCC-Röyada həccə getmək-iş və ya məmuriyyət həyatında böyük irəliləyişlər qazanacağınıza, yoxsulsunuzsa-zəngin olacağınıza, zənginsinizsə-sərvətinizin daha da artacağına işarədir. Həccə getmək istədiyiniz halda, buna müvəffəq olmamaq-əməl və arzularınıza uzun müddət nail ola bilməyəcəksiniz deməkdir.

HƏŞƏRAT-Həşərat görmək yaxşı yuxulardan sayılmır. Qarışqa-gəvəzə və çox gəzən adamlardan toxunacaq xətəri; arı-yüksək və zəngin dostlardan birinin qaba davranışını; ağcaqanad-amansız bir düşməni göstərir. Eşşəkarısı da bu cür yozulur. At çibini-saxtakar bir yoldaşa işarədir. Digər milçək bə böcəklər də yaxşı şeyə əlamət hesab olunmur. Kəpənək-abdal və saf qəlbli dost-yoldaş kimi yozulur.

HƏŞİŞ ÇƏKMƏK-Xeyrə yozulmayan röyalardandır.

HİDDƏT-Yuxuda hiddətlənmək-süründürülən bir işin sona yetəcəyini xəbər verir.

HİYLƏ-Röyada hiyləyə uğramaq və ya hiyləgər bir adamla qarşılaşmaq-aldanmamaq üçün öz işlərinizdə daha diqqətli olmanız gərəkdir. Yuxuda bir başqasına hiylə gəlmək-röya sahibi şübhə etdiyi bir dostu tərəfindən aldadılacaq və ya söz qandırılıb yoldan çıxarılacaqdır.

HİMAYƏ-Röyada birisini himayə etmək-bir qadının sevgisini qazanacaq və ya mirasa qovuşacaqdır.

HİND QUŞU-Hind quşunu satın və ya hədiyyə olaraq almaq-çox xeyirli yuxudur. Bir müddət hər işdə bəxtinizin gətirəcəyinə yozulur. Hinduşka yemək, hinduşka qonaqlığında bulumaq yaxşı yuxu hesab edilmir, iş həyatında ümidsizliyə uğramaq kimi mənalandırılır.

HİND CEVİZİ-Hind cevizinin ağacını röyada görmək-uzaqdan bir xəbər alacaqsınız. Hind cevizi almaq-cəsarətlə hərəkət etdiyiniz bir işdəuğursuzluğa uğrayacaqsınız. Hind cevizindən hazırlanmış şirin əzmə yemək-fırıldaqla, əyri yolla pul əldə etməyə yozulur.

HİNDU-Həyatınızda bir dəfə də olsa, Şərqə səyahətə çıxacağınıza işarədir.

HİPNOZÇULUQ-Röyada bir hipnoz nömrəsini və ya özünüzün hipnoz edildiyinizi görmək-başınıza çeşidli işlər gələcək və bunlar sizi çaşdıracaq, çətin durumlara salacaqdır. Hörmətdən düşə və etibarınızı itirə bilərsiniz.

HİRS (qəzəb)-Röyada hirslənmək-yaxınlaşmaqda olan bir üzüntünü səssiz-səmirsiz aradan qaldıra biləcəksiniz.

HIRXA (arxalıq)-Yuxuda hırxa (arxalıq) geymək-işlərinizdə irəliləyişə nail olacaqsınız.

HOVUZ-Röyada içi suyla dolu gözəl bir hovuz görmək-əlinizə böyük miqdarda pul gələcək və bununla daha da varlıqlı bir ömür sürəcəksiniz. Şəklinin hovuzda əks olunması-evli olmayan qadın və ya kişi üçün bu röya ailələrinin qəbul etməyəcəyi bir izdivaca yozulur. Röya sahibi evli isə, həyat yoldaşı başqsı ilə eşq macərasındadır. Hovuzun suyu soğulmuşsa-son ümidin də boşa çıxacağını göstərir.Hovuzun üstünü çiçəklərlə bəzənmiş və süslü görmək-qara-qorxudan qurtulmağa işarədir. Hovuzda qırmızı balıq üzdüyünü görmək-xarici səfərə yozulur.

HOQQABAZ-Röyada heyrətamiz nömrələr göstərən hoqqabaz görmək-bədniyyət və məlun düşüncəli düşmənlərinizi alt-üst edəcəyinizi göstərir.

HÖKM-Məhkəmədə mühakimə olunduğunu yuxuda görmək-bir çox faydalı biliklər əldə edərək qüvvtlənəcəyinizi göstərir. Öz günahı ucbatından məhkum olunmuş bir adam görəmək-röya sahibi dost bildiyi bədniyyət birisinin üzündən üzüntüyə və əzablara düşəcəkdir.

HÖKMDAR-Bu yuxu hökmdarın görünüş şəklinə görə yozulur. Əgər hökmdar gülərüzlü isə xeyrə və mənfəətə; hirsli və qaraqabaqdırsa-zərərə və şərə işarə sayılır. Hökmdarı at üstündə görmək-şan-şöhrətinizin artacağını xəbər verir.

HÖRÜMÇƏK-Yuxuda hörümçək görmək-asi bir qadına işarədir. Hörümçək-hiyləgər, zəif və tənbəl bir adam anlamındadır.

HÖRÜMÇƏK TORU-Röyada hörümçək toru görmək-cavan oğlan üçün bu yuxu-onun bütün işlərini alt-üst edən düşmənə və bu düşməni axtarıb-öyrənmədən işlərinin düz gətirməyəcəyinə yozulur. Yetgin yaşda kişilər üçün bu röya-uğura; adınlar üçün-bir qəribinin sevgilisiylə arasını vuracağına; yaşlı qadınlar üçün-maliyyə-pul baxımından sıxıntılı duruma düşəcəyinə işarə sayılır.

HÜZN-Röyada məhzun olmaq, qəm-qüssə çəkmək-günahları üçün tövbəyə və ya eşqə yozulur.

HÜRKMƏK (qorxmaq)-Mədə rahatsızlığına yozulur.

HÜCRƏ-Röyada bir həbsxana hücrəsi görmək-tək-tənha və səssiz bir həyat sürəcəyinizə işarədir. Həbsxanada olanlar üçün bu röya-səbirli olduqları təqdirdə onların yaxın zamanlarda azadlığa çıxacağını göstərir.

HÜCUM ETMƏK-Bir adamın yuxuda düşmənindən qaçdıqdan sonra dönüb ona hücum etməsi-röya sahibinin düşmənlərinə qalib gələcəyini göstərir. Başqa yozumlara görə, bu yuxu-peşmanlığa, tövbəyə və xeyrə də yozula bilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu