fbpx

YUXU YOZMALARI – Q

QABAQ-Röyada qabaq görmək-ən yaxşı yuxulardan sayılır. Etibarlı, şanlı adam, xoşrəftar rəhbər, alim və ya həkim anlamındadır. Yuxuda qabaq-xəstə üçün şəfadır.
Röyada bişmiş qabaq yediyini görən kimsəyediyi qədər elm öyrənəcək, yaxud dağınıq olan şeyləri bir araya cəmləyə biləcək. Yuxuda görülən qabağın başa qaxmaq, azarlamaq, kədər, sıxıntı, darlıq, xəstəlik kimi mənaları da var. Qabaq yemək-aydın zəkaya və möhkən zehnə də yozula bilir.

QAB-QACAQ-Torpaqdan, gildən düzəldilmiş qab-qacaq görmək-nökər, xidmətçi, bənna anlamına gəlir. Eyni zamanda, röya sahibnin mal-mülık yiyəsi olacağını bildirir.

QABIQ-Ağac qabığı-bir səyahət xəbəri sayılır. Dəniz heyvanı qabığı-xoş xəbərdir.

Related Articles

QABIRĞA-Qabırğa yuxuda qadına, röya sahibinin arvadına işarədir.
Qabırğa-çadır və dirəkləri, evin çardağını, döşəmə və tavanını ifadə edir, eyni zamanda, sayğıda, sevgidə fərq qoyulmayanailə müzvlərinə də yozulur. Yuxuda qabırğa-sinəyə çəkiləcək hər cür pisliklərə, zəhmətə, şirin əzablara da işarə sayılır. Öz qabırğlarının sanadığını, dəri altından çıxdığını görməkröya sahibinə yetişəcək əzab və çətinliklər analmına gəlir.
Röyada qabırğaların böyüdüyünü və ya üzərindəki dərinin qalınlaşdığını görmək-ruziyə, şişmanlığa və xəstəlikdən qurtuluşa yozulur.
Qbırğalarının olmadığını görmək-ailə üzvlərindən birinin itgisinə; qabırğa yemək-röya sahibinin ailəsinə və qohumlarına yük olduğuna və ya ğynindən pal-paltarını satmağa işarədir.

QADIN-Röyada qadın-dünyadır. Bir kimsə yuxuda qadının ona tərəf gəldiyini və gülərək ona baxdığını görərsə, bu-xeyrə yozulur, dünyanın yaxşılığa doğru getdiyini göstərir.
Yuxuda qadının sizə bir şey verdiyini görmək-dünya işiylə məşğul olduğunuza işarədir. Ziynətli və gözəl qadın görən zəngin olur. Çirkin qadın-yoxsulluq deməkdir. Müsəlman olmayan qadın və ya qız görmək-haram mala; qadınlarla topluca oturmaq-röya sahibinin işsiz və tənbəl olduğuna, xeyrə-şərə yaramadığına yozulur.
Röyada görülən şişman qadın-ilin ucuzluq və bolluq içində keçəcəyini; arıq, zəif qadın isə-ilin qıtlıq və bahalıq içində keçəcəyini göstərir.

QAYA-Röyada qaya görən adamın inadçıllıqdan vaz keçməsi, davranışlarını məqbul və anlayışlı ölçülərə uyğun olaraq tənzimləməsi gərəkdir.

QAYDA (tuluq zurnası)-Röyada qayda görmək və ya səsini eşitmək-evlənmə işinizin xeyli gecikəcəyinə işarədir.

QAYIQ-Röyada özünü qayıqda görən cavan oğlan səmimi bir dostu tərəfindən aldadılacaq, müşkül bir durumda qalacaqdır. Röyanı görən orta yaşlarında olarsa, pul itgisi üznüdən onun yaşayışı dəyişəcəkdir. Cavan qadın üçün bu cür yuxu-səmimi bir dost əldə etməyə; yaşlı qadın üçün-uçuq-sökük, xaraba bir evə daşınmağa yozulur.

QAYIŞ-Xeyrə yozulmur, pis, üzüntülü bir sürprizlə qarşı-qarşıya qalacağınıza işarə sayılır.

QAYMAQ-Yuxuda qaymaq yemək və ya satın almaq-hamı üçün gələcəkdəki varlığı və xoşbəxtliyi müjdələyir.

QAYMAQÇİÇƏYİ-Məcburi bir yolculuğun xəbərçisi sayılır.

QAYNAQ (mənbə)-Röyada bir su qaynağı (mənbəyi) görmək-uzun və sağlam bir həyat sürəcəksiniz.

QAYINANA-Yuxuda qayınana görmək-xeyirli bir xəbərlə bəabər, əlinizə xeyli miqdarda pul, ya da istiqraz keçəcəyini göstərir.

QAYINATA-Çox yaxın zanamada səfərə çıxacağınıza yozulur.

QAYSİ (ərik)-Xoş xəbərə yozulur.

QAYÇI-Röyada qayçı-doğrunu yalandan ayırmağın və alimlərin rəmzidir. Qayçı-uşaqların və övladların çoxluğuna da işarədir.
Yuxuda əlində qayçı görən adamın bacı və qardaşları çox, ruzisi bol olacaq. Röyada qayçı görən adam subaydırsa-evlənəcək. Göydən üstünə qayçı düşdüyünü görən kimsənin ömrü tükənir deyirlər. Qayşıyla bir şey, yaxud saç kəsdiyini görmək-röya sahibi üçün işdə xeyirli bir fürsət yaranacaq.

QAZ-Röyada qaz görmək-arvada və qulluqçuya işarədir.
Yuxuda qaz əti yemək-röya sahibi qonşularından varlı və nəşəli bir qadınla evlənəcək.
Röyasında qazla danışan adam arvadı tərəfindən şərəf və şöhrətə yetişər.

QAZ-Yuxud yanar qaz görmək-sevincə və işinizin qabağa gedəcəyinə, daha çox ölçülü-biçili yaşayışa başlamaqla həyat tərzinizdə böyük dəyişikliklər əldə edəcəyinizə yozulur.

QAZ SƏNAYESİ ZAVODU-Bu röya hər kəs üçün qazancın artacağına, yaxud xalqa böyük xidmətdə bulunacaq bir yerə təyin edilməyə yozulur.

QAZAN-Rəsmi dairələrdə olan işinizi, əvvəl-axır, bitirəcəyinizə yozulur.
Qazanın qaynadığını görmək-bu röyanı görən qadın ərindən boşanacaqdır.
Yuxuda qazan-qüvvətli olmağa və düşmənə qalib gəlməyə də işarə sayılır.
Qazanın içində şorba və ət görmək-şərəfli ruzi anlamındadır.

QAZANC-Röyada bol qazanc əldə edildiyinin görülməsi-əlinizdən pul gedəcəyinə işarədir.

QAZLI SU-Röyada qazlı su şüşəsi görmək-iyirmi dörd saat içərisində gözləmədiyiniz bir xəbərlə qarşılaşmağa; qazlı su içmək isə-pul itgisinə yozulur.

QALA-Qayğı və sıxıntıdan qurtulmaq, qadın rəhmi kimi yozulur. Qala-hökmdar və ya dövlət başqanını şərdən xeyrə çevirən qüdrətli bir güc deməkdir.
Yuxuda özünü qalaya girən görmək-röya sahibinin dinində ibadət və itraət sahibi olduğuna, düşməninə üstün gələcəyinə işarədir.
Uzaqdan görünən qala-bir evdən başqa evə daşınmağa; qalanın dəmir qapısının qapandığını görmək-işlərinizdə uğur qazanacağınızı, günah və cəzadan qurtulacağınızı ifadə edir.
Qalanı fəth etmək-bir qızın qızlığını almaq deməkdir.

QALAY-Parlaq bir gələcək şəklində yozulur.

QALAYÇI-Sizi çox nəşəli günlər gözləyir.

QALDIRICI KRAN-Son zamanlar sıxıntı içində olduğunuza və ağır bir borc yükü altına girəcəyinizə yozulur.

QALİBİYYƏT-Röyada özünü hər hansı bir idman yarışında qalib gəlmiş görən, ertəsi gün cəhd elədiyi bir işdə yeniləcəkdir. Əgər yarışda uğur çox fərqli bir üstünlüklə əldə edilmişsə, röyanı görən adama durduğu yerdə hardansa pul gələcəkdir.

QALXAN-Röyada qalxan görən adam zəngin olacaq, oğlu dünyaya gələcək, bir az çətinlik çəksə də, sonu yaxşı olacaqdır.

QAMIŞ-Yuxuda qamış görmək-röya sahibnin heç gözləmədiyi bir anda tanışları qarşısında çətin və anlaşılmaz bir duruma düşəcəyini göstərir.

QAMIŞLIQ-Sıxıntı içinə düşməyə və bu sıxıntıdan bir dostun yardımı sayısində qurtara biləcəyinizə yozulur.

QAMÇI (qırmanc)-Röyada qamçı-gərəksinmə (ehtiyac) və istəyin ödənəcəyinə, yerinə yetəcəyinə, düşmənlərin yeniləcəyinə yozulur. Qamçı, eyni zamanda, uşağa və ürəyəyatrımlı təmiz bir dosta işarə sayılır. Göydən enən qamçı-sərt adama, qəzab və əzaba, yaxud hökmdar və dövlət başqanına da yozulıa bilər.
Heyvanın quyruğundan, sağrısından kəsilərək düzəldilmiş qamçı və ya qırmanc görmək-yetgin, heybətli, gözəl və əzəmətli hökmdara və ya dövlət başqanına yaxınlıq, bu yaxınlıqdan qazanılacaq məqam və rütbə anlamına gəlir. Əgər qamçı səliqəli və qaydasında düzəldilməmişsə, bu yuxu gəzici, (səyyar) vergi məmurunu ifadə edir. Yuxuda öz qırmancı ilə öz heyvanını qırmanclamaq-yuxu görən yaşayışı, dolanşığı üçün Allah-təalaya dua niyazda bulunacaq. Qamçıyla öz atını vurub ona qoşmaq istədiyini yuxuda görən adam çətin bir işinin həyata keçməsi üçün Allaha dua edəcəkdir. Qamçı zərbəsindən bir yerinin ağrıdığını görən adamın nəsihəti təsirli olur. Yuxuda padşah tərəfindən yüz və yüzdən az qırmanc vurulduğunu görmək-o adam vurulan qırmancın sayı qədər hökumətdən yardım alıb var-dövlət sahibi olacaqdır.

QAN-Bədəninizdə yara olmadığı halda, qan axdığını görmək-böyük bir zərərə uğrayacaqsınız.
Bir yaradan çoxlu qan axdığını görmək-mənəvi və maddi baxımdan böyük irəliləyişiniz olacaq, yüksələcəksiniz.
Qan içmək-haram mal əldə edəcək, lakin xeyrini görməyəcəksiniz.
Bədəninizin bir yerindən qan axdığını və üst-başınızın bulandığını görmək-qeyri-məqbul yollarla pul və mal qazanmağa yozulur. Axan qan paltarınıza bulaşmasa-günahlarınızdan təmizlənəcəksiniz.
Güllə, bıçaq və s. silahlarla alınan yaradan qan axması-malınız-varınız artacaq, miras yoluyla əlinizə pul gələcək, yaxud xeyirli bir səyahətə çıxacaqsınız.
damarlarınızdan qan axması-varlı üçün kasıblığa, kasıb üçün var-dövlətə işarədir.
Dişlərinizdən qan gəlməsi-qohumunuzdan zərər görəcəksiniz.
Bir yerdə qan görüb içinə düşmək-iftira və dedi-qodudur.
Bir irmağı, çayı qanlı axan görmək-müharibəyə işarədir.
Gözdən qan axdığını müşahidə etmək-sevdiyiniz bir kimsədən əbədi olaraq ayrılığa yozulur.
Qan aldırmaq-davamlı səhhətə və afiyətə işarə sayılır.

QANALMA-Bilgiyə (elmə) və əmanətə işarə olub, qorxunun, təhlükənin sovuşduğuna yozulur. Qan alan ixtiyar adamdırsa, bu röya çox xeyirlidir. Cavan oğlan belə yuxu görərsə, sərvətə və şöhrətə qovuşar.

QANQSTER-Yuxuda qanqster görən adamın həyatı və gələcəyi himayə altındadır.

QANTAR (yaylı əl tərəzisi)-Kasıb üçün var-dövlət anlamına gəlir.

QAPAN-Ynlış bir hərəkətə yol verərəkişlərinizi alt-üst edəcəyinizə dəlil olaraq qəbul edilir.

QAPI KİLİDİ-İşlərin çözüm yoluna girəcəyinə yozulur.

QAPI CIRILTISI-Röyada ev və ya mənzilin qapısının cırıltısını eşitmək-gözətçi, yaxud qapıçı tərəfindən bir pisliyə, ya da ər-arvad arasında baş verəcək narazılığa işarə sayılır. Eyni zamanda, bir sirrin ifşa ediləcəyini göstərir.
Bir mirzənin yazı yazarkən (yazı taxtası və ya kağız üzərində) qələminin cırıltısını yuxuda eşitmək-elm adamları üçün Allah və xalq nəzərində dərəcələrinin yüksək olmasını və yaxşılıqla anılmalarını; başqa adamlar üçün-gizli şeylərin meydana çıxmasını və çətinliklərlə qarşılaşacağını xəbər verir.
Qapını yıxılmış və ya yanmış görmək-qayğıya, zəifliyə; təzə qapı-röya sahibinin evlənərək bəla və müsibətlərdən qurtulacağına yozulur.

QAPLAN-Yuxuda qaplan (pələng) görmək-çox hiyləgər və qüvvətli düşmənə işarədir. Qaplan əti yemək, yaxud südünü içmək-mənfəət və qazanca; qaplanı tutduğunu görmək-düşməni yenməyə yozulur.

QAR-Röyada pəncərədən yağan qarı seyr etmək-üzüntü və sıxıntıların ən qısa zamanda öz-özünə yox olacağını xəbər verir. Qar fırtınasına düşmək-tasalı, qayğılı günlər başlayacaq və bir təhlükəni dəf edə biləcəksiniz. Qarda yerimək, üzərində ayaq izlərini görmək-xoş bir sürprizlə qarşılaşacağınıza işarədir.

QARA BİBƏR-Acı xəbərə yozulur.

QARA DƏNİZ-Qara dənizlə ilgili yuxular çətin bir işlə qarşı-qarşıya qalacağınıza yozulur.

QARA RƏNG-Yuxuda qara rəng-ucalıq və var-dövlət deməkdir.
Parlaq qara rəng-hökmdar tərəfindən sizə bəxş ediləcək ucalıq və qüdrət anlamındadır.
Qara paltar geydiyini görmək-ucalığa işarədir. Qara rəngli paltar geyməyə adət etməmiş adamın yuxuda qara geyimdə olduğunu görməsi-üzüntüyə və kədərə yozulur.
Çeşidli yozumlara görə, qara rəng, həm dı röya sahibinin böyük bir qüsuruna, o kimsənin ata-ana üzünə ağ olmasına, yaxud əlini-ayağını sındıracağına işarə sayılır.

QARA TUT-Yüngül bir xəstəliyə tutulma ehtimalını göstərir.

QARA CİYƏR-Röyada qara ciyər görən adam içki içir və qızartma yeyirsə, dərhal bunlardan vaz keçməlidir, serroz ola bilər.

QARAĞAC-İşinizdə uğur, evinizdə xoşbəxtlik deməkdir.

QARABASMA (kabus)-Tez-tez qorxulu yuxu, kabus görmək-röya sahibinin gizli düşməninin meydana çıxmasına və onu yenəcəyinə yozulur.

QARABATDAQ-Dərin bir eşq və məhəbbətlə birisinə bağlanacağınıza yozulur.

QARAYEL-Röyada qarayel rüzgarının şiddətlə əsdiyini görmək-bir tanışınız vasitəilə işinizdə yüksələcəksiniz.

QARAJ-Röyada qarajda avomobili təmizlədiyini, yaxud benzin doldurduğunu görmək-çox yaxşı yuxu kimi yozulur. Yaxın zamanda qovuşacağınız sərvətə və etibara işarədir. Qarajda işləmək-gəliri artırıb çoxaltmaq üçün yaxşı bir fürsət ələ düşəcəkdir.

QARANLIQ-Yuxuda qaranlıq-qayğıların, üzüntülərin artacağına; qaranlıqdan işığa çıxmaq-qayğılardan qurtulmağa, yüksək mövqeli dövlət adamlarına yaxınlıqdan faydalanmağa işarədir.

QARATOYUQ-Çox sevdiyiniz bir dostla bərabər səyahətə çıxacaqsınız.

QARAÇI-Buröya cavan oğlan üçün yaxın vaxtlarda gözlənilməz səfərə; orta yaşlılar üçün-pul itkisinə; evlənməmiş qadın üçün-gözləməyi çox sevən birisiylə izdivaca; evli qadın üçün-bəzi gizli məsələlərin aşkar olacağına işarə sayılır.

QARĞA-Qaba, yalançı və söpzündə durmayan adama işarə sayılır.

QARĞIDALI-Yuxuda qarğıdalı yemək, qarğıdalı tarlası görmək-cavan kişi üçüntikinti işlərindəki uğura; daha təcrübəli və yaşlı adam üçün çətinliyi olsa da, tutduğu işin sonunda böyük bir qazanc gətirəcəyinə; gənc və subay qadın üçün-çox dedi-qodulu bir evliliyə; evdar qadın üçün-gözləmədiyi bir yerdən gələcək pula yozulur.

QARDAŞ-Qardaşını yuxuda görən adamyaxınlarından və ya dostlarından xoş xəbər alacaqdır. Kişilər üçün bu röya maddi durumunun düzələcəyinə; qadınlar üçün-sıxıntılı anında gözləmədiyi bir adamdan yardım gələcəyinə işarə sayılır.

QARDEROB-Uzun illər qurduğunuz xəyallar bir anda gerçəkləşəcək deməkdir.

QARIN-QARTA ŞORBASI-Yuxuda qarın-qarta şorbası içmək-röya sahibinin geniş miqyaslı bir iş dolayısıyla yorğun olmasına və onun dincəlməsi, istirahət etməsi gərəkliyinə işarədir.

QARINQULU (acgöz)-Röyada qarınqulu birini görmək-mədə pozğunluğuna işarədir.

QARIŞQA-Yuxuda qarışqa-zəif və hirsli bir qövmü, milləti, əsgəri, ordunu, ailəni və uzun ömrü ifadə edir.
Qarışqa-ucuzluq, bolluq və ruzi əlamətidir.
Xəstə olan adam yuxuda bədənində qarışqa gəzdiyini görsə, vəfat edəcək.
Röyada qarışqanın qanadlandığını görmək-çoxlu əsgərin həlak olacağını xəbər verir.
Bir şəhər və ya məmləkətdən qarışqaların qaçdığını görmək-oğruların həmin yerdən bir şey oğurladığını və ya orda təmir, quruculuq işləri gördüyünü xəbər verir.
Röyada qarışqa öldürdüyünü görən adam başqasının təhrikiylə günah iş tutacaq.
Yuxuda görülən böyük bir qarışqa-savaşçıların öldürüləcəyinə, xəstələrin vəfat edəcəyinə, səyahət arzusunda olanların ölüm xəbərinə və zərər çəkəcəklərinə işarədir.
Böyük bir qarışqanın evindən yüklə bərabər çıxdığını görən adamın oğlu və ya qardaşı onun var-dövlətini oğurlayacaq.

QARMON-Yuxuda qarmon-uzaqdakı bir dostunuzdan və ya qohumunuzdan şad xəbər alacaqsınız.

QARNİZON-Röyada özünü hərbi qarnizonda görənin bəxti açılacaq, girişdiyi işlərdə uğur qazanacaq, sevdiyi adamdan qarşılıq görəcəkdir.

QARPIZ-Çeşidli yozumlarla açıqlanır:
Qarpız satın almaq-bir işə pul qoyub maya buraxmağa işarədir.
Qarpız kəsmək-pis xəbərdir.
Qarpız yemək-haqqınızda dedi-qodu çıxacaqdır.
Bostandan qarpız toplamaq-yaxın bir adamınızla aranız pozulacaq.

QARSON (ofisiant)-Röayada restoranda və ya qəhvəxanada qulluq edən bir qarson dostunuzla rastlaşmaq-ailənizdən çətin vəziyyətə düşən bir nəfər sizdən yardım istəyəcək.
Yuxuda ozünü qarson görmək-ortaya xoşagəlməz ani bir iş çıxacaq və ya evinizi dəyişdirəcəksiniz.
Fıştırıq çalan və ya şərqi söyləyən qarson-gözləmədiyiniz bir qonağınız gələcək.

QARTAL-Çox xeyirli yuxulardandır, böyük bir qismət deməkdir.

QAT (mərtəbə)-Röyada bir evin mərtəbəsini satın almaq-bəzi boş xəyallara baş qoşduğunuzu göstərir.

QATAR-Yuxuda qatar-işinizdə yüksəlmək üçün yaxşı bir fürsət yaranacağına yozulur. Qatarda birisini görmək-dostlarınızdan yaxşılıq görəcəksiniz. Qatarda səyahətə çıxmaq-çox ömənli nəticələri olacaq bir toplantıya dəvət alacağınızı göstərir.

QATİL-Röyada qatil görmək-şərqli və qərbli yozuculara görə, şad bir xəbərlə qarşı-qarşıya qalacaqsınız deməkdir.

QATIQ-Yaxşı qazanca, çoxlu pula, uzun ömrə yozulur.

QATIR-Aşağıdakı biçimdə yozulur:
Qatıra minmək-zəhmətli bir işdən üz ağlığıyla çıxmaqdır.
Qatır satın almaq-evdə bəzi üzüntülərə işarədir.
Qatırdan düşmək-pul-mal itkisidir.
Qatırdan şıllaq yemək-gözləmədiyiniz bir dostdan xəyanət görəcəksiniz.

QATIRDIRNAĞI (bitki)-Röyada qatırdırnağı çiçəyini görmək-yuxu görənin şair, ya da çox romantik ruhlu bir adam olduğuna işarədir.

QATLAMA BIÇAQ-Ailədə dedi-qodu olacağına işarədir.
Bıçaq bülövləmək-haqqınızda dedi-qodular çıxacaq və bundan çox üzüləcəksiniz.
Bıçaqla bir çey kəsmək-işlərinizin qarışacağına yozulur.

QATRAN-Çoxdan bəri arzuladığınız və ardınca düşmüş olduğunuz bir iş müsbət nəticələnəcək.

QAFA-Röyada qafa görmək-bir sınaqdan uğurla çıxacağınıza yozulur.

QAÇAQ-Röyada fərari bir qaçağı yaxalamaq-gizli, fəqət çox qüdrətli düşmənə işarədir.

QAÇAQ-QUDUR-Aranızda duran, yardım edən adam sizi bu köməkdən məhrum edəcəkdir.

QAÇAQMALÇI (kondrabandaçı)-Yuxuda qaçaqmalçı görmək-röya sahibinin bir qəbahət işləyəcəyinə və bu səbəbdən çox diqqətli olmağın gərəkliyinə işarə olaraq qəbul edilir.

QAÇIŞ (cıdır) MEYDANI-Röyada cıdır meydanı-nəşəyə, sevincə, düşmən üzərində qələbəyə, kişik yaşlı uşaqlar üçün Qur`ani-Kərimi öyrənməyə yozulur.

QAÇMAQ-Bir təhlükədən və ya qovğadan qaçmaq-gününüz bir müddət qorxu və əndişə içində keçəcək, lakin sonu xeyirli olacaqdır. Əgər röya sahibi həbsdən qaçdığını və ya başqasının qaçmasına yardım etdiyini görmüşsə, çox önəmli bir sirrini söyləmiş olduğu bir dostu onu ifşa edəcəkdir.
Röyasında qaçdığını, lakin qaçma səbəbinin nə olduğunu bilməyən adam tövbə edər və günahlarının bağışlanmasını dilər.

QAŞ-Yuxuda qaş görmək-xeyrə yozulur, işlərinizin, sağlamlığınızın yaxşı olacağına işarə sayılır.

QAŞIQ-Bolluq və bərəkətə yozulur.

QAŞINMAQ-Röyada qaşındığını görmək-sıxıntılı günlərin başlayacağına, lakin bu sıxıntının çox sürməyəcəyinə yozulur.

QEYİ-TƏBİİ RÖYALAR-Həyatda mümkün olmayan şeyləri yuxuda görmək, iştirak etməyin mümkünsüz olduğu bir ziyafətdə bulunmaq, dünyada tayı, oxşarı olmayan bir çox əcayib məxluq görmək və onlarla söhbətləşmək, dostluq etmək-röya sahibinin normal həyatında gözlənilməz dəyişikliklər olacaqdır.

QƏBAHƏT-Röyada qəbahət bir iş tutmaq-xeyrə yozulmur, pis xəbər əlaməti sayılır.

QƏBİLƏ-Röyada qəbilə görmək, bir qəbilə içində olmaq-yuxunu görən pula, var-dövlətə nail olacaq.

QƏBİR-Röyada qəbir həbsxanaya, həbsxana da qəbrə işarə sayılır. Yuxuda qəbir qazmaq-evi təmir etməyə, yaxud evlənməyə yozulur.
Cənazə görmədən qəbrə girdiyini görən kimsə vəfat etmiş bir adamın miras qalan evini satın alacaq.
Subay adamın röyasında qəbri qazdığını görməsi-onun hiyləylə bir qadına evlənəcəyini göstərir.
Röyada bir qəbir satın alaraqiçinə girmədiyini görən adam bir qadınla nigahlanıb evlənəcək.
Qəbrin bir yerdən başqa yerə dəyişdirildiyini görmək-qəbir sahibinin övlad və törəmələrindən birisinin orda ev tikəcəyini xəbər verir.
Dam üstündə qəbir qazdığını görən adamın ömrü uzun olar.
Röyada qəbirləri ziyarət etmək-həbsxanada olan məhkumları yoxlamaq, ziyarət etmək deməkdir.
Bir şəhərdə özünə və ya başqasına qəbir qazdığını, yaxud özü üçün bir qəbir qazıldığını görən adam o yerdə ev tikib məskən salacaq.
Yuxuda ölmədən dəfn edildiyini görən kimsəyə üzüntü və kədər üz verəcək, yaxud o adam həbsxanaya düşəcəkdir.
Yuxuda bir qəbiri açmaq-röya sahibinin qəbir yiyəsinin həyatdakı yolu və əməlləriylə uğraşmaq arzusunda olduğuna işarədir. Məzarda uyuyan alimdirsə, röya sahibi də elm alıb hikmət sahibi olacaq; varlıdırsa-var-dövlətə yetişəcək.
Röyada tanış olmayan ölülərin qəbirlərindən sıçrayıb qalxdıqlarını və evlərinə doğru getdiklərini görmək-röya sahibinin yaşadığı yerdə pis adamların müsəlman olmalarını, yaxud əkinçilərin bitəcəyinə umid etmədikləri əkin məhsullarının bitib mçəhsul verəcəyini göstərir.

QƏBİRQAZAN-Hiylə ilə aldadılacağınızı xəbər verir. Özünün qəbir qazdığını görən adam rəhmətə nail olavaq.

QƏBİRİSTAN-Röyada qəbiristan görən tutduğu günah əməllərə görə tövbə edəcək. Özünü ölmüş görənin ömrü uzun olacaq. Bir ölünü ağlamaq-xeyir xəbərə; ölünü qaçarkən görmək-uzun ömrə əlamətdir. Ölüyə bir şey vermək və ya ölünün röya sahibinə bir şey verməsi-evdə də, işdə də bolluq və bərəkət olacaqdır. Ölülərlə bərabər getmək-əcəlin yaxınlaşdığını xəbər verir. Öz evində ölü göərn adam istəyinə və muradına çatar deyirlər.

QƏDƏH-Daha çox evin xanımına və qulluqçuya yozulur. Qızıl və gümüş qədəhlər-sağlamlığı, gizli işlərin açığa çıxmasını ifadə edir.
Röyada görülən dolu qədəh-hamilə qadındır. Əgər qədəhin içindəki su tökülürsə, hamilə qadın uşaq salacaq; qədəh qırılarsa-qadın öləcək.
Yuxuda əlində qədəh olduğunu, qədəhin əlindən düşüb qırıldığını, lakin suyun əlində qaldığını görmək-röya sahibinin arvadı oğlan doğacaq, özü isə öləcək, uşaq sağ qalacaqdır. Əgər qədəh qırılmazsa, lakin içindəki su tökülərsə-uşaq öləcək, qadın sağ qalacaq.
Başqa bir yozuma görə isə, büllur qədəh qırılarsa, sıxıntı, kədər üz verər.

QƏDİR GECƏSİ-Röyada orucluq ayının 27-ci gecəsini, Qədir gecəsini görmək-yuxu görənin işlərində və istəklərində böyük uğurlar qazanacağına və onun Allahın sadiq qulu olduğuna yozulur. Bu röya ən uğurlu və xeyirli yuxulardan sayılır. Şərqin röya yozucuları “Qədir gecəsi” yuxularının çox az görüldüyünü söyləyirlər.

QƏYYUM (məscid xidmətçisi)-Xeyirli bir işə girişəcəyinizə işarə sayılır.

QƏZET-Röyada qəzet oxuyan adam yaxın vaxtlarda gözləmədiyi, lakin çox maraqlandığı bir olayla qarşılaşacaq. Əgər mətbəə yuxuya girərsə, daha karlı bir işə girişəcəksiniz. Özünü qəzetçi, müxbir görmək isə ərmağan və şöhrətə yozulur.

QƏLB (ürək)-Röyada görülən qəlb yuxu sahibinin ürəkli və nəşəli olduğuna, cəsarətinə, ağıl və zəkasına, əliaçıqlığına, ciddi və sadə adam olduğuna işarədir.
Qəlbində bir qorxu və əndişə hiss etmək-röya sahibinin haqqa, həqiqətə uymasınavə doğru yolu bulmasına yozulur.
Ürəyinin ağzından çıxdığını görmək-dinin gözəlliyinə işarədir. Yuxuda qəlb-qadın rəmzi kimi də mənalandırılır.
Ürəyin parça-parça oduğunu görmək-röya sahibi xəstə isə yaxşılaşacaq, qayğı və qüssədən qurtulacaq.
Qəlbində göz olduğunu görmək-zəka və anlayışa, dinində sağlam olmağa, gözəl və açıq sözlülük anlamına gəlir.
Yuxuda ürəyin ağrıdığını hiss etmək-pislik edəcəksiniz. Ürəkdə xəstəlik olduğunu görmək-böhtana, araqarışdırıcılığa yozulur.
Yuxuda ürək, bəzən də insanın hörmət etdiyi alicənab rəhbərə, müdirə, sirdaşa işarə sayılır.

QƏLƏM-Yazı yazmaq üçün istifadə edilən qələmi yuxuda görmək-elmə, Allah əmrinə və uşağa yozulur.
Röyada bir qələmə malik olduğunu görən adam elm, bilik sahibi olacaq. Əgər o qələmlə yazı yazdığınızı görsəniz, yazacağınız əsərlər anlamına gəlir.
Bir kimsə röyasında əlində və ya yanında qələm olduğunu görərsə, bu yuxu onun qardaşıyla bir yerdə olacağına və əgər anası hamilədirsə, oğlan uşağı doğacağına işarə sayılır.
Bir varlı yuxuda əlində dövlətdən aldığı bir qələm olduğunu görərsə, bu-ucalığı, qüdrəti, mötəbər əmri ifadə edir. Əgər röya sahibi vəzifədən götürülmüşsə, bir şəhərə vali və orda hökmü keçərli olur.
Röyada qələmin mürəkkəb içərisinə batırdığını görən adam çirkin bir işə girişəcək.
Yuxuda qələm, eyni zamanda, hökmdara, alimə, dil və qılıncla özünə şərəf, şöhrət təmin edən, hökümü icra edən şəxsiyyətlərə və qəhrəmanlara da yozulur.
Röyada görülən qələm-comərdlik və xeyirxahlıq, insanın sirr sahibi olmasını, yaxud düşməni üzərində zəfər çalacağını ifadə edir.

QƏLYAN-Dambatlıq və çoxbilmişlik əlaməti olaraq qəbul edilir.

QƏLP PUL KƏSƏN (saxtakar)-Röyada qəlp pul kəsən bir saxtakar görmək-heç bir işdə duruş gətirilməyəcək avara və başıboş bir həyata və bu durumun uzun müddət davam edəcəyinə işarədir.

QƏM-Röyada özünü qəmli durumda görən adam ertəsi gün şən-şaqraq dəqiqələr keçirəcəkdir.
Röyada özünü qayğılı və kədərli görmək-günaha batmaq deməkdir, eyni zamanda, röya sahibinin tezliklə tövbə edərək, qayğı və üzüntüdən qurtulacağı anlamına gəlir.

QƏMƏ (xəncər)-Gənc oğlanın özünü müdafiə üçün başqasına qəmə çəkməsi-girişiləcək bir işə, qüvvətli bir rəqiblə qarşılaşmağa, yaxud da eşqə və sevgiyə işarə olaraq yozula bilir.
Yaşlılar üçün bu röya-ciddi bir rəqabət üzündən meydana çıxacaq çətinlikləri; qadın üçün-pis bir yoldaşından görəcəyi zərəri xəbər verir. Röya görən daha yaşlı adamdırsa, ailə qovğalarını önləyə, aradan qaldıra biləcəkdir.

QƏMZƏ-Röyada nazlı-qəmzəli adam görmək-ertəsi gün işləriniz yaxşı gedəcək, nəzərdə tutduğunuz şeyi əldə edəcəksiniz. Məmursunuzsa, işdə yüksələcək; fəhləsinizsə-əlinizə pul gələcəkdir. Şagird, yaxud tələbə belə yuxu görərsə, dərslərindən yaxşı qiymət alacaqdır.

QƏNDİL (çıraq)-Röyada yanar qəndil görmək-hamilə qadın üçün oğlan uşağı doğacağına; xəstə üçün isə həyat yoldaşı kimi yozulur.
Röyada qəndilinin söndüyünü görən xəstə ölər. Bir kimsənin yuxuda qəndil və ya şamının düzgün yandığı yerdə birdən işığının artmasını görməsi-xəstəsi varsa yaxşılaşacaq.
Yuxuda işığı zəif və kiçik qəndil-hamilə qadın üçün bir qız uşağını ifadə edir.
Röyada evinin qəndilini işıqlı olaraq görmək-yuxu sahibinin ev işlərini görən adamın yaxşı xasiyyətli olmasına işarədir.
Yuxuda evin qəndilini sönmüş görmək-o evin işlərinə baxan adamın qarışıq və bəd əməllərinə və ya ev sahibinin işlərinin çətinləşməsinə, yaxud ailə üzvlərindən birinin vəfatına yozulur.
Röyada əlində qəndil olduğunu və onun sönəcəyindən qorxduğunu görən adam xəstədirsə vəfat edəcək.
Röyada gecə ikən əlində bir şam getdiyini görən kimsə bir günah işlər, sonra da tövbə edər.
Yanan şamı üfürüb söndürməyə çalışmaq-röya sahibi dürüst bir kimsənin işini ləğv etməyə çalışsa da bacarmayacaq.
Bir vali əlində sönmüş qəndil görərsə, işindən azad ediləcək. Röya sahibi tacirdirsə-zərər çəkəcək; xeyirxah adamdırsa-maılı gedəcək.
Məsciddə qəndilin söndüyünü görmək-məscidə gedib-gələn adam alimdirsə, vəfat edəcək.
Röyada qəndili vaxtında yandırmaq-şan-şöhrətli və faydalı bir uşağı ifadə edir.

QƏNİMƏT-Röyada bir döyüşdən sonra qənimət ələ keçirdiyini görən adamın başından talesiz bir eşq macərası keçəcək və bu səbəbdən o, uzun illər üzüntü içində qalacaqdır.

QƏPİK-QURUŞ-Röyada cibindəki xırda qəpik-quruşu şaqqıldatmaq-pul baxımından həyatda sıxıntı çəkəcəyinizə işarədir. Yolda qiymətli bir metal pul tapmaq-çalışdığını müəssisə sizi daha məsuliyyətliu və daha yaxşı bir maaşla başqa şöbəsinə işə götürəcəkdir. Röyada xırda pul itirmək-qarşınıza çıxan mühüm bir fürsəti əldən verəcəyinizə işarə sayılır.

QƏRARGAH-Röyada hərbi qərargah görmək-igidliyə, mərdliyə, toy-düyünə işarə sayılır.

QƏRƏNFİL-Çeşidli yozumları var:
Qırmızı qərənfil-şiddətli eşqdir.
Bəyaz qərənfil-təmizlik və saflıqdır.
Alabəzək qərənfil-nəşəli günlər və səadətdir.
Sarı qərənfil-üzüntü və xəstəlikdir.
Yaxaya qərənfil taxmaq-yüngülxasiyyətlikdir.
Qərənfil çeynəmək-əndişədir.

QƏSƏBƏ-Öünü balaca bir qəsəbədə görmək, içində dolaşmaq və ya kimisə axtarmaq-dedi-qoduya düşüb üzüntülərə dücar olacaqsınız.

QƏSSAB-Röyada tanımadığınız bir qəssab görmək-Əzrayıl mələyiylə yozulur. Yuxuda qəssablıq edən üsyan edər, qoyun kəsən zülm edər. Qoyunun başını gövdəsindən ayırdığını görən adam arvadından ayrılacaq. İnsan əti yemək-başqasının arxasınca pis-pis danışmaqdır. Əlini qanla yaxalayan-muradına çatacaq.

QƏTL-QIRĞIN-Röyada qırğın, qarət görmək-yünkül bir xəstəliyin başlanğıcı kimi yozulur.

QƏHVƏ-Röyada qəhvə içmək, cavan oğlan üçün-yabancı bir məmləkətdə yurd salıb xoş ömür sürməyə; orta yaşlılar üçün-cəsarətli bir cəhddə bulunub bəxt, qismət tapmağa; gənc qız üçün-varlı bir gənclə evlənməyə; evli qadın üçün-fitnə-fəsadçı bir yoldaşının təqsiri üzündən ən yaxın dostlarına güvənci, inamı itirməyə yozulur.

QƏHVƏXANA-Röyada qəhvəxana önündən keçmək-yaxınlarda alacağınız bir təklifin aldadıcı olduğuna və bu səbəbdən diqqətli olmağın gərəkliyininə; qəhvəxanada oturmaq-uğur gətirəcək bir işi öz üzərinizə göyürəcəyinizə işarə sayılır.

QƏHVƏ ÇÖKÜNTÜSÜ-Ömrün uzun və xoşbəxt olacağına yozulur.

QƏHQƏHƏ-Röyada qəhəqəhə ilə gülmək-xeyrə yozulmur, pis xəbərə işarədir.

QƏHRƏMAN-Adı tarixlərə düşmüş bir qəhrəmanı yuxuda görmək-indiyə qədər olduğu kimi, bundan sonra da doğruluqdan ayrılmadığınız təqdirdə həyatınızın bütün dövrlərində uğurlarınız davam edəcəkdir. Qarşıda sizi parlaq bir istiqbal gözləyir.

QƏFƏS-Gözləmədiyiniz bir vaxtda böyük sıxıntıya düşəcəksiniz.

QİYAMƏT (məşhər)-Röyada qiyamət gününü görmək-röya sahibinin itaətsizlikdən və çirkin şeylərdən çəkinməsini, günah işlərdən sakınmasını ifadə edir.
Yuxuda qiyamət günün görülməsi, eyni zamanda, ədalətə, insafa və məzlumunzalımdan intiqamında da yozula bilir. Yalnız öz üzərində qiyamət qopduğunu görən adam ölür.
Qiyamət-qan tökülməsi, xalq arasında fitnə-fəsada, ixtilaf, savaş, qovğa və sair bu kimi məşhər əlamətlərinin zühur etməsini ifadə edir.
Röyada qəbirlərin yarılıb açıldığını və ölülərin qəbirdən çıxdığını görmək-o yerdə haqqın-ədalətin yayğın olduğuna işarə sayılır.
Röyada qiyamət qopduğunu və dünyanın əvvəlki halına qayıtdığını görmək-bir qövm tərəfindən ediləcək zülmə, haqsızlığa yozulur.
Yuxuda qiyamət qopduğunu görmək-düşmənin bəd əməllərindən qurtarmağa və ya qiyamətin qonduğu yerdə camaat arasında bir fitnə-fəsad törədəcəyinə işarədir.

QİYMƏ (döyülmüş ət)-Bolluq və bərəkət anlamına gəlir.

QIZARTMA-Yuxuda özünün balıq, quzu əti və ya badımcan qızartdığını görmək, yaxud başqasını mətbəxdə bu iş başında seyr etmək-ciddi sonuclar verəcək bir qovğanı xəbər verir.

QIZIL-Yuxuda qızıl görmək həm Qərb, həm də Şərq yuxu yozucuları tərəfindən, ümumiyyətlə, xeyrə yozulur, firəvanlıq və sağlamlıq deməkdir. Yuxuda qızılın başqa bir mənası ümid və parlaq gələcəkdir.
Qızılla bağlı digər yozumlar:
Qızıl bilərzik və ya əsil qızıl-şəxsi ləyaqət hissi və xətir-hörmət get-gedə artacaq.
Hər iki əlin birdən qızıl olduğunu görmək-iflic xəstəliyinin yaxşılaşacağına işarədir.
İki gözün birdən qızıl olduğunu görmək-verdiyini qərar tamamilə doğru və yerindədir.
Özünün qızıl zinət şeyləriylə bəzənmiş görmək-var-dövlətə və işində yüksəlməyə yozulur.
Başqasından qızıl almaq-adlı-sanlı bir adamdan gözləmədiyiniz halda böyük maddi və mənəvi yardım alacaqsınız.
Qızıl xəzinəsini görmək-xoşbəxtliyə və röya sahibinin istədiyi qədər oğul-uşaq yiyəsi olacağına yozulur.
Bir torba qızıl görmək-yeni işlər ortaya çıxacaq və böyük miqdarda pula sahib olacaqsınız.
Qızıl saymaq-qısa sürən bir xəstəlik asanca dəf ediləcək.
Qızıl tökmək-bir eşq uğruna, ancaq sonradan vicdan əzabına yozulur.
Qızıl zəncir-xeyir xəbər alacaqsınız.

QIL KÖRPÜ-Röyada özünü axirətdə qil körpünün üstündə duran görmək-işləriniz düzələcək, arzu və istəkləriniz başa gələcək.

QILINC-Röyada qılınc qurşadığını görmək-böyük bir vilayətə vali olacaqsınız. Qılıncın ağır olduğunu və sizi əydiyini görməniz-valisi olduğunuz vilayətdə qüvvətlənərək yüksələcəksiniz.
Qılıncın asqısının kəsildiyini görmək-o vilayətin gözəlliyinə işarədir.Ərin arvadına, yaxud arvadın ərinə yuxuda qılınc verməsi-ailənizdə bir oğlan uşağı doğulacaq.
Dəmir, mis, qalay və ağacdan olmaqla dörd qılınc qurşadığını görən adamın dörd oğlu olacaq. Dəmir qılınc-güclü, qüvvətli oğula; mis qılınc-zəngin və bol gəlirli oğula; qalay qılınc-qadın təbiətli qorxaq oğula; taxta qılınc-böhtançı, fəsadçı oğula işarə sayılır.
Röyada qılıncı qınından çıxarmaq və onun kirli-paslı olduğunu görmək-çirkin oğlan uşağına yozulur. Qılıncın qında qırılmış olduğunu görmək-uşaq anasının qarnındaykən öləcək. Qılıncı qınından dartıb sıyırmaq, qılıncın parlaq və kəskin olduğunu görmək-röya sahibi haqq söz söylər; qılınc parlaq deyilsə-söylənən sözlər batil və mənasızdır.
Röyada qılınc sıyırmaq-yuxuna görən xalqdan şahid istəyəcək və xalq tərəfindən təqdir ediləcəkdir.
Qılıncın korşalıb kəsmədiyini görmək-röya sahibinin daha sözünü eşidən yoxdur deməkdir.
Birisinin yuxuda üstünüzə qılınc çəkməsi-o adamın sizə deyiləsi sözünə işarədir. Birini qılıncla vurmaq və qan çıxdığını görmək-qılınc vuranın deyəcəyi söz doğrudur.
Röyada görülən qılınc-ruzunu, mal-mülkü və elmi, biliyi də ifadə edir.

QILCIQ-Röyada balıq qılcığı-mal-mülk və pul itgisinə işarə sayılır.

QIRMAQ (sındırmaq)-Röyada hər hansı bir şeyi qırmaq o qədər də pis əlamətə yozulmur.
Cavan oğlanın yuxusunda çini qab-qacaq və s. qırması-verdiyi sözü, müqaviləni və ya nişanlanma işini pozacağına, sonralar bunun onun özüyçün xeyirli olacağına, böyük bir fəlakəti dəf edə biləcəyinə yozulur. Orta yaşlılar üçün bu röya-iş həyatında diqqətli və ayıq olmağın gərəkliyini göstərir. Daha yaşlı adamlar da bu cür yuxu görərsə, tədbirli və təmkinli olmalıdırlar.

QIRMIZI (mebel) AĞAC-Röyada qırmızı ağac görmək, yaxud mebel almaq-gözəl, yaraşıqlı evə işarə sayılır.

QISRAQ (madyan)-Muradınıza yetişəcəksiniz.

QIÇ-Röyada gözəl bir qadıın qıçı görmək-istədiyiniz və arzuladığını şeylərə əsla nail ola bilməyəcəksiniz.
Zəif və qyışbaldır adam görmək-zəif və qüdrətsiz bir duruma düşməkdəsiniz.
Qıçın əzilib zədələnməsi-kədər və üzüntüyə işarədir.
Qıçlarınızı kəsik görmək-nəşəyə və sevincə yozulur.
Gözəl qıçlara malik olub güzgüyə baxmaq-dostlarınız və ailə üzvləriniz sizi əvvəlki kimi sevirlər.
Röyada hər hansı bir kimsənin qıçlarını tutmaq-əndişə və kədərə işarə sayılır.
Qıçları olmayan adam görmək-işlərinizin çox ləng getdiyini və başınızda bir fəlakətin dolaşmaqda olduğunu göstərir.

QIÇLARIN ARASI (qadında)-Bir qadının qıçlarının arasına şəhvətlə baxmaq və toxunmaq-ikrah doğuran, xoşagəlməz işlə, yəni qeyri-qanuni alış-verişlə məşğul olmağa işarədir. Bilmədən çılpaq qadının ən məhrəm yerinə baxmaq-çətin narahat bir işə yozulur.

QOV-Röyada qovlu çaxmaqdan istifadə etmək-işdə uğur qazanılacağına yozulur.

QOVAQ-Röyada qovaq ağacı-ev=eşik sahibi olacağınıza işarədir.

QOVĞA-Röyada birisiylə qovğa elemək-əvvəlcə xoşa gəlməyən, lakin sonu yaxşı olan dəyişiklik olacağına işarədir. Tanış bir adamla qovğa etmək-bəzi özünə aid olmayan məsələlər ucbatından sıxıntıya və üzüntüyə düçar olmaqdır. Yaşlı adamlar üçün bu röya etimad etdiyi birinin xəyanətinə; pozğun qadın üçün-öz qüsuru və günahı üzündən qovğaya düşəcəyinə; daha yaşlılar üçün-çox danışan birisiylə qovğada qalib çıxmağa yozulur.

QOVUN-Qarşıda sizi həyatınızda baş verəcək bəzi mühüm dəyişikliklər gözləyir.

QOYUN-Röyada qoyun-qadın anlamına gəlir. Qoyun almaq, əldə etmək-evlənməyə işarədir. Bir qoyunu qabağına qatıb aparmaq-bir qadının ardınca düşməyə, lakin məqsədə və murada çatmayaraq geri dönməyə yozulur. Qoyun sağmaq-röya sahibi həmin il xeyirli bir iş apacaqdır.

QOYUN PENDİRİ-Xeyrə yozulmaz, bir xəstəliyin işarəsi olaraq qəbul edilir.

QOZA-Yuxuda qoza-yaxında ev-eşik sahibi olacağınıza yozulur.

QOL-Röyada iki qolunu yuxuda görən adamın iki yaxşı dostu olacaqdır.

QOL SAATI-Başqasına bağışlamaq üçün röyada qol saatı almaq və ya vermək-insanların gələcəyinin bir-birinə bağlı olduğunu, yaxud yaxın vaxtlarda bir-birinə yardım edəcəklərini göstərir. Saat almaq və ya satmaq-röya sahibi ilə onun böyükləri arasında bir dartışma olacağını xəbər verir.

QOLTUQAĞACI-Birisinin sizə yardım edəcəyini göstərir.

QONAQ-Yuxuda tanımadığınız və ya xoşunuz gəlməyən adamlarla bir qonaqlığa getmək-zəhləniz gedən bir adam tərəfindən narahat ediləcəksiniz. Bir dostunu və ya yoldaşını ziyarət etməyə getmək-gözləmədiyiniz böyük xoşbəxtlikdən xəbər verir.
Xoşunuza gəlməyən bir qonağı qəbul etmək-peşmançılığa, ümidsizliyə yozulur. Gələn qonaq ürəyinizcədirsə-sizə səadət gətirəcək bir hadisəyə işarədir. Əgər həmin qonaq qürbətdədirsə-bu röya onu öz vətəninə dönəcəyi anlamına gəlir.

QONŞU-Qonşusunu yuxuda görən adamın bir qohumu yaxşı günlərdə ona qonaq gələcək.

QORXU (qorxmaq)-Qayğı və tasayla yozulur. Allahdan qorxan bəlalardan qurtular.

QORXUNC RÖYALAR-İnsanlar yuxuda qorxunc röyalar da görüb və bundan çox narahat olurlar. Hətta günlərlə o qorxulu röyaların təsiri altında qalırlar. Lakin bu cür yuxuların çox vaxt gerçəkliklə əlaqəsi olmur və mədə rahatsızlığından irəli gəlir.

QOTAZLI QAYTAN-Röyada pərdə və s. üçün istifadə olunan qotazlı qaytan görmək-gec0tez muradınıza, arzularınıza qovuşacaqsınız.

QOTUR-Röyada qotur-vəba xəstəliyidir. Qotur olduğunu görmək və ya qaşınmaq-yaxın adamlarınızdan sizə yetişəcək üzüntüyə, kədərə, çətinliklərə işarədir.
Yuxuda qoturluq, keçəllik-kasıblığa və çoxlu uşaq istəməyə də yozulur. Qoturla bərabər, qan və irin də görmək-məqsədinizə çatacaqsınız deməkdir.
Yuxuda bədənini qaşıyan adam yaxın adamlarının zəhmətinə, əzab-əziyyətinə qatlaşacaq.
Röyada qotur bir adam görmək-üzüntü və kədər anlamındadır.

QOXULAMAQ-Röyada gözəl ətirli bir şeyi qoxulamaq-yüngül bir xəstəliyə işarədir. Bu qoxu pis və ağır olarsa, röya sahibi acı və çirkin bir sözə, yaxud bir tasaya tuş gələ bilər, özünü qoruması gərəkdir.

QOÇ-Röyada qoç-şərəfli və etibarlı bir adamın rəmzi kimi qəbul edilir.
Yuxuda qoç bunuzu almaq-yüksək mövqeli və mötəbər bir adam başlayacağınız işə əngəl törədəcək. Qoç yunu almaq isə, şərəfli və mötəbər bir adam tərəfindən sərvətə malik olacağınızı göstərir.

QOÇ QOYRUĞU-Qoç quyruğu almaq-möhtərəm və etibarlı bir adamın işinə və malın aortaq olmaqla bərabər, röya sahibi qızını da ona nigahlayacaq.
Qoyun içalatından bir çey aldığını görən adam şərəfli və yüksək bir məqama yetişəcək.
Qoç əti yemək-şöhrətli və mötəbər bir adamıöldürməyə işarədir.
Bir suru qoçun boğazlandığını görmək-bəlkədə hərb və ya iftişaş nəticəsində bir çox adamın öldürüləcəyinə yozulur. Qəssabdan qoç almaq-şərəfli və yüksək mövqeli bir adamın röya sahibinə yardımına və onun ölüm təhlükəsindən qurtulmasına, yaxud bir çox dava-dərmanla onun ölümdən xilas olmasına işarədir.
Yuxuda qoç bəsləmək-düşmənə qalib gələcəksiniz. Qoçun dərisini soymaq-düşməndən mal alacaqsınız. Öz evində soyulmuş qoç görmək-röya sahibi yaxınlarından birini itirəcək. Qoç ətindən kabab tutmaq-röya sahibinin xəstəliyinə və ya dövlət başçısından cəza alacağına yozulur. Röyada bir adama qoç verilərsə, həmi adam rəhbər vəzifəyə keçəcək, vali olacaq.
Qoyunu qoç şəklində görmək-röya sahibinin arvadı uşağa qalmayacaq. Əgər arvadı yoxdursa, bu röya onun hörmət-izzət sahibi olacağını, düşməni üzərində qalib çıxacağını xəbər verir.

QOŞULUB QAÇMAQ-Röyada sevdiyinizlə bərabər qoşulub qaçmaq-həyat yoldaşı sevdiyiniz adam bəyəniləcək və quracağını ailə həyatında birlikdə xoşbəxt olacaqsınız. Gizlicə qoşulub qaçan qoşa sevgiliyə yoldaşlıq etmək-bəziləri öz şəxsi problemlərini yoluna qoymaqdan ötrü sizinlə yaxınlaşacaq. Məsləhət üçün sizə yanaşacaqlar. Böyüklərin icazəsi olmadan qoşulub qaçan sevgililər barədə qəzet və ya məcmuələrdən xəbər oxumaq-bir toplantıya, əyləncəyə dəvət ediləcəksiniz və o əyləncənin sizin üçün əhəmiyyətli sonucları (nəticələri) olacaqdır.

QOCA QARI-Röyada qoca qarı (çirkin, ixtiyar qadın) görmək-iş həyatı və peşəylə bağlı bir istəyin gerçəkləşməsi kimi yozulur.

QRAMMOFON VALI-Qarşıdan gələn günlərdə şən və şaqraq dəqiqələr keçirəcəksiniz deməkdir.

QRAFİN-Röyada içi su dolu qrafin görmək-sadə və hay-küysüz bir ömür sürəcəksiniz.
Boş qrafin-ayağı sürüşkən bir qadınla dostluq edəcəyinizə işarədir.

QRİM-Röyada qrim yapıldığını görmək-qısa ömürlü, lakin dadlı bir eşq həyatı sürəcəyinizə işarədir.

QU QUŞU-Yuxuda qu quşu görən adam açıq ürəkli, təmiz qəlbli bir adamdır.

QUDUZ-Röyada quduz it görmək-bəzi olaylardan və adamların hərəkətlərindən gərəksiz yerə əndişəyə düşdüyünüzü və bu səbəbdən də yanlış davranışlara yol verdiyinizi, qorxunuzun əbəs olduğunu göstərir.

QUYRUQLU ULDUZ (kometa)-Böyük bir sərvətə yaxınlaşdığınızı, bəxtin açılacağını xəbər verir. Sərvətin böyüklüyü ulduzun parlaqlığı ilə ölçülür.

QUYU-Röyada quyudan su içmək, kişi üçün-tutduğu pis bir işdən dolayıittiham edilməyə; orta yaşlı kişi üçün-yeni bir gəlir yeri tapacağına; gənc qadın üçün-təklif alacağına; evli qadın üçün-təhlükəli bir duruma düşəcəyinə işarə sayılır.

QUZĞUN-Röyada quzğun görmək-bəzi dostlarla aranızin pozulacağına, umu-küsülərin ortaya çıxacağına işarədir.
Yuxuda üstünə quzğun düşdüyünü görən adamın yolu kəsilər.

QUZU-Röyada quzu görmək və ya quzu tapmaq-gözəl bir uşağınız doğulacaq, bu uşaq ata və anasına sadiq xidmətçi olacaq. Yuxuda quzu kəsmək-ululuğa işarədir. Başqa yozumlara görə isə, bu röyanı görən kəsin uşağı, yaxud ailə üzvlərindən biri vəfat edəcək.

QUZUQULAĞI-Aranız dəymiş bir dostunuzla barışacaqsınız.

QUL (kölə)-Röyada qul görən və ya kölə, yaxud xidmətçi satın alan adam xeyrə və bərəkətə qovuşar, düşmən üzərində qələbəyə nail olar. Əgər kölə göyçək və qara olarsa, bu yuxu xeyrə və bərəkətə yozulur. Kölə çirkin və zəif görülərsə, bu röya tasa və sıxıntını bildirir.

QULAQ-Röyada qulağın kirini yumaq-çox sevincli xəbərlərə işarədir. Başqasının qulağının çirkini təmizləmək-röya sahibinin xain və hiyləgər adamların bəd niyyətlərinə mane olmaq və onlardan gələ biləcək ziyankarlıqları yox etmək gücünə, qüdrətinə yozulur.

QULP-Röyada qulp dinlə ilgilidir. Bir şeyin qulpundan tutmaq-dinə sıx bağlılıqdır.
Qulp tutmaq və ya düymə düymələmək-hər ikisi qadın simvolu olub, röya sahibinin arvadını ifadə edir. Subay adam belə yuxu görərsə evlənəcək.

QUM-Var-dövlətə yozulur.

QUMAR-Röyada qumar oynandığının görülməsi-röya sahibinin ehtiraslı xarakterə malik olduğunu və bunun ona baha başa gələcəyini xəbər verir.

QUMAŞ-Sıxıntıya,üzüntüyə yozulur.

QUMRU-Erkək qumru quşu röyada şer deyən, yaxud gözəl şərqi oxuyan bir adama işarədir. Yuxuda qumru görmək-xeyrə və nəşəyə qovuşacağına, bir istəyin yerinə yetəcəyinə yozulur.
Qumru quşunu məhzun və kədərli görmək-sıxıntılardan və kədərdən qurtuluşdur. Yazda yuxuda qumru görmək-röya sahibinin muradı yazda hasil olacaq. Erkək qumru quşu-hamilə qadının oğlan uşağı dünyaya gətirəcəyinə və nemətə; dişi qumru quşu-dindar qadına işarə sayılır.

QUNDAQ-Röyada çağa qundağı görmək-yaxın vaxtlarda muradınıza çatacaqsınız.

QUNDUZ-Dadlı bir eşq həyatının başlanğıcı olaraq yozulur.

QURAQLIQ-Bolluğa və bərəkətə yozulan yuxulardandır.

QUR`ANİ KƏRİM-Röyada Qur`an ayələrini, yaxud Qur`an oxumaq-xidmət, şərəf, sevinc və yardımı ifadə edir. Yuxusunda əzbərdən Qur`an ozuduğunu görən adamtələblərində, şikayətində haqlıdır. O adam verdiyi sözə əməl edər, ədalətli hökm verər və pislikdən uzaq olar.
Mənasını bilərək Qur`an oxuduğunu görmək-röya sahibinin ağıl və zəkasını göstərir.
Cahil bir kimsə röyada Qur`an oxuduğunu görərsə, öləcək. Yuxuda çılpaq Qur`an oxuduğunu görən adam nəfsinin əsiri olan adamdır.
Röyada Qur`anı yediyini görən kimsə Qur`an oxumaqla keçinən, ruzu qazanan adamdır. Qur`anı oxuyub başa çıxmaq-röya sahibi arzuladığı şeyi əldə edəcəkdir.
Röyada Qur`an dinlədiyini görən bir adamın dövləti və sərvəti qüvvətli olar, hiyləgərlərdən qorunar. Bilmədiyi bir ayəti oxuyan kimsə xəstədirsə şəfa tapacaq.
Yuxuda Qur`anı diliylə yalayan adam günaha batacaq.
Röyada xəstənin üstündə Qur`andan surələr oxumaq-sevincə, fərəhə, ruziyə və ailədə Qur`an oxuyacaq bir uşağın doğulacağına işarədir.
Röyada Qur`an oxuduğunu görən adam qüdrət və ucalığa qovuşacaq, günahkarsa-tövbəsi qəbul olunacaq, kasıbsa-varlı olacaq, borclu isə-borcunu ödəyəcək, şahidlik etməli olsa-haqqın tərəfində duracaq, onda olan bir əmanəti sahibinə təslim edəcək.
Gözəl səs və avazla Qur`an oxuduğunu görmək-qüdrət, ucalıq və gözəl şöhrət yiyəsi olmaqdır.
Röyada Qur`an oxuduğunu və başqalarının da onu dinlədiyini görən adam bir yerə məmur olacaq, onun əmr və yasaqları qəbul ediləcəkdir. Ölü üstündə oxunan surələri oxumaq-xəstənin öləcəyinə işarə sayılır.
Yuxuda Qur`ani-Kərimi cırıb parçalamaq-Müqəddəs Kitabı inkar etməyə yozulur.
Xəstə birisinin yuxuda Qur`anı-Kərimi görməsi-o adam xəstəlikdən qurtulacaq. Qur`anı-Kərimi satın alamaq-hər cür bəd əməldən çəkinib uzaq olmağa işarədir.

QURBAĞA-Yuxuda qurbağa görmək və ya səsini eşitmək-bir toplantıda rəis, yaxud rəhbər bir işə seçiləcəksiniz. Qurbağanı hopbana-hopbana gedən görmək-izlənirsiniz deməkdir.
Röyada qurbağa əti yediyini görən adam qohumlarından və qonşularından, az da olsa, bir mənfəət əldə edəcəkdir.

QURBAN BAYRAMI-Röyada qurban bayramı-keçmiş bir nəşə və sevincin təkrar qayıtmasına, hər cür ölüm və təhlükədən qurtuluşa yozulur.
Özünü qurban bayramında görmək, röya sahibi kölə isə-azad ediləcək; həbsdə isə-qurtulacaq; borclu isə-borcunu ödəyəcək.
Özünü ramazan bayramı günündə görmək-üzüntü və kədərdən qurtulacaq, sevincə, nəşəyə qovuşacaqsınız, işləriniz asanlaşacaqdır. Malı zay olan, yaxud zərərə uğrayan adama o malın əvəzi, dəyəri ödənəcəkdir.

QURBAN KƏSMƏK-Röyada dəvə, sığır və ya qoyun boğazladığını görən kimsə cariyə, yaxud köləsini azad edəcək, borclu isə-borcundan qurtulub var-dövlətə qovuşacaq, niyyət edibsə-Həccə gedəcək, xəstə isə-yaxşılaşacaqdır.
Kəsdiyi qurbandan bir şey saxladığını görən yalan danışar, etiqadında təmiz olmaz.
Röyada qurban əti payladığı görən adam üzüntülərdən və kədərdən qurtulacaq, qüdrət və şərəf sahibi olacaqdır.

QURĞUŞUN-Röyada qurğuşun mədəni, yaxud silah qurğuşunu görmək-işlərinizdə bəzi uğursuzluqlara uğrauyacaq, ətrafınızdan xəyanət görəcəksiniz.

QURD (canavar)-Yuxuda bir qurdun röya sahibinə hücum edib onu qovması-bu, çox təhlükəli röya olmaqla bərabər, sənə uğurla bitəcək bir işə işarə sayılır.

QURD (soxulcan)-Röyada yaşıllıqlar arasında sürünən qurdlar, soxulcanlar görmək-dost-yoldaş bildiyiniz adamlar ucbatından sıxıntıya və əngəllərə düşəcəksiniz.

QURU YONCA-Bol ruziyə işarədir.

QURU MEYVƏLƏR-Ceviz, fındıq, fısdıq kimi quru meyvələr görmək-röya sahibinin qazanc və gəlirinin artacağına; onlardan birini sındırmaqxoşlamadığınız bir nəfərlə tanış olacağınıza;o meyvələrdən dadmaq, yemək-əndişəyə, narahatlığa yozulur.

QURUMUŞ AĞAC-Bu cür röyalar yaxşılığa yozulmur, yoxsulluq, güzəranın çətinliyi və rahatsız olmaq anlamına gəlir.

QURŞAQ-Röyada qurşaq-sağlam bir iş anlaşmasıəldə ediləcəyini xəbər verir.

QUSMAQ-Oruclu bir adam röyasında qusduğunu və onu yaladığını görərsə, bu yuxu onun borcunu ödəyə bildiyi halda ödəmədiyini və dolayısıyla günahkar olduğunu göstərir.
Röyada qusmaq-röya sahibinin haqsız almış olduğu bir şeyi sahibinə qaytarmasını, tövbə və peşmanşılığı ifadə edir. Yuxuda qan qusduğunu görən adam günah işləməkdən vaz keçər və haram mal qazanmağına peşman olar, ona tapşırılmış əmanəti öz sahibinə qaytarar. Yuxuda şərab içən və onu qusan kimsə haram bir malı ələ keçirər, sonra isə onu sahibinə verərək tövbə edər.
Röyasında ağız dolusu acı sarfa qusduğunu görən adam bir cəzadan dolayı günah işləməkdən uzaq durar. Bəlğəm qusmaq-röya sahibi öz istəyilə günah işləməkdən vaz keçər.Röyada yediyini qusan adambaşqasına bəzi şeylər bağışlar.
Röyada qusduğu yeməyi təkrar udan kimsə vermək istədiyi bəxşeyişdən vaz keçər. Röyada qusuntu yediyini görən mala-sərvətə, xeyrə və şöhrətə yetişər. Yuxuda qusaraq taqətdən düşmək-röya sahibi ölümə yaxınlaşır deməkdir.
Bəzi yozumlara görə, yuxuda qusmaq-çox mal israf etməkdir. Eyni zamanda, qusmaq-kasıblar üçün xeyri, zənginlər üçün isə maldan zərəri ifadə edir.

QUTU, SANDIQ-Röyada qutu, sandıq və s. bu kimi şeylər görmək-röya sahibi istəklərində ümudsizliyə qapılacaq, işsizdirsə-bu ümudsizlik onun həyatına təsir göstərəcək dərəcədədir.
Qutu, sandıq, çamadan və s. toplamaq, onları sırayla yerləşdirmək, yaxud biryerə daşımaq-gözləmədiyiniz bir dəyişikliyə işarədir.

QUŞ-Quşlara aid bütün röyalar xeyrə yozulur, xoş xəbərləri və müjdələri bildirir. Yuxuda quşu vurmaq və ya daş atmaq bəxtin əbədi olaraq bağlanacağına işarə sayılır.

QUŞ BALASI-Röyada qaz balası görmək-gəvəzəliklə vaxt keçirdiyinizə və düzgün həyat tərzinin gərəkliyinə işarədir.

QUŞARMUDU KOLU-Uzun ömrə yozulur.

QUŞ QƏFƏSİ-Bu röya cavan oğlan üçün gözəl yuxulardan hesab edilir. Qəfəsdə quş görmək-səadətə, zənginliyə və uğura yozulur. Orta yaşlı adamlar üçün bu yuxu işdə çətinliklərə düşəcəyinə işarə sayılır. Yuxusunda qəfəs görən gənc qız tezliklə ərə gedəcək. Evli qadın belə yuxu görərsə, işləri bir-birinin ardınca çətinləşəcək. Yuxuda boş qəfəs-hər kəs üçün bir sürprizdir.

QUŞQONMAZ (qulançar)-Yuxuda qulançar görmək-səhhətiniz dərhal düzələcək, xəstəlikdən qurtuluş yolu tapılacaqdır.

QUŞ DİMDİYİ-Çox keçmədən dəniz səyahətinə çıxacaq və ya mənfəətli bir işə başlayacaqsınız.

QUŞ YUVASI-Ağacda quş yuvası görmək-uyğunsuz yerləri ifadə edir. Hamilə qadının yuxuda quş yuvası görməks

i-doğacağı anlamına gəlir.

QÜBBƏ-Röyada qübbə-qadın deməkdir. Qübbə düzəltmək və ya satın almaq-evlənməyə yozulur.
Röyada qübbə sahibi olmaq-vəzifə sahibi olmağa işarədir.
Çoxlu qübbə və günbəz görmək, yaxud tikmək-röya sahibinin şan-şöhrətinin artacağını, iqtidar sahibi olacağını göstərir.
Yuxuda qübbə və onun üstündə quş görmək-röya sahibi rütbəcə yüksələcək. Bulud üzərində qübbə tikmək-qadına, qüvvətə və xoşbəxtliyə qovuşmağa işarədir.
Özünü çoxlu yaşıl qübbələr arasında görmək-röya sahibini gözəl işlər gördüyünə və şəhid olaraq öləcəyinə yozulur.
Ev içində qübbə görmək-qadın tərəfindən əldə ediləcək yüksək məqam anlamına gəlir.

QÜVVƏTSİZLİK (güzsüzlük)-Röyada adamın özünü gücsüz, zəif hiss etməsi-o adamın dininin zəif olduğunu göstərir.

QÜLLƏ-Röyada qüllə görmək-yuxunu görən bəzi tərs davranış və düşüncələr içərisində vurnuxur.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin