fbpx

YUXU YOZMALARI – T

Rüya Yorumları burda

TABAQ-Boş tabaq-bir müddət üzüntü içində olacağınıza, təzyiq altında qalmağa işarədir. Dolu tabaq-kiçik, önəmsiz olayların izlədiyi bəxtə, taleyə əlamət sayılır. Yuxuda tabaq-dəyəri qədərincə var-dövləti də ifadə edir.

TABLO-Röyada ünlü bir rəssamın tablosunu görmək-çoxdan bəri xəyalında olduğunuz istəklərin qısa zaman içərisində gerçəkləşəcəyinə yozulur.

TABUR (batalyon)-Röyada hərbi əskəri dəstə (tabur)görmək-yaxın vaxtlarda bəxtinizin açılacağına işarədir.

TABUT-Yuxuda tabut-əngəlləri yenməyə, uğur qazanmağa əlamət sayılır. Tabutun açıq olması-diqqətsizliyiniz ucbatından çətinliyə düşəcəyinizi göstərir. Bir tanışınızı tabutun içində görmək-yaxın günlərdə həmin adamın sağ-salamat olması xəbərini alacaqsınız. Tabutun içindəki yad adamdırsa-irəlidə sizi səmimi dostluq və yoldaşlıq əlaqələri gözləyir. Tabut, eyni zamanda, böyük bir mülkə yozulur. Röyada özünü tabutun içində görən adamsəltənət sahibi olur.

TAVA-Röyada tavada bir şey qızartmaq-ailədə rahatlığın, əmin-amanlığın hökm sürəcəyinə və əlinizə bir qədər pul gələcəyinə yozulur.

Rüya tabirlerini burdan oku

TAVAN-Yuxuda evinizin tavanını yıxılmış görmək-qəm-qüssəylə qarşılaşacaqsınız, bir ölüm xəbəri alacağınıza işarədir.

TAZI-Son vaxtlar səhhətinizin qayğısına qalmadığınızı göstərir.

TAKSİ-Röyada taksiyə minmək-işlərinizi sürətlə başa çatdıraraq uğur qazanacağınıza yozulur.

TAMBUR (nusiqi aləti)-Batil işləri, zinakarlığı, sehrbazlığı, cadukərliyi, insanı vərəm edəcək bir kədər və üzüntünü ifadə edir.

TAPANÇA-Çeşidli yozumlarla açıqlanır: Tapançadan atəş açmaq-iftiraya düşməkdir. Tapança satın almaq-dedi-qoduya işarədir. Tapança təmizləmək-bir işə girişməkdir. Tapançadan bəlli bir hədəfə atəş açmaq-ehtiras anlamına gəlir. Tapança ilə vurulmaq-qarşı cinsən birinə qüvvətli ilgi duymaqdır (sevgi də ola bilər).

TARİF (cədvəl)-Səfərə çıxmaq kimi yozulur.

TARLA-Röyada tarla, zəmi görmək-xeyrə, bar-bərəkətə, ruziyə, məhsul bolluğuna yozulur. Çeşidli yozumlara görə, tarla və zəmi-qəflət və mənasızlıq içində ömrün zay olmasına, elm öyrənməkdən qaçmağa, ruziyə və güzərana, yaxud övladlarının hər cür zəhmət və möhlətinə qatlaşan səbirli, anlamlı ata-anaya işarə sayılır.

TAS-Röyada tas-qadına, yaxud qulluqçuya işarə sayılır.

TAFTA (parça)-Röyada taftadan paltar geydiyini görən adam bir yemək-içmək məclisinə dəvət alacaqdır.

TAXIL BİTKİLƏRİ-Torpaq məhsullarından buğda, başaq-gəlirin artmasına; çovdar, yulaf və arpa-ailə həyatındakı xırda-para üzüntülərə yozulur.

TAXT-TAC-Keçmiş sultan və ya padşahların oturduğu taxt-tacı yuxuda görmək-yüksək mövqeyə, etibar və şərəfə yozulur. Taxt-tacda özünün əyləşdiyini görən kimsə yüksək bir məqam sahibi olacaqdır.

TAXTA-ŞALBAN-Ev-eşik sahibi olacağınızı xəbər verir.

TAXTABİTİ-Yuxuda taxtabiti-ziyankar adamların çevrəsindəsiniz deməkdir.

TAC-Röyada öz başınad tac görmək-yaxın günlərdə böyük bir istəyinizə nail olacaqsınız. Başqasının başına tac qoyduğunuzu görmək-rəqiblərinizdən üstün olmaq və yüksək bir məqama yüksəlmək əlaməti kimi yozulur. Bir kral və ya kraliçanın tacqoyma mərasimində iştirak etmək üçün hazırlaşmaq-böyük bir sürpriz sahibi olacaqsınız. Bu mərasimdə şəxsən iştirak etdiyini görmək isə, heç gözləmədiyini bir vaxtda işdə irəli çəkiləcək və mükafata layiq görüləcəksiniz.

TACİR-Yuxuda tacir görən adam birisi tərəfindən acınacaqlı şəkildə aldadılacaq, malını, mülkünü, pulunu və sağlamlığını itirəcəkdir.

TEATR-Röyada səhnədə çıxış etdiyini, rol oynadığını görəmk-cavan oğlan üçün işlərinəd fəallığa, ehtirasa; orta yaşlı adam üçün-bir nəfərlə tanışlığa; yaşlı qadın üçün-sevdiyi bir dostdan könül qırıqlığına yozulur. Bir səhnə əsərini izləmək-həyatda çox çalışıb-şabalamağa işarə sayılır.

TEL (sim)-Röyada sim görmək-bütün işlərinizdə və hərəkətlərinizdə ayıq-sayıq və ehtiyatlı olmanızın vacibliyinə işarədir. Qızıl tel-çalışqan və zəhmətsevər olsanız, uğurlar da sizinlə olacaqdır. Gümüş tel-qabiliyyətli bir adam olduğunuz yozulur. Gümüş tel itirmək-ölümə işarədir. İplik tel-bir qadın tərəfindən mala-pula qovuşacaqsınız.

TELEQRAM-Röyada hardansa teleqram almaq-uzağı bir həftə ərzində səbirsizliklə gözlədiyiniz xəbəri alacaqsınız. Teleqram vurmaq-bir sıra maraqlı xəbərlər alacağınıza işarə sayılır.

TELESKOP-Yuxuda teleskopla ayı və ulduzları seyr etmək-çox şərəfli və yüksək bir məqama, yaxud şərəf və məqam sahibi adamlarla xoş söhbətlərə işarədir.

TELEFON-Röyada telefonla danışmaq-tərbiyəsiz, nəzakətsiz adamlar tərəfindən tez-tez rahatsız edilirsiniz deməkdir.

TƏBİL-Yuxuda təbil səsi-yaxın günlərdə bir çox önəmli hadisələrin olacağına yozulur.

TƏVAF-Röyada Kəbə ətrafında təvaf etmək (dolnamaq)-dini bütövlüyə və bir gün həcc ziyarətinə nail olacağınıza yozulur. Subaysınızsa-evlənəcəksiniz və işləriniz çox yaxşı gedəcəkdir.

TƏQVİM-Yuxuda təqvim görmək-olub-keçən bir hadisə sizə sərvət bəxş edəcəkdir. Təqvimdə doğum tarixini aramaq-ağlınıza gəlməyən böyük miqdarda pula varis olacaqsınız.

TƏQDİR ETMƏK (bəyənmək)-Röyada xoşagələn hər hansı bir içi təqdir etmək-yaxın vaxtlarda gözəl və diqqətəlayiq şeylərlə qarşılaşacaqsınız.

TƏQİB ETMƏK (izləmək)-Röyada bir nəfəri izləmək-acı bir eçqin başlanğıcına işarədir. Birisini təqib edib yaxalamaq-yaşıdlarınız arasında nüfuzunuzun artacağını göstərir. Bir qadın və ya gənc bir qız tərəfindən izlənmək-sizi sevən şoxlu dostlarınız var deməkdir.

TƏDQİQ ETMƏK-Röyada hər hansı bir içi incədən-incəyə tədqiq etmək-işlərinizdə irəliləyiş və uğur qazanacağınızı göstərir. Hər hansı bir tədqiqat işiylə bağlı səfərdə olmaq-qiymətli vaxtınızı boş yerə israf etməkdə olduğunuzu göstərir.

TƏZƏK-Pula, vara yozulur. Təzək toplamaq-qismətlərinizi açılacağını, əgər subaysınızsa-evlənib xoşbəx olacağınıza işarədir.

TƏKƏRƏK (təkər)-İşlərinizin günü-gündən böyük dəyişikliklərə uğrayacağına yozulur.

TƏKNƏ-Röyada xəmir təknəsi, yaxud hamam ləyəni görmək-ixtiyar çağlarınızın çox rahat və səadət içinə keçəcəyinə içarədir.

TƏLƏ-Yuxuda tələ-hiyləgər bir adamı ifadə edir. Sərçə ovlamaq üçün tələ qurmaq-qaba, qəddar bir adama hiylə gəlməyə işarədir. Qadının yuxuda tələ qurduğunu və oraya gələn quşların uçub getdiyini görməsio qadının uşağının olmayacağına yozulur.

TƏLƏF OLMAQ-Röyada tələf olmaq-qisməti kəmliyə işarədir. Paltarının zay olduğunu və ya evinin dağıldığını görən adam öz malının əsl sahibidir, o heç nə itirmir və heç nəyi də dağılıb xarab olmur. Bütün pal-paltarinin məhv olduğunu görmək-xəstəlikdən tamamilə sağalmağa yozulur.

TƏLXƏK (hoqqabaz)-Yuxusunda təlzək görən adam gərək çevrəsindəki adamlara qarşı diqqətli olsun, onların ləyaqətini alçaldan hərəkətlərə yol verməsin.

TƏMTƏRAQLI HƏYAT-Röyada təmtərqalı bir həyat yaşadığını görmək-xeyrə əlamət sayılmır və tərsinə yozulur. Təmtəraq içində yaşadığını görən adam yaxın vaxtlarda sıxıntı çəkəcək və yoxluq içərisində yaşayacaqdır.

TƏNBƏLLİK-Röyada özünü tənbəl və avara görmək-yorğun olduğunuza, istirahətə çəkilməyin vacibliyinə yozulur.

TƏNDİR-Röyada öz qapısındakı təndiri uçub-dağılmış görən adam şərə düşər. Təndirdə çörək bişirib yeyən kimsənin isə ruzisi bol olar, bəxti açılar.

TƏNƏKƏ-Xeyirsiz qazanca yozulur. Tənəkəçi-tərbiyəçi və təfsirçiyə, ya da sözündə və əməlində yalançı bir adama içarə sayılır.

TƏNHA-Röyada özünü tənha görmək, ya da yolu-izi itirib yalqız qaldığını görmək-hər cür bəla və müsibətlərdən qurtulmağa, əmin-amanlığa yozulur.

TƏPƏ-Röyada dik bir təpəyə dirmanmaq-çətin bir içi boynuna götürüb yerinə yetirməyə yozulur. Təkbaşına təpəyə dırmaşmaq-özbaşına bir iç alacağınıza; dostlarla təpəyə dırmanmaq-istəməsəniz də, bir içi bir borc və vəzifə olaraq qəbul edəcəyinizə işarədir.

TƏRAŞ ETMƏK-Röyada özünü və ya başqasını təraş etmək-təmizlik və rahatlıq kimi yozulur.

TƏRƏVƏZ-Xeyrə yozulan yuxulardandır, rahat, eyni zamanda, fəal və içgüzar həyat sürəcəyiniz anlamına gəlir. Pomidor-uzaqdan gələcək xoş xəbərlərə işaərdir. Kartof-sönük, lakin rahat ömrə; yerkökü-ailə səadətinə, məsud və rahatlıq içində yaşanacaq həyata; lobya və paxla-adi, lakin cazibədar yaşayışa; noxud-gözlənildiyindən də maraqlı və canlı bir gələcəyə; soğan-yaxın vaxtlarda kobud, lakin açıqürəkli adamlarla əlaqə yaradaraq qazanclı bir işdə uğur qazanacağınıza yozulur.

TƏRƏZİ-Doğru-düzgün çəkən tərəzi yuxuda sözübütövlüyə, ədalətə, borcu ödəməyə yozulur. Röyada görülən tərəzi təzədirsə, bu-o yerin başçısının ədalətli olduğunu göstərir. Əlində tərəzi olduğunu görmək-röya sahibinin doğruçuluğunu, həqiqətpərəstliyini göstərir.

TƏRSANƏ (liman)-Cavan oğlanın yuxuda tərsanə, yaxud liman görməsi-sonu xeyirli bir dəniz səyahətinə işarədir. Orta yaşlı adam üçün bu röya-dənizətrafı yerlərə səfərə; gənc qız üçün-bir dənizçiylə evlənməyə; evlilər üçün-sevdikləri bir adamla qarşılaşmağa yozulur.

TƏSBEH-Röyada təsbeh-xeyirxah, əxlaqlı qadına, halal yaşayışa işarədir. təsbeh çəkmək-əsgərləri ifadə edir. təsbehin qirilması, dənələrin dağılması-üzüntü, sıxıntı anlamındadır.

TƏHLÜKƏ-Yuxuda özünü sıxıntı içidə görmək və təhyükənin yaxınlaşdığını hiss etmək-bir müddət diqqətli və ehtiyatlı davranmalı, macəralardan çəkinməlisiniz. Təhlükəli zolağa düşmək-işdə bir çox çətinliklərlə qarşılaşacağınıza işarədir.

TƏCAVÜZ (sataşmaq)-Gənc bir oğlanın yuxuda bilə-bilə birisinə təcavüz etməsi-eşq macəranıza başqasının da burnunu soxacağına işarədir. Yaşlı kişi üçün belə yuxu-onun bir məhkəmə işində qalib çıxacağına; gənc qız üçün-ailədən xəbərsiz bir nəfərlə xoş, lakin gizli dostluğa yozulur. Evinə, malına, yaxud dükanına təcavüz edildiyini görən adamın girişəcəyi iş boşa çıxacaq, ailəsinin nizamı, rahatlığı pozulacaqdır.

TƏŞƏBBÜS-Röyada bir təşəbbüsdə bulunmaq, bir işə girişmək-həyatınızın ən yetgin çağına olduğunuza işarədir.

TİBB BACISI-Bəyaz önlüklü bir tibb bacısını yuxuda görmək-arzu etmədiyiniz bir qonaq tərəfindən rahatsız ediləcəksiniz.

TİKAN-Qaba, hirsli-hikkəli adama işarədir. Tikanın batdığını görmək-röya sahibi iftiraya məruz qalacaq, yaxud da onu əsəbləşdirən, iyrəndirən bir şeydən rahatsız olacaqdır. Tikan üzərinə çəkilmək-borcu olanlar borcu qaytarmaq üçün möhlət istəyəcək. Eyni zamanda, bu yuxu-dartışmaya, cəhalətə işarə sayılır. Tikan-eşqə tutulanlar üçün üzüntüyə, qayğıya, narahatlığa yozulur.

TİKİLİ-Yuxuda bir binanın tikilişini görmək-cavn oğlan üçün təzəcə başladığı vəzifənin uğurla sona çatacağına; orta yaşlı adam üçün-çətin bit işin öhdəsindən gələ biləcəyinə; yaşlılar üçün-ümid və xəyallarinin heç də boş çıxmayacağına yozulur.

TİKİŞ TİKMƏK-Bu röya kişilər üçün qadınla bağlı işlərinin düzələcəyinə; qadınlar üçün-saxtakar və fırıldaqçı bir adamla dostluq etdiklərinə yozulur. əl işi (çitəmə) toxumaq-çox qiymətli, vəfalı bir dosta işarədir.

TİLOV-İş həyatında mühüm bir fürsətdən istifadə edə biləcəyinizə yozulur.

TİLSİM-Röyada bir şeyin tilsimini görmək-işlərinizi planlı şəkildə qura bilsəniz, hər sahədə uğur qazanacağınıza işarə sayılır.

TİMSAH-Yuxuda timsahın quruda gəzdiyini görmək-röya sahibinin çox təhlükəli düşmənləri olduğunu göstərir. Timsah öldürmək-düşmənlərə üstün gəlməyə yozulur.

TİTRƏMƏK (tükləri üprəşmək)-Röyada titrədiyini, tüklərinin üprəşdiyini görən adam Allah-təaladan qorxur.

TİF XƏSTƏLİYİ-Yuxuda tif xəstəliyinə tutulduğunu görmək-qohumlarınızdan böyük fənalıqlar görəcəyinizə işarədir.

TİCARƏT-Yuxuda ticarət etdiyini, pul qazandığını görmək-röya sahibinin həyəcanlı və xoş bir macəra içində olduğuna; əgər ticarətdə işi yaxşı getmirsə, iflasdadırsa-bir təhlükəni dəf edərkən üzüntülərə məruz qalacağına işarə sayılır. Ticarət sənədləri-birdən-birə bir çox qazanclı işlərlə qarşılaşacaq və zəngin olacaqsınız.

TISBAĞA-Röyada tısbağa görmək-işlərin durğunluğuna, fəqət bu durğunluğun xeyirli olacağına yozulur.

TOVUZ QUŞU-Röyada tovuz quşu-varlı-hallı, gözəl, fəqət uğursuz bir qadını ifadə edir. Tovuz quşunun gözəlliyi-o qadının camalı, siması; tükü-var-dövləti; kəsilməsi isə-ölümü kimi açıqlanır. Tovuz quçunun ətini yeən kimsənin arvadı öləcək və mirası ona qalacaqdır. Yuxuda tovuz quşuyla rastlaşmaq-röya sahibinə bir qadından və ya bir qadın vasitəsilə var-dövlət nəsib olacaq.

TOZ-Röyada bir şey üzərinə qonmuş toz görmək-mala işarədir. Yerlə göy arasını toz basmış görmək-röya sahibinin çox qarışıq bir içlə qrşı-qarşıya qaldığına, o işin içindən necə çıxacağını bilməməsinə, çaşqın bir durumda olduğuna yozulur. Pal-paltarın tozunu çırpmaq-fəqirliyə, yoxsulluğa və uzun ömrə əlamətdir. Tozlu-küləkli hava-quraqlıq, qıtlıq anlamındadır.

TOYUQ-Yuxuda toyuq görmək-ağılsız, fəqət gözəl bir qadına, yaxud nəşəli və əsizadə bir xamına işarə sayılır. Toyuq qaqqıltısı-röya sahibinin ziyankar və yalançı adam olduğunu göstərir. Toyuq boğazlamaq-evlənməkdir. Toyuq ovlamaq-halal ruzi və qazancdır. Yuxuda toyuq əti yeyən adam həbsdə olan bir nəfərdən mal əldə edəcəkdir.

TOY-Yaxşılığa yozulmaz, işlərin pozulacağına, gözlənilməz bəd xəbər alacağına işarədir.

TOP SƏSİ-Yuxuda gurlayan top səsi eşitmək-şiddətli dartışmadan irəli gələn fikir ayrılığına, yaxud da darğınığa işarə sayılır.

TOPAL (çolaq)-Yuxuda özünü topal və qoltuq ağacı ilə gəzən görmək-dostların köməyi ilə çətinlikləri aradan qaldıracağınıza yozulur. Sadəcə, topal görmək-xeyrə yozulmaz, çox müşküllərlə qarşılaşaraq yalqız və küməksiz qalmaq anlamına gəlir.

TOPLANMAQ-Röyada səfərə çıxmaq və ya başqa bir evə daşınmaq ərəfəsində ailənin bir araya gəlməsi, toplanması-röya sahibinin həyatında ən önəmli anın yetişdiyinə işarədir. Gənclər üçün bu röya-yaxşı bir təklif alınacağına, hazırki durumun dəyişəcəyinə; orta yaşlılar üçün-tələyə; gənc qadın üçün-edəcəyi bir ziyarət vaxtı sevimli bir adamla tanışlığa və ömrü boyu onunla dostluq edəcəyinə; yaşlı qadın üçün-həyatında, yaşayışında önəmli bir dəyişikliyə yozulur.

TOPLANTI (məclis)-Yuxuda dost-tanışın iştirak etdiyi bir görüşdə və ya məclisdə olmaq-cavanlar üçün xoş bir əyləncəyə; yaşlılar üçün-yüksək bir vəzifə təklifinə; cavan qızlar üçün-çxo sevdiyi bir gənclə görüşməyə; evlilər üçün-xoş və ürəkaçan vəziyyətə yozulur.

TOR-Röyada futbol qapısının torunu, ümumiyyətlə, tor görmək-işlərin bərbad vəziyyətə düşəcəyinə, səhhətin pozulacağına işarə sayılır.

TORPAQ ÇANAQ-Qadına, qulluqşuya və ya uşağa yozulur.

TOXA (kətmən)-Yaxın olduğunuz bir neçə adam sizin və ya sizə yaxın olan bir başqasının əleyhinə əsassız dedi-qodular çıxaracaqdır.

TOXLUQ-Yuxuda qarnının tox olduğunu görmək-bir şeydən usanmağa, sıxılmağa və ya işinizin pozulacağına, etibarınızın itəcəyinə yozulur.

TOXUM-Röyada toxum-uşağa, yaxşı nəsilə yozulur. Toxumluq taxıl-xeyirli kitabları ifadə edir. Xiyar, qabaq, qovun və s. toxumu-qəmdən, kədərdən, ağrı və xəstəliklərdən qurtulmaq kimi açıqlanır. Toxum əkmək-həlli çətin bir işin gerçəkləşməsinə işarədir. Yararsız, qeyri-münbit torpağa toxum əkmək-israfçılıqdır. Torpağa toxum səpmək, eyni zamanda, ruzi, elm öyrənmək, müxtəlif xasiyyətli adamlarla xoş davranmaq kimi də mənalandırılır. Yerə toxum əkdiyini və toxumların da torpağa yapışıb qaldığını görən adam şərəf qazanacaq. Əgər toxumlar yerə yapışıb qalmırsa, röya sahibi qəmə-kədərə düşər.

TOXUMAQ (hörmək)-Röyada bir şey toxumaq (hörmək)-röya sahibinin fitnəkar düşüncələrinə, bəd niyyətlərinə işarədir. Bir şey hörmək, yaxud bu işlə məşğul olan adama tamaşa etmək-gələcəyi parlaq bir dostluğa və yaxşı bir vəzifə tutacağınıza yozulur. Hörgü mili almaq və ya mili sındırmaq-dostunuzla aranızda kiçik anlaşılmazlıq olacaqdır. Yuxuda özünü yun köynək toxuyarkən görmək-dəniz səyahətinə çıxacaqsınız.

TRAMVAY-Heç gözləmədiyiniz köhnə bir dostunuzla rastlaşacağınıza işarə sayılır.

TUMAR-Röyada at tumarlamaq-bir adamın şəfqət və sevgisini qazanmaqdır.

TUMURCUQ-Çiçək və ya ağac tumurcuğu-bol ruziyə, arvadınızın doğacağına işarədir. Xəstə adamın çiçək tumurcuğu görməsi-xəstəlikdən qurtulmağa yozulur. Yuxuda tumurcuq-kiçik uşaqları da ifadə edir. Tumurcuqların sayı uşaqların sayını göstərir.

TUNEL (lağım)-Qatarla tunel içindən keçmək-üzüntü və qəm-qüssə içində keçən günlərin sona çatacağına, fərəhə və rahat yaşayışa yozulur. Qaranlıq bir tunel içindən keçmək-gələcəyiniz üçün yaxşı bir peşə seçməkdə səhvə, xətaya yol verəcəksiniz.

TUNC-Yuxuda tunc-bir yəhudi tərəfindən gələcək mala işarədir. Tunc əritdiyini görmək-röya sahibi dünya malı üçün qovğa edərək dilə-dişə düşəcək, iftiraya uğrayacaqdır. Tunc mədəni-öz etibarı və dünya malıyla öyünən, lovğalanan adama yozulur.

TURP-Yuxuda turp-bədəvi, vəhşi adama, üstünlüyə və halal ruziyə yozulur. Evində turp görən kimsə pis bir davranışda bulunacaq və dərhal da tövbə edib doğru yola qayıdacaq.

TURUNC-Röyada turunc-xəstəlik, üzüntü, kədər, bəzən də, sevgi və eşq hissiylə məsud olmaq anlamına gəlir. Evdə çoxlu turunc görmək-subaylar üçün gözəl və zəngin bir xanıma işarə sayılır.

TURŞ ŞEYLƏR-Röyada turş şeylər yemək-həyatınızı, yaşayışınızı böyük zəhmətlər hesabına qazanacaqsınız.

TUT AĞACI-Röya qışda görülərsə-qışın soyuq keçəcəyinə; başqa vaxt görülərsə-var-dövlətin artacağına yozulur.

TUTUQUŞU-Erkək tutuquşu görən adam açıqsözlü, düzdanışan, mehriban və gözəl bir qadınla rastlaşacaqdır.

TÜK-Röyada tük görmək, tükü əlinə almaq-cavan oğlan üçün-ən gözəl arzu və istəklərinə asanlıqla çatmağa; orta yaşlılar üçün-yumşaq, həlimxasiyyət olduqlarına; qadınlar üçün-bir çox eşq macəralarına yozulur.

TÜL-Cavan oğlanın yuxuda tül örpəkli bir qadın görməsi-onun doğru yola üz tutacağına işarədir. Orta yaşlı adamlar üçün bu röya-şübhə altına alınaraq günahlandırılmağa, lakin sonradan əsl həqiqətin ortaya çıxacağına; subay qadın üçün-heç evlənməyəcəyinə; evli qadın üçün-dilini dinc qoymadığından ailədə narazılıq və rahatsızlıq olacağına yozulur.

TÜLKÜ-Yuxuda tülkü-qatil, yalaçı, aravuran, hiyləgər bir düşmənə, bəzən də geyim-keçimə; subaylar üçün-evlənməyə, ya da hiyləgər qadınlara işarə sayılır. Tülkü öldürmək-şərəfli və ləyaqətli bir qadınla evlənmək, yaxud düşməndən qurtarmaq kimi yozulur. Tülkü dərisindən qazanc əldə etdiyini görən adamın qüvvəti artar, zəfər qazanar, yaxud da arvadı tərəfindən əlinə bir miras keçər. Tülkü əti yemək-xəstəlikdən şəfa tapmaqdır.

TÜMƏ GÖZƏTÇİSİ-Qəbir qazan bir adama işarə sayılır.

TÜTƏK (ney)-Yuxuad çoban sümsüsü, tütək, ney görmək-oyun və əyləncəyə, təhrikə, fitnəyə işarədir. Bəzən fərəh və sevinc anlamına da gəlir. Röyada özünün tütəyi, neyi olduğunu görmək-röya sahibi Qur`anı yaxşı oxuya bilirsə, Qur`ani-Kərimdən həzə və qismətə nail olacaqdır. Yuxuda mələkdən tütək alan kimsə valilik etmək qüdrətindədirsə, bir vilayətin rəhbəri olacaq. Yuxuda tütək, ney çalmaq-röya sahibi Qur`anı öyrənəcək, öyrədəcək və qur`anı gözəl oxuyacaq. Tütək, ney qızıldan olarsa və röya sahibi də həkim, rəhbər işdədirsə, adil hökmdarlığı hər tərəfdə yayılacaq və hikmət sahibi olacaqdır. tütək çalmaq-xəstə üçün ölümə; dedi-qoduçu və böhtançı üçün-xəbərçiliyə; uşaq arzusunda olanlar üçün muradlarının hasil olacağına yozulur.

TÜTÜN QABI-Röyada tütün (siqaret) qabı görmək-yaxın günlərdə bir dostunuzun xoş bir sürprizi ilə qarşılaşacaq, bundan çox şad və xoşbəxt olacaqsınız.

TÜTÜN İYLƏMƏK-Pis xəbərə yozulur.

TÜFƏNG-Röyada tüfəng atmaq-qohumlar və dost-tanış arasında bir anlaşılmazlıq və qovğa olacağına, eyni zamanda, pis xəbərlərə yozulur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu