fbpx

Azərbaycanda koronavirusa qarşı bu vaksinin istifadəsi DAYANDIRILDI

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bir müddət öncə “Sputnik V” vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştammlarından qorumadığını bildirib. Onun sözlərinə görə, “Sputnik V”-nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştammların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq həmçinin əlavə edib ki, bu gün “Sputnik V” vaksini ümumiyyətlə COVİD-19-dan qorumur.

BEY.AZ xəbərə verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda “Sputnik V” peyvəndindən istifadə olunmur.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 16-dan 22-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

Xatırladaq ki, Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunurdu.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #koronavirusa #qarşı #vaksinin #istifadəsi #DAYANDIRILDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu