2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılıb.
BEY.AZ xəbər verir ki, şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, avqustun 20-i saat 15:00-dan etibarən başlayan 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanıldı
Bakıda pasiyent müalicə olunduğu diş həkimindən 50 min manat aldı
Bakıda özünü sahibkar kimi təqdim edən 39 yaşlı kişi iki nəfərin külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilib.
BEY.AZ Teleqraf-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Rəsul Musayev sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda stomatoloq Mirəli Hüseynova guya kafel-metlak əşyaları alıb, satışını təşkil etdiyini və yaxşı qazandığını, pul qoyacağı halda onun da qazanc əldə edəcəyini söyləyib.
Rəsul Musayev Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsindəki yaşayış binasının birinci mərtəbəsində olan diş klinikasında Mirəli Hüseynovdan 3000 manat alıb. Ticarətlə məşğul olaraq qazanc əldə etməsi görüntüsünü yaratmaq üçün guya 3000 manatın qazancından ona 575 manat verib.
Əlavə olaraq 3000 manat da alıb və qazandığı vəsait kimi ona 550 manat geri qaytarıb. Rəsul Mirəlidən bir neçə dəfəyə 50208 manat alıb, həmin pulu sosial şəbəkədə mərc oyunlarına sərf edib.
İstintaq sənədlərinə görə, Rəsul Musayev daha bir nəfərə – “SS Center” Məhdud Məhsuliyyətli Cəmiyyətdə (MMC) satıcı işləmiş Kamil Cəfərova qarşı da dələduzluq edib. O, kafel-metlak satışı təşkil etmək adı ilə ondan ümumilikdə 71500 manat pul alıb və mərc oyunlarına sərf edib.
İstintaq orqanı Rəsul Musayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edib.
İş üzrə ifadə verən Rəsul özünü təqsirli bilib, ifadəsində göstərib ki, Yeni Yasamalda yaşayıb: “Mirəli binanın aşağı mərtəbəsində stomatoloq işləyirdi, bir neçə illər onun pasiyenti olmuşam. Təxminən 2025-ci ilin iyun ayında ona kafel-metlak satışı təşkil etməyi, gələcəkdə isə özümüzə mağaza açmağı təklif etdim. Məqsədim Mirəlini aldatmaq deyildi. Bir dükanı İnqilab küçəsində, digərini isə Babək prospektində açacağımızı dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, onun Çin zavodunun əməkdaşlarına kimi əlaqələri olub: “Son işlədiyim “Rich Plaza”dan üç nümayəndə gəlib və ilk başlanğıcda üç konteyner məhsul alacağıma dair onlarla danışığım olub. Bununla bağlı 2025-ci ilin dekabr ayında nümunələrə baxmağa getməli idim. Məqsədim Mirəlidən aldığım pul məbləğlərini 90-100 min manata çatdıraraq üç konteyner malın pulunu vermək idi.
Mirəlidən aldığım pulları qeyri-qanuni üsullarla artırmaq istəyirdim, həmin üsullardan biri də “1Xbet” mərc oyunları idi. Lakin elə oldu ki, ilk məbləğdə pulu uduzdum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Mirəlidən 3000 manat, daha sonra 5000 manat da pul alaraq oyuna qoyub: “Lakin bütün pulları oyunda uduzdum. Bundan sonra Mirəliyə daha böyük məbləğlə, yəni 40-50 min manat stabil işi görmək təklifi etdim. Mirəli də hissə-hissə pulları mənə verdi. Mirəlidən ümumilikdə təxminən 52000 manata yaxın pul almışam”.
Təqsirləndirilən şəxs deyib ki, digər zərərçəkmiş Kamal Cəfərovu da eyni məzmunda, yəni kafel-metlak satışını həyata keçirmək adı ilə ilk olaraq 6000 manat alıb: “Bundan sonra daha böyük məbləğlər aldım və yenə də eyni ilə pulları oyunda uduzdum. Kamala da arada udduğum məbləğlərdən ödəniş etmişəm. Hər iki zərərçəkmişə ümumilikdə 7000 manata yaxın pul qaytarmışam”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəllər də “1Xbet” mərc oyunları oynayıb: “Amma bu dəfəki qədər böyük məbləğlər qoymamışam. Əvvəllər bu oyundan qazanc əldə edəcəyimə ümidlənsəm də, sonradan heç kimin oyunlardan qazanc götürmədiyi bildim. Mən mərc oyunlarında 5000 manat və 7000 manat pullar qazanmışam. Həmin uduşlardan da xırda məbləğlərdə həm Mirəliyə, həm də Kamala ödənişlər etmişəm. Onların pulunu qaytarmaq istəyirəm. Bunu həbsdən azad edildikdən sonra edə bilərəm. Bu əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Kamal Cəfərovun sözlərinə görə, Rəsulu 10-15 ildir tanıyır: “Mən dərman firmasında mal paylamışam, dəfələrlə çətin vəziyyətində Rəsula maddi kömək etmişəm. Hadisələrin baş verdiyi ərəfədə əməliyyatdan yeni çıxmışdım. Rəsul dörd dəfə zəng edərək mənimlə görüşmək istədiyini və bəzi təkliflərinin olduğunu dedi. Ona təkliflərdən birmənalı olaraq uzaq olduğumu bildirdim. Çox təkidlərdən sonra onunla görüşdüm. Görüş zamanı anamgilin evində işləyən ustalara pul verməli olsa da, pulu Rəsula verdim”.
Kamal Cəfərov qeyd edib ki, Rəsula 2025-ci ildə avqust ayının əvvəlində Abşeronda 6000 manat, “Rich Plaza”nın yanında bir dəfə 30500 manat, bir dəfə də 35000 manat verib: “Sentyabrın sonunda uşağıma görə xaricə getməli oldum. Rəsula oktyabr ayının əvvəli gələcəyimi və pulları alacağımı bildirdim. Sentyabrın 25-dən sonra Rəsulu tapa bilmədim. Rəsulun qardaşı ilə əlaqə saxladım. Qardaşı Rəsulun bir dəfə də belə iş gördüyünü və kimlərisə aldatdığını dedi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Musayev 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib.
Bu barədə BEY.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan ilə Avstriya arasında siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr mexanizminin, o cümlədən parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd edilib.
Tərəflər, həmçinin Azərbaycan ilə Avstriya arasında çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sözügedən təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın və əlaqələndirmənin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov Avstriyanın 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb və qarşılıqlı əməkdaşlığa ümidvar olduğunu bildirib.
Daha sonra iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb, cari ilin yanvar ayından etibarən Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanmasının məmnunluq doğurduğu bildirilib.
Görüşdə, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar və qarşıya çıxan çağırışlar barədə məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb.
Səfir Etienn Berxtold ölkəsinin Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi qiymətləndirdiyini bildirərək, fəaliyyəti dövründə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yujin bu dəfə Rafael Ağayevlə həmsöhbət oldu
Məşhur bloqer Yujin Beleza bu dəfə karate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayevlə həmsöhbət olub.
BEY.AZ xəbər verir ki, bloqer idmançımızla görüşün görüntülərini 7 milyonluq səhifəsində paylaşıb.
Belə ki, onlar arasında maraqlı dialoq yaşanıb. Yujin R.Ağayevdən azərbaycanca adını, haralı olduğunu soruşub, həmçinin digər sualları ünvanlayıb.
Qeyd edək ki, Y.Beleza müxtəlif ölkələri ziyarət edərək insanlarla ünsiyyət qurur. Onun kontenti isə fərqli dilləri öyrənməklə bağlıdır.
@publika_tv Məşhur yapon bloger Rafael Ağayevlər bir arada #yuji #yujibeleza #rafaelağayev #keşfet ♬ orijinal ses – Publika TV✅
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 27-dən 30-dək Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə küləyin güclənəcəyi bildirilir. Həmçinin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı və qısamüddətli sel keçəcəyi ehtimal olunur.
BEY.AZ xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə bağlı xəbərdarlığında deyilir.
İdarə hava şəraitinin yollarda yarada biləcəyi təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Sürücülərə yağıntılı hava şəraitində sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil və sərt manevrlərdən çəkinmək, ötmə zamanı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir. Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, su basmış və sel ehtimalı olan yol sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.
Küləyin güclü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı bərkidilməsinə və nəqliyyat vasitəsinin dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər.
Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırır.
Rusiya gecə ərzində 267 Ukrayna PUA-sını vurdu
Rusiyanın hava hücumundan müdafiə sistemləri avqustun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 267 pilotsuz uçuş aparatını (PUA) vurub.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi “Telegram”da məlumat yayıb.
Bildirilib ki, təyyarə tipli PUA-lar Belqorod, Bryansk, Kursk, Volqoqrad, Voronej, Lipetsk, Nijni Novqorod, Rostov, Samara, Saratov və Ulyanovsk vilayətlərində, Krasnodar diyarında, Başqırdıstanda, Krımda, həmçinin Azov və Qara dənizlərin akvatoriyaları üzərində vurulub.
Daha əvvəl Rostov vilayətinin qubernatoru ötən gecə region üzərində 70-dən çox PUA-nın vurulduğunu bildirib. Hücum nəticəsində Tarasovski rayonunda iki fərdi yaşayış evinə, təsərrüfat tikililərinə və avtomobilə ziyan dəyib.
Belqorod vilayətində isə iki nəfər xəsarət alıb. Oktyabrski qəsəbəsində kişi kontuziya ilə xəstəxanaya yerləşdirilib. Bessonovka kəndində isə 17 yaşlı qızın qolunda və döş qəfəsində qəlpə yaraları qeydə alınıb.
Müəllif: Adəm
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə BEY.AZ-a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, Hilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.
Yeni “Rafale” qırıcısı 2035-ci ilə qədər hazır olacaq
Fransanın “Dassault” şirkəti “Rafale” qırıcısının yeni F5 standartının hazırlanmasını 2033–2035-ci illərdə başa çatdırmağı planlaşdırır.
BEY.AZ xəbər verir ki, bunu şirkətin baş direktoru Erik Trappye açıqlayıb.
O bildirib ki, hazırda “Rafale F5”in detallı layihələndirilməsi aparılır və onun hazırlanmasında xarici şirkətlər iştirak etmir. Təyyarənin 2035-ci ildən sonra xarici ölkələrə ixrac üçün təklif olunması da mümkündür.
“Dassault”un açıqladığı məlumata görə, F5 standartı yeni nəsil silah sistemləri və pilotsuz döyüş təyyarəsi ilə birgə fəaliyyət imkanlarına fokuslanacaq
ABŞ İran üçün “köhnə silahı”nı işə salır
ABŞ Ədliyyə Nazirliyi İran neft tankerlərinin ələ keçirilməsini və yüklərinin müsadirə olunmasını asanlaşdırmaq üçün uzun müddətdir fəaliyyət göstərməyən dəniz mükafat məhkəmələrini yenidən işə salmağa hazırlaşır.
BEY.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşr bildirir ki, bu mexanizm ABŞ prokurorlarına ələ keçirilən neft və digər yükləri daha sürətli şəkildə dövlət mülkiyyətinə keçirməyə, daha sonra isə onları sataraq əldə olunan vəsaiti büdcəyə yönəltməyə imkan verəcək.
Mükafat məhkəmələri müharibə dövründə düşmən gəmilərinin və yüklərin qanuni şəkildə müsadirə edilməsinə imkan verən qədim dəniz hüququ mexanizmidir. ABŞ bu sistemdən sonuncu dəfə 1898-ci il İspaniya-ABŞ müharibəsi dövründə istifadə edib, İkinci Dünya müharibəsindən sonra isə mexanizm faktiki olaraq fəaliyyətini dayandırıb.
Hyuston federal prokuroru Aaron Rayts da nazirliyin bu məhkəmələrdən istifadə etməyi planlaşdırdığını təsdiqləyib.
Ölkənin ən varlı sənətçisi odur
“Ruki Vverx!” qrupunun solisti Sergey Jukov Rusiyanın ən varlı sənətçisi hesab olunur.
BEY.AZ xəbər verir ki, bunu prodüser və konsert təşkilatçısı Sergey Lavrov açıqlayıb.
Onun sözlərinə görə, Jukov hər konsertdən ən azı 50 milyon rubl (təxminən 1 milyon 13 min manat) gəlir əldə edir. Lakin qrupun konsertlərinin təşkili də kifayət qədər böyük xərc tələb edir.
“Ruki Vverx!”ın hər şəhərdə dekorasiya, səs və işıq sistemlərinə təxminən 30 milyon rubl xərclədiyi bildirilir.
Sergey Lavrov Rusiyanın ən yüksək qonorar alan sənətçiləri sırasında müğənni Nadejda Kadışevanın da adını çəkib. Onun sözlərinə görə, ifaçı bir çıxış üçün 20 milyon rubla qədər qonorar alır.
Sergey Jukov musiqidən əlavə biznes fəaliyyəti ilə də məşğuldur. Onun restoran sektorunda və daşınmaz əmlaka investisiya sahəsində layihələri var. Sənətçinin şirniyyat dükanları şəbəkəsi və öz prodüser mərkəzi fəaliyyət göstərir.
2022-ci ildə Jukov Kareliyada çiyələk yetişdirilməsi ilə məşğul olan şirkətin həmtəsisçilərindən biri olub.
Müğənni 2024-cü ilin oktyabrında biznesə başlamasının səbəbini də açıqlayıb. Jukov bildirib ki, ailəsi və övladları olan yetkin insan kimi gələcəyinin daha stabil olmasını istəyir. (Axşam.az)
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib.
BEY.AZ Unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub.
Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib.
Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin “qəhrəmanı” danışdı
Xəbər verildiyi kimi, Yevlax–Bərdə avtomobil yolunun kənarında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində avtomobil yanıb.
BEY.AZ xəbər verir ki, minik avtomobili yanacaq dolduran zaman qəfil alışıb.
Hadisəni kənardan görən bir nəfər təhlükənin ciddi olduğunu görüb dərhal müdaxilə edib. Belə ki, o, yanan maşını öz avtomobili ilə vuraraq yanacaq pompalarından uzaqlaşdırıb. Həmin anlar ətrafdakılar tərəfindən lentə alınıb.
Təhlükənin qarşısını alan Cavid Atakişiyev bildirib ki, etdiyi hərəkət riskli olsa da, o an yalnız daha böyük faciənin qarşısını almaq barədə düşünüb:
“Oturub çay içirdim, birdən partlayış oldu. Gördüm ki, maşını alov tutub, yandığı üçün yaxınlaşmaq olmurdu. Ağlıma gəldi ki, öz maşınımın arxası ilə vurub onu oradan çıxarım ki, məntəqəyə ziyan dəyməsin. Sonunu düşünən əvvəldən hərəkət edə bilməz. Anidən qərar verib bu addımı atdım. Buradakı çoxsaylı insanları düşünərək bunu etdim”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Özbəkistan mətbuatı İlham Əliyevin səfərinin nəticələrini geniş işıqlandırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri bu ölkənin aparıcı media resurslarının diqqət mərkəzində olub. Səfər ərəfəsində və səfər günlərində Özbəkistanın xəbər saytlarında Azərbaycan Prezidentinin keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar barədə çoxsaylı materiallar dərc edilib.
BEY.AZ Azərtac-a istinadən xəbər verir ki, Özbəkistanın “uza.uz”, “daryo.uz”, “qalampir.uz”, “dunyo.info”, “podrobno.uz”, “uzdaily.uz”, “kun.uz”, “gazeta.uz”, “yuz.uz”, “anhor.uz”, “aniq.uz”, “xabar.uz”, “vzqlyad.uz”, “zamon.uz”, “vaqt.uz” və digər xəbər resurslarında yayımlanan yazılarda Azərbaycan Prezidentinin dövlət səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.
Səfər ərəfəsində yayımlanan materiallarda Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 23-24-də Özbəkistanda dövlət səfərində olacağı bildirilib. Yazılarda səfər çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların, eləcə də Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Özbəkistan mediası qarşıdakı danışıqların gündəliyində iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr və regionlar arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarından səmərəli istifadə kimi məsələlərin yer aldığını bildirib. Eyni zamanda, dövlət başçılarının beynəlxalq və regional siyasətin aktual məsələləri ətrafında fikir mübadiləsi aparacaqları, görüşlərin yekununda mühüm sənədlərin imzalanacağı qeyd olunub.
Avqustun 23-də Azərbaycan Prezidentinin Daşkəndə dövlət səfəri ilə bağlı materiallar Özbəkistan mətbuatının əsas xəbər mövzularından birinə çevrilib. Belə ki, “dunyo.info”, “podrobno.uz” və “uzdaily.uz” saytlarında yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin Daşkəndə gəldiyi, burada rəsmi qarşılanma mərasiminin keçirildiyi və səfər proqramının əsas tədbirlərinin başlanıldığı bildirilib.
“Anhor.uz” və “dunyo.info” resurslarında Azərbaycan Prezidentinin “Kuksaroy” Dövlət İqamətgahında rəsmi qarşılanma mərasiminə xüsusi yer ayrılıb. Yazılarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidentini qarşılaması, iki ölkənin dövlət bayraqlarının qaldırılması, dövlət himnlərinin səsləndirilməsi və fəxri qarovul dəstəsinin önündən keçid mərasimi barədə məlumat verilib.
Azərbaycan Prezidentinin Özbəkistan səfərinin əsas siyasi tədbiri – iki ölkə liderlərinin görüşü və Ali Dövlətlərarası Şuranın üçüncü iclası da yerli medianın geniş diqqətini cəlb edib. “Kun.uz”, “daryo.uz” və “gazeta.uz” saytlarında yayımlanan materiallarda Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında təkbətək görüşün keçirildiyi, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqların davam etdirildiyi bildirilib.
Nəşrlərdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud səviyyəsinin yüksək qiymətləndirildiyi, əlaqələrin siyasi, iqtisadi, nəqliyyat-logistika, humanitar və digər istiqamətlərdə daha da genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu vurğulanıb.
Özbəkistan mediası dövlət başçılarının iştirakı ilə bir sıra yeni birgə layihələrin icrasına başlanılmasını da geniş işıqlandırıb. “Kun.uz”, “daryo.uz” və “qalampir.uz” saytlarında dərc olunan yazılarda bank sektoru, müasir tikinti materiallarının istehsalı, təhsil müəssisələrinin yaradılması, avtomobillərə yanacaqdoldurma infrastrukturunun qurulması, turizm və yaşayış komplekslərinin inşası, mineral xammalın emalı və bağçılığın inkişafı ilə bağlı layihələrdən bəhs edilib.
Yazılarda bu layihələrin yalnız ayrı-ayrı iqtisadi sahələrin inkişafına deyil, həm də iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edəcəyi vurğulanıb.
Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif olunması da Özbəkistan mətbuatında geniş əksini tapıb. “Aniq.uz”, “dunyo.info” və “gazeta.uz” saytlarında yayımlanan materiallarda Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif olunduqları bildirilib.
Məqalələrdə iki ölkə liderlərinin qarşılıqlı şəkildə ali dövlət mükafatlarına layiq görülməsi Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmliyini nümayiş etdirən mühüm hadisə kimi təqdim olunub.
Özbəkistan mediasının xüsusi diqqət yetirdiyi digər mühüm hadisə Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanması olub. “Yuz.uz”, “daryo.uz” və “gazeta.uz” saytlarında dərc edilən materiallarda dövlət başçılarının yüksək səviyyəli danışıqların yekununda bu tarixi sənədi imzaladıqları bildirilib.
Yazılarda, həmçinin Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarının imzalanması, pensiya təminatı, mədəniyyət, turizm, ticarət, investisiya, xarici işlər və ədliyyə sahələrində əməkdaşlığa dair sənədlərin, eləcə də şəhərlər arasında qardaşlıq əlaqələrinin yaradılmasına dair protokolların imzalanması barədə məlumat verilib. Bu sənədlərin ikitərəfli münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağı diqqətə çatdırılıb.
Azərbaycan Prezidentinin Daşkənddə Heydər Əliyev abidə kompleksini ziyarət etməsi də “yuz.uz” və “uza.uz” saytlarının materiallarında yer alıb. Bildirilib ki, Prezident İlham Əliyev Özbəkistanın Baş naziri Abdulla Aripovun müşayiəti ilə abidə kompleksinə gəlib, abidənin önünə əklil qoyaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Özbəkistan mediası Azərbaycan Prezidentinin “Yeni Daşkənd” şəhərsalma layihəsi ilə tanış olmasına da geniş yer verib. “Xabar.uz”, “vzqlyad.uz” və “uz.kursiv.media” saytlarında yayımlanan xəbərlərdə layihənin müasir şəhərsalma konsepsiyası əsasında həyata keçirildiyi bildirilib.
Məqalələrdə “Yeni Daşkənd” layihəsinin iqtisadiyyat, investisiya siyasəti, nəqliyyat, təhsil, ekologiya və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modeli olduğu qeyd edilib. Layihənin başa çatdırılmasından sonra 260 mindən çox yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Azərbaycan və Özbəkistan prezidentlərinin Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni kampusunun açılış mərasimində iştirakı da yerli media tərəfindən geniş işıqlandırılıb. “Daryo.uz”, “kun.uz” və “gazeta.uz” saytlarında yayımlanan materiallarda universitetin yeni binasında yaradılan müasir tədris imkanlarından bəhs olunub.
Yazılarda bu layihənin Azərbaycan ilə Özbəkistan arasında təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Universitetin adının Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşımasının iki ölkə arasında ortaq tarixi və mədəni bağların daha bir ifadəsi olduğu diqqətə çatdırılıb.
Özbəkistan mətbuatında “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması da xüsusi hadisə kimi təqdim edilib. “Uza.uz”, “qalampir.uz” və “daryo.uz” saytlarında bildirilib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev yeni şəhərdə “Azərbaycan” parkının təməlini qoyublar.
Məqalələrdə parkın Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən mühüm ictimai məkan olacağı qeyd edilib. Layihənin Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın növbəti rəmzinə çevriləcəyi vurğulanıb.
Azərbaycanın və Özbəkistanın birinci xanımları Mehriban Əliyeva və Ziroat Mirziyoyevanın görüşü də Özbəkistan mediasının diqqət mərkəzində olub. “Yuz.uz, “uzdaily.uz” və “zamon.uz” saytlarında yayımlanan materiallarda birinci xanımların birgə proqram çərçivəsində İslam Sivilizasiyası Mərkəzini ziyarət etdikləri bildirilib.
Yazılarda Mehriban Əliyeva və Ziroat Mirziyoyevanın mərkəzdə nümayiş etdirilən, Özbəkistan və Azərbaycan xalqları arasında çoxəsrlik tarixi-mədəni əlaqələri əks etdirən ekspozisiyalarla tanış olduqları qeyd olunub. Həmçinin iki ölkə arasında humanitar və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, mədəni ənənələr və mənəvi dəyərlərin birləşdirdiyi bildirilib.
Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ailə üzvləri ilə birlikdə qədim Buxaraya səfəri də ölkə mediasında geniş işıqlandırılıb. “Uza.uz”, “daryo.uz” və “yuz.uz” saytlarında yayımlanan xəbərlərdə azərbaycanlı qonaqların Buxaranın zəngin tarixi-mədəni irsi ilə tanış olduqları bildirilib.
Məqalələrdə Samanilər məqbərəsi, “Ark” qalası və “Poyi-Kalon” kompleksinin ziyarət edildiyi qeyd olunub. Qonaqlara bu tarixi abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri, eləcə də Şərqdə elm, mədəniyyət və şəhərsalmanın inkişafındakı rolu barədə məlumat verildiyi bildirilib.
Yazılarda Buxaranın xalq sənətkarlığı ənənələrinə də diqqət çəkilib. Azərbaycanlı qonaqlara qədim şəhərin tarixi-mədəni irsini və xalq sənətkarlığı nümunələrini əks etdirən müxtəlif təqdimatların keçirildiyi qeyd olunub. Səfərin bu hissəsi iki ölkənin zəngin tarixi və mədəni irsi arasında yaxınlığın daha bir nümayişi kimi qiymətləndirilib.
Özbəkistanın “zamon.uz” və “vaqt.uz” saytları isə Azərbaycan Prezidentinin dövlət səfərinin başa çatmasına dair materiallar yayımlayıblar. Yazılarda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Buxara Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyeva tərəfindən yola salındıqları bildirilib.
Ümumilikdə Özbəkistan mətbuatında Azərbaycan Prezidentinin dövlət səfəri ilə bağlı yayımlanan materialların genişliyi və mövzu müxtəlifliyi səfərə yerli medianın yüksək marağını nümayiş etdirib. Xəbər və məqalələrdə səfərin siyasi, iqtisadi, investisiya, nəqliyyat-logistika, təhsil, humanitar və mədəni aspektləri əhatə olunub.
Özbəkistan nəşrləri Azərbaycan və Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf etdiyini xüsusi vurğulayıblar. Materiallarda dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimada əsaslanan münasibətlər və əldə olunan konkret razılaşmaların ikitərəfli əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub.
Mətbuatda xüsusilə Əbədi dostluq haqqında Müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, yeni birgə iqtisadi layihələrə start verilməsi, təhsil və mədəniyyət sahələrində təşəbbüslərin həyata keçirilməsi, “Azərbaycan” parkının təməlinin qoyulması və dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması səfərin mühüm nəticələri kimi önə çəkilib.
Beləliklə, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri bu ölkənin aparıcı informasiya resurslarında geniş və müsbət kontekstdə işıqlandırılıb. Özbəkistan mediasının materiallarında səfər iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi və Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı baxımından mühüm hadisə kimi təqdim olunub.
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi
Builki ən yaşlı tələbə 58 yaşlı Elbrus İsmayıl oğlu Hüseynovdur.
BEY.AZ “Xəzər” TV-yə istinadla xəbər verir ki, o, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.
Elbrus Hüseynov bildirib ki, illərdir bu günü gözləyirmiş.
Ali təhsili işində daha da peşəkar olmaq üçün almaq istəyir.
O, deyir ki, bu xəbərə ən çox sevinənlər isə nəvələri olub.
Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
BEY.AZ bu günün qoroskopunu təqdim edir.
Qoç
Günün ilk yarısında iş həyatınızda temp arta bilər. Lakin tələsik hərəkət etmək əvəzinə detallara diqqət yetirmək səhvlərin qarşısını alacaq. Şəxsi münasibətlərdə isə səbirli olmağınız vacibdir.
Buğa
Maliyyə planlaması və büdcə məsələləri üçün uyğun bir gündür. Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirə bilərsiniz. Yaxın dostlarınızla keçirəcəyiniz vaxt sizə mənəvi güc verəcək.
Əkizlər
Ünsiyyət bacarıqlarınız sayəsində həm işdə, həm də sosial həyatda diqqət çəkəcəksiniz. Yeni layihələr və ya təkliflər gündəmə gələ bilər. Fikirlərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin.
Xərçəng
Emosional olaraq daha həssas ola bilərsiniz. Özünüzə vaxt ayırmaq, istirahət etmək və daxili dincliyinizi bərpa etmək üçün bu gündən səmərəli istifadə edin. Ailə daxilində xoş söhbətlər yaşana bilər.
Şir
Enerjiniz və liderlik keyfiyyətləriniz yenidən zirvədədir. Komanda işlərində və ya ortaq layihələrdə təşəbbüsü ələ ala bilərsiniz. Ancaq ətrafınızdakıların fikirlərinə də dəyər verməyi unutmayın.
Qız
Həyatınızdakı nizam-intizamı artırmaq və gündəlik rutinlərinizi yeniləmək üçün əla zamandır. Sağlamlıq və pəhriz mövzularına diqqət yetirmək sizə özünüzü daha yaxşı hiss etdirəcək.
Tərəzi
İkitərəfli münasibətlərdə tarazlığı qorumaq bu gün ön planda olacaq. Yaradıcı fəaliyyətlərlə məşğul olmaq və sənətə vaxt ayırmaq ruhunuzu dincəldəcək. Qərarlarınızda qəti olmağa çalışın.
Əqrəb
Karyera hədəfləriniz istiqamətində mühüm addımlar ata bilərsiniz. Gizli qalan bəzi məqamlar üzə çıxa bilər ki, bu da sizə düzgün istiqamət seçməkdə kömək edəcək. Maliyyə məsələlərində ehtiyatlı olun.
Oxatan
Yeni biliklər öyrənmək, səyahət planları qurmaq və ya üfüqlərinizi genişləndirmək üçün enerjiniz yüksəkdir. Pozitiv düşüncə tərziniz sayəsində qarşılaşdığınız çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz.
Oğlaq
Maliyyə və investisiya sahəsində diqqətli qərarlar verməli olduğunuz bir gündür. Borc və ya ortaq maliyyə məsələləri həllini tapa bilər. Emosional dərinlik tələb edən söhbətlər üçün uyğun zamandır.
Dolça
Şəxsi münasibətlər və tərəfdaşlıqlar diqqət mərkəzindədir. Qarşı tərəfin gözləntilərini anlamağa çalışmaq münasibətlərinizi daha da möhkəmləndirəcək. Yaradıcı ideyalarınız ətrafdakıların marağına səbəb olacaq.
Balıqlar
İş yükünüzün öhdəsindən gəlmək üçün planlı hərəkət etməlisiniz. Sağlamlıq və gündəlik vərdişlərinizlə bağlı müsbət dəyişikliklər edə bilərsiniz. Axşam saatlarını sakit mühitdə keçirmək sizə yaxşı təsir edəcək. (Milli.az)
UEFA FİFA-dan zəmanət aldı: Boykot olmayacaq
UEFA, təşkilatın Canni İnfantinonun mübahisəli özəl investorları cəlb etmək planının təkrarlanmayacağına dair zəmanət aldıqdan sonra FİFA turnirlərini boykot etməyəcək.
BEY.AZ xəbər verir ki, bu barədə “The Irish News” məlumat yayıb.
30 iyulda keçirilən təcili iclasda Avropa ölkələri boykot qərarı verdilər. Boykotun ləğv edilməsinin əsas şərti FİFA prezidenti Canni İnfantinonun Dünya Kubokunu idarə etmək üçün özəl kapital cəlb etmək planından imtina etmək, eləcə də oxşar tədbirlərin gələcəkdə istifadə olunmayacağına dair məcburi zəmanətlərin verilməsi idi.
İnfantino iki gün sonra “FIFA Forward Enterprise” (FFE) planından imtina etsə də, ikinci şərtin olmaması səbəbindən boykot təhlükəsi qalmaqda idi. UEFA artıq FİFA-dan lazımi zəmanətləri alıb və bu, Avropa komandalarının gələn həftə Polşada başlayacaq 2018-ci il FIFA U-20 Qadınlararası Dünya Kubokundan başlayaraq beynəlxalq turnirlərdə iştirakını bərpa etməsinə imkan verir.
Qeyd edək ki, FİFA UEFA-nın turnirləri boykot etmək təhdidini geri götürməsinə belə reaksiya verdi:
“FİFA bütün seçilmiş komandaların qarşıdan gələn FIFA U-20 Qadınlararası Dünya Kubokunda iştirak etməsindən məmnundur.
FİFA futbolun çətin şəraitdə belə birləşmək gücünə malik olduğuna qəti şəkildə inanır və bütün komandaları və oyunçuları Polşada qarşılamağı səbirsizliklə gözləyir.
Biz yarışlarımız, “FIFA Forward” proqramı və digər müxtəlif təşəbbüslərimiz vasitəsilə, eləcə də konfederasiyalar və maraqlı tərəflərlə tam dialoq yolu ilə oyunun qlobal inkişafını necə daha da dəstəkləyə biləcəyimizə sadiq qalırıq”.